Arvadı öldü, özü isə ağır vəziyyətdədir
Salyanda baş verən, 8 nəfərin ağır yaralanması ilə nəticələnən qəzada bir nəfər dünyasını dəyişib.
“Qafqazinfo” nun əldə etdiyi məlumata görə, həmin şəxs 1963-cü il təvəllüdlü Əhədova Rahilə Ulduz qızıdır. Onun həyat yoldaşı Masallı rayon Qızılağac kənd sakini 1960-cı il təvəllüdlü Əhmədov Elşənin isə vəziyyəti ağır olaraq qalmaqdadır.
Ailənin 3 övladı var.
Xatırladaq ki, dekabrın 3-də Salyan rayonu Sarvan kəndi ərazisində mikroavtobusla “Pajero” markalı minik avtomobili toqquşub. Nəticədə 8 nəfər yaralanmışdı.
Günel Türksoy