Çempionlar Liqasında 1/4 finalın bütün cütlükləri müəyyənləşdi
Çempionlar Liqasında 1/4 final mərhələsində rəqiblərin kimliyinə aydınlıq gəlib.
Oxu.Az xəbər verir ki, Portuqaliyada təşkil olunacaq final mərhələsində üz-üzə gələcək komandalar dəqiqləşib.
Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq bir matçdan ibarət olacaq bu qarşılaşmalar avqustun 12-15-də təşkil olunacaq.
Görüşlər Portuqaliyanın paytaxtı Lissabonda baş tutacaq.
Qeyd edək ki, 1/4 finalda “Böyük beşlik” ölkələrinin hamısı təmsil olunacaq. İspaniya, Almaniya və Fransanın iki, İtaliya və İngiltərənin isə bir komandası Portuqaliyaya yollanacaq.
Çempionlar Liqası
1/4 final
12 avqust
“Atalanta” (İtaliya) - PSJ (Fransa)
13 avqust
“Leypsiq” (Almaniya) - “Atletiko” (İspaniya)
14 avqust
“Barselona” (İspaniya) -“Bavariya”(Almaniya)
15 avqust
“Mançester Siti” (İngiltərə) - “Lion” (Fransa)
Zaur Xudiyev