“Neftçi” və “Sumqayıt”a Şimali makedoniyalılar, “Keşlə”yə albanlar düşdü



 

Avropa Liqasında mübarizə aparacaq Azərbaycan klublarının I təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib.

Oxu.Az xəbər verir ki, “Neftçi” Şimali Makedoniyanın "Şkupi” klubu ilə üz-üzə gələcək.

Təmsilçimiz mərhələnin bir oyundan ibarət olacaq yeganə görüşünü Bakıda keçirəcək.

Çempionatın bürünc mükafatçısı “Keşlə”yə tanış rəqib – beş il əvvəl qarşılaşdığı Albaniyanın “Laçi” klubu rəqib olub. Bakılılar qarşılaşmaya Azərbaycan paytaxtında çıxacaq.

Avrokubokların debütantı “Sumqayıt”ın bəxtinə Şimali Makedoniyanın “Şkendiya” klubu düşüb. Sumqayıt təmsilçisi də debüt matçını evdə keçirəcək.

Qeyd edək ki, I təsnifat mərhələsinin qarşılaşmaları avqustun 27-də baş tutacaq.

Bununla da, avrokuboklarda “Qarabağ” da daxil olmaqla, dörd komandamızdan üçü ilk mərhələdə Şimali Makedoniya klubları ilə üz-üzə gələcək.

Bütün komandalarımız tək matçdan ibarət mərhələ görüşlərini Azərbaycanda keçirəcək.