Avropa Liqası: “İnter” və “Mançester Yunayted” yarımfinalda
Avropa Liqasında 1/4 final mərhələsinin iki matçı keçirilib.
Oxu.Az xəbər verir ki, bir oyundan ibarət olacaq mərhələnin ilk günündə “Bayer” İtaliya “İnter”i ilə üz-üzə gəlib.
Milan klubu 2:1 hesabı ilə qalib gəlib. İtaliyalıların yarımfinaldakı rəqibi “Şaxtyor” – “Bazel” oyunundan sonra müəyyənləşəcək.
Günün digər qarşılaşmasında İngiltərə təmsilçisi “Mançester Yunayted”i Danimarka klubu “Kopenhagen”i sınağa çəkib.
Bu qarşılaşmada yarımfinalçının adına əlavə vaxtda aydınlıq gəlib. Həlledici qolu vuran mançesterlilər növbəti mərhələyə adlayıb. Onların rəqibi “Vulverhempton” – “Sevilya” qarşılaşmasında bilinəcək.
Qeyd edək ki, 1/4 finalın digər iki matçı bu gün baş tutacaq.
Avropa Liqası
1/4 final
10 avqust
“İnter” (İtaliya) – “Bayer” (Almaniya) - 2:1
Qollar: Barella, 15, Lukaku, 21 - Haverts, 24
“Mançester Yunayted” (İngiltərə) – “Kopenhagen” (Danimarka) - 1:0
Qol: Fernandes, 94 (pen.)