Azərbaycandan 40 min dollar çıxararkən saxlanıldılar



 

Ölkədən 40 min dollar çıxarmaq istəyən şəxslər saxlanılıb.

“Qafqazinfo”nun Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Tovuz Gömrük İdarəsinə daxil olan məlumat əsasında, Azərbaycandan Gürcüstana "Mersedes Benz travego" markalı avtobusla gedən iki Türkiyə vətəndaşının üzərində "Sınıq Körpü" gömrük postunda şəxsi yoxlama aparılıb.

Baxışdan öncə həmin şəxslərdən biri üzərində gömrük orqanına bəyan edilməli hər hansı malın olmadığını, digəri isə 1000 Türkiyə lirəsinin olduğunu bildirib.

Lakin yoxlama zamanı hər iki şəxsin üzərindən gömrük nəzarətindən gizlədilən cəmi 40.000 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd