Karib dənizində 7,6 ballıq zəlzələ, bir neçə ölkəyə xəbərdarlıq edildi



 

Karib dənizində Honduras sahillərində 7,6 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. 

Zəlzələ ocağı yerin 10 kilometr dərinliyində qeydə alınıb. 

Yeraltı təkanlar Hondurasın böyük bir hissəsində, həmçinin Meksikanın cənub hissəsində hiss edilib. 

Seysmoloqlar Meksika, Honduras, Kuba, Beliza, Kosta-Rika, Panama, Nikaraqua, Qvatemala, Yamayka və Kayman adalarında sunami təhlükəsi ilə bağlı xəbərdarlıq ediblər.