“Xəzər” avtomobilləri beynəlxalq avtomobil sərgisində



 

Rusiyanın paytaxtı Moskva şəhərində Dünya Avtomobil İstehsalçıları Təşkilatının dəstəyi ilə keçirilən beynəlxalq sərgidə “Xəzər” avtomobilləri də nümayiş olunur.

“Qafqazinfo” xəbər verir ki, sərgidə Neftçala Sənaye Məhəlləsinin ən iri müəssisəsi olan “Khazar” Avtomobil Zavodunda istehsal edilmiş “Xəzər LD” və “Xəzər SD” avtomobilləri təqdim edilir.

Sentyabrın 9-dək davam edəcək Moskva Beynəlxalq Avtomobil Salonu Sərgisində tanınmış avtomobil istehsalçıları olan “Audi”, “BMW,” “Cadillac”, “Ford”, “Honda”, “Hyundai”, “Infiniti”, “Isuzu”, “Jaguar”, “KIA”, “Land Rover”, “Lexus”, “Mazda”, “Mercedes-Benz” və s. öz avtomobillərini nümayiş etdirilir.

Qeyd: 2018-ci ilin martında istifadəyə verilmiş “Khazar” Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsinin rezidentidir və zavodun illik istehsal gücü 10 min avtomobildir. Zavodda müasir texnologiya, avadanlıq və mexanizmlər əsasında müxtəlif avtomobil modelləri istehsal olunur. “Xəzər” avtomobilləri AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur və “Made in Azerbaijan” brendi altında satışa çıxarılır. Bu avtomobillərin xarici ölkələrə ixracı da nəzərdə tutulur.