Xaçmazda ev yandı, 2 nəfər yaralandı



 

Fövqəladə Hallar Nazirliyi (FHN) Xaçmaz rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.
 
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Xaçmaz rayonunda ümumi sahəsi 110 m2 olan birmərtəbəli 3 otaq və 1 aynabənddən ibarət evin yanar konstruksiyaları 50 m2 sahədə yanıb.

Yanğın zamanı 2 nəfər müxtəlif yanıq xəsarətləri alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.