Ağstafada iki maşın toqquşub, xəsarət alan var
Ağstafada bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolun Ağstafa şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
“VAZ 21099” markalı avtomobilin başqa bir maşınla toqquşması nəticəsində bir nəfər sərnişin, rayon sakini 1985-ci il təvəllüdlü Məmmədov Ramil Eldar oğlu xəsarət alıb. Ona tibbi yardım göstərilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.