Taylandda aeroportda yanğın, min nəfər evakuasiya edilib



 

 

Taylandın Xonken şəhərində yerləşən aeroportun binası yanğın səbəbi ilə boşaldılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yanğın binanın üçüncü mərtəbəsində başlayıb və qısa müddətdə binanın damındakı bütün ərazini əhatə edib. Mindən çox insan vaxtında evakuasiya edildiyi üçün itki yoxdur.