Biri sevgilisi ilə, digəri təkbaşına... - Qış fasiləsində belə dincəlirlər



 

Topaz Premyer Liqasında yaranan qış fasiləsindən istifadə edən bir çox futbolçular istirahətə yollanıb.

“Qafqazinfo” xəbər verir ki, mövsümün yorğunluğunu çıxarmaq istəyən oyunçular müxtəlif ölkələrə yollanıblar.

Bəs, görəsən kim harda dincəlir?

“Qarabağ”ın futbolçusu Donald Gerye Haitidə istirahət edir

“Qəbələ”nin oyunçusu Ruslan Qurbanov Tailandda dincəlir

“Qarabağ”ın futbolçusu Yakub Jezniçak yorğunluğunu çıxarmaq üçün Dubayı seçib

“Qarabağ”ın və millimizin braziliyalı üzvü Riçard Almeyda isə vətənində yorğunluğunu çıxarır

“Neftçi”nin ispan legioneri İqnasio Errera da Gerye kimi Parisə üz tutub

“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Pedro Enrike isə vətənində aşbazlıq edir.

“İnter”in kapitanı Denis Silva da vətəninə yollanıb. O, Braziliyada istirahət edəcək

“Zirə”nin serbiyalısı Milan Duriç qarlı havada dincəlməyi üstün tutub