Papa neft şirkətlərinin rəhbərləri ilə görüşəcək



 

Roma Papası Fransisk iqlim dəyişikliyini müzakirə etmək üçün dünyanın aparıcı neft şirkətlərinin rəhbərləri ilə görüşəcək.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb. Konfrans 8-9 iyun tarixlərinə planlaşdırılır.

Vatikan konfransa dəvət olunanların adlarını açıqlamasa da, "BP" şirkətinin rəhbəri Robert Dadli ilə "Exxon Mobil"in başçısı Darren Vuds görüşdə iştirak edəcəklərini təsdiqləyiblər.