“Barselona” portuqaliyalı yarımmüdafiəçini heyətinə qatmağa hazırlaşır
“Barselona” futbol klubunun rəhbərliyi mövsümün sonunda “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanı heyətinə qatmağa hazırlaşır.
“The Telegraph” nəşri xəbər verir ki, 26 yaşlı portuqaliyalı futbolçu Kataloniya bölgəsini təmsil edən klubun hədəfində olan əsas futbolçudur.
“Barselona” B.Silvaya heyətdə ən aparıcı mövqelərdən birinə verməyə hazır olduğunu bildirib.
Mənbə yazır ki, “Barselona” B.Silvanın transferi üçün tam ödəniş etməyə hazır olmadığı üçün “Mançester Siti”nin maraqlandığı müdafiəçi Nelson Semedunu da müqaviləyə daxil edə bilər.