Daha bir ölkədə güclü zəlzələ, ölənlər var



 

Kosta-Rikada güclü zəlzələ baş verib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Geoloji Araşdırma Mərkəzinin açıqlamasında görə zəlzələnin gücü 6,5 bal gücündə olub. Zəlzələ yerin 12 kilometr dərinliyində qeydə alınıb. 
Beş dəqiqə sonra 5,2 bal gücündə növbəti təkanlar olub. Ölü sayının 3 olduğu bildirilir. 
Qeyd edək ki, ötən gün İran-İraq sərhəd bölgəsində 7,6 maqnitudada yeraltı təkan baş verib. Zəlzələ İran, İraq, Türkiyə, Suriya, Küveyt, Səudiyyə Ərəbistanı, İsrail, Liviya və İordaniyada da hiss edilib.