Kərə yağı inhisarçısı həbs edilib?



 

“Broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikov həbs olunub.

Bu barədə məlumat verən mənbə vurğulayır ki, ötən həftə Ə. Məlikov Rusiyanın Moskva şəhərindən Azərbaycana gətizdirilib.  Xatırladaq ki, bu barədə rəsmi məlumat yayımlanmayıb. Nəzərinizə çatdıraq ki, “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov ölkədə kərə yağının manapoliyasını təşkil edən şəxslərdədndir. Lakin ölkə başçısının müdaxiləsindən sonra kərə yağının qiyməti nisbətən ucuzlaşdı. Məhz bundan sonra Ə. Məlikovun saxta əməlləri ifşa edilib. Ə. Məlikovun əməlləri bununla bitməyib.

Dosye.org-a məlumat verən mənbə iddia edir ki, sahibkarların gətirdiyi mallar Əbülfəz Məlikovun brokerlərinin adına rəsmiləşdirilib, rüşvəti də sahibkarlardan bu yolla qopara biliblər. Brokerlər ən müxtəlif sahələri inhisarda saxlayanların maraqlarına uyğun olaraq idxal olunan məhsullara rüşvət tarifləri tətbiq ediblər ki, bu da sonradan həmin malların qiymətlərinin bahalaşmasına səbəb olub. Sahibkarlardan yığılan rüşvət isə “Trans Broker” MMC-yə axıb. Buna görə brokerlərin hər birinə Ə.Məlkov 5 min manat “paket” maaş verib. İşçilərin sayı isə 3000 nəfərdən çoxdur. Görünür, Ə. Məlikov  özünəməxsüs yolla dövlətdən milyonlar mənimsəyib.

Hətta “Broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikov ermənilərlə iş birliyi və qohumluq əlaqələrinin olduğu məlumatlar ölkə mətbuatını zəbt edib. Lakin, bu qohumluq münasibətlərinin gizli tərəfləri açıqlanmır. Onu da nəzərinizə çatdıraq ki, bu barədə Realliq.info saytı məlumat dərc etmişdi.  İddialara görə ermənilərlə Ə. Məlikovun ölkədən kənarda şərikli biznesləri də var. Məslənin əsl mahiyyəti isə xaricdə yerləşən erməni şirkətlərinin məhsullarının Azərbaycana daşınmasıdır. Məhz bu yolla ermənilərə böyük miqdarda qazanc verən Ə.Məlikov ölkə sahibkarlarını da istiqamətləndirir.

Anar Alahverdiyev kimdir?

Dosye.org xəbər verir ki, əslən Şamaxı rayonundan olan Anar Allahverdiyev ,“Broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikovun xalası oğludur. Etibarlığı ilə seçilən A. Allahverdiyevə kassir rolu həvalə edilib. Redaksiyamıza daxil olan məlumatlarda daha sonra bildirilir ki, A.  Allahverdiyevin tez-tez ABŞ-a səfər etdiyi və Lon Anclesdə Əbülfəz Məlikovun “bəzi işlərini” görüdüyü deyilir. İddiaya görə, o, Amerikada Əbülfəz Məlikova məxsus çirkli pulların yuyulması və başqa ölkələrə gizli investisya qoyulması prosesində iştirak etdiyi deyilir. Bir daha nəzərinizə çatdıraq ki, həbs xəbəri yayılan Ə. Məlikov, Fövqalada Hallar Naziri Kamaləddin Heydərovun sağ əlidir. Araşdırmalarımız davam edir. Bizi izləyin…