Bakıda retro avtomobillərin yürüşü - Fotolar



 

Avqustun 26-da Bakıda klassik avtomobillərin yürüş və sərgisi keçirilib.

“Qafqazinfo”nun Oxu.Az-a istinadən xəbərinə görə, Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə 1980-ci ilədək istehsal olunmuş klassik avtomobillər iştirak edib.

Sərgi həm yerli sakinlərin, həm də turistlərin böyük marağına səbəb olub.

Qeyd edək ki, klassik avtomobillər Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb və şəhərin mərkəzi küçələri ilə yürüş edib.