Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqiblərinin sayı dördə düşdü
Çempionlar Liqasının 2020/2021 mövsümünün I təsnifat mərhələsinin püşkatmasından əvvəl UEFA iştirakçı komandaları qruplara bölüb.
Oxu.Az xəbər verir ki, qitənin ali futbol qurumu püşkdə iştirak edəcək 34 komandanı 5 qrupa ayırıb.
Bu qruplardan üçündə 6, ikisində isə 8 komanda yer alıb.
Maraqlıdır ki, “Qarabağ” 8 komandalı qrupda səpələnmişlər sırasında yer alıb.
Azərbaycan çempionunun püşkatmadakı potensial rəqiblərinin sayı 4-ə düşüb.
Ağdam klubunun mümkün rəqibləri “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Tirana” (Albaniya) və “Sileks” (Şimali Makedoniya) komandalarıdır.
Səpələnmişlər sırasında “Qarabağ”la bərabər "Astana" (Qazaxıstan), "Makkabi" (Təl-Əviv, İsrail) və "Dinamo" (Tbilisi, Gürcüstan) da qərarlaşıb
Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Bir oyundan ibarət olacaq I təsnifat mərhələsinin görüşləri avqustun 18-19-da keçiriləcək.
Zaur Xudiyev