“Suriyanın azad edilməsi koalisiyanın uğurudur, Rusiyanın yox” - Pentaqon



 

Pentaqon Rusiya Müdafiə Nazirliyinin Suriyanın Fərat çayından şərq tərəfinin terrorçulardan azad edilməsi açıqlamasına şərh verməkdən imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

 “Suriya rejimi və Rusiya Federasiyası İŞİD-in darmadağın edilməsi üzrə ciddi yanaşma nümayiş etdirmədilər. Onlar İŞİD-ə qarşı yalnız kiçik bir hissədə əməliyyatlar aparıblar. İraq və Suriyanın ərazisinin böyük hissəsi beynəlxalq  koalisiya və onun tərəfdaşlarının səyi nəticəsində azad edilib. Koalisiya Suriyada İŞİD-in tamamilə məhv edilməsi üçün yerli qüvvələrə dəstəyi davam etdirəcək”,- deyə Pentaqon nümayəndəsi Erik Pexhon bildirib.