Yeni şəxsiyyət vəsiqəsi prezidentə təqdim olundu - Fotolar



 

 

Bu gün Azərbaycan Respublikası vətəndaşının biometrik göstəricilərini özündə əks etdirən bir nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi prezident İlham Əliyevə təqdim olunub.

"Qafqazinfo" xəbər verir ki, yeni nəsil şəxsiyyət vəsiqəsini prezident İlham Əliyevə daxili işlər naziri Ramil Usubov və iqtisadiyyat naziri Şahin Mustafayev təqdim edib.