Şəkidə ağır qəza - 4 ölü, 4 yaralı
Şəkidə ölümlə nəticələnən ağır qəza baş verib.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun 18-ci kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində baş verib.
Sürücülərinin şəxsiyyəti dəqiqləşməyən “Mersedes” və “Passat” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Ölənlərdən ikisi hadisə yerində, digəri isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında (ŞMX) keçinib.
Yaralılardan 3 nəfər Mingəçevirdə, biri isə Şəkidə xəstəxanaya aparılıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.