Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Qaçanı qovaq, yoxsa...

  39

Mütəxəssislərin insandan istədiyi nə?

 Bütün dövrlərdə texnika, texnologiya və ya qidalanma sahəsində təhlükəli və təhlükəsiz məqamlar olub. Adicə şirniyyat, yaxud, qənnadı məhsullarının həddən ziyadə istehlak edilməsinin insan orqanizminə ziyan olmasını bildiyimiz halda, azyaşlılara, özümüzdə, yaxınlarımızda və ətrafımızda olan az qala bütün uşaqlara həmişə konfet təklif etmişik. Bununla onlara olan istək və məhəbbətimizi, nəvazişimizi bildirmişik, onların da bizimçün konfet kimi şirin olduğunu demək istəmişik. Bu adət, ümumiyyətlə, canımıza-qanımıza hopub, ən əziz qonağımızın, evimizin ən istəkli üzvünün qarşısına çayla birlikdə şirniyyat, şəkərli qidalar düzməklə onun nəzərimizdə ən istənilən, mötəbər bir şəxs olduğunu bəyan etmişik. Bu hörmət-izzət uzun zamandır şirin qidaların zərəri barədəki uzun-uzadı mülahizələrə, az qala qlobal çağırışlara belə, yenməyib, yenə bilməyib.

Qeyd etdiyimiz kimi, insan orqanizminə nəyin ziyan, nəyin xeyirli olduğu barədə çağırışlar zaman-zaman gündəmə gəlib, hələ də davam edir. Hətta alimlər, qida mütəxəssisləri, gen mühəndisliyilə məşğul olanlar ümumi sözlərlə, fikirlərlə kifayətlənməyərək, həyatımızı yaxşı və pis, xeyirli və ziyanlı kimi, iki bölməyə ayırıblar. Bu, az qala qaranlıq və aydınlıq, xeyir və şər adlı bəşəri bir mövzuya çevrilib. Odur ki, böyük və kiçik yaşlı olmasından asılı deyil, müasir insan, hamı bu gün “nə olar, nə olmaz” diqtəsini həyatının ayrılmaz bir hissəsinə çevirib.

Misal üçün, min illərdir insanın əsas qidasını təşkil edən, zülal mənbəyi olan ət və ət məhsullarının deyil, yaşıl qidaların, meyvə-tərəvəzlərin insana daha vacib olduğu günün əsas mülahizələrindəndir. Buna mülahizə deyirik, çünki hələ də fikirlər haçalıdır və birincinin, yoxsa ikincinin daha dəqiq, düzgün olduğu da şübhəlilər arasındadır.

Yaxud, qidasını əsasən, düyü təşkil edən xalqları daha sağlam və uzun ömür sürmək mənasında həmişə misal gətirirlər. Digər tərəfdən, düyünün həftədə yalnız bir-iki dəfə istehlak edilməsini bəyan etməklə, hər gün bu ərzaqla qidalananlar çaş-baş vəziyyətə salınır. Halbuki, bu xalqlar dünyaya gözünü açandan düyünü görüb, düyü sözü eşidiblər...

Bundan başqa, qara deyil, yaşıl çayın xeyirli cəhətlərini sadalamaqla yanaşı, arxasınca onun da ziyan olması, bir sözlə, çaydansa, su içməyin xeyrindən bəhs edirlər. İnsanlar da su, yoxsa, onun qaynadılmış, yaşıl, qara variantı barədə düşüncələrlə məşğuldur.

Bunu da mütləq deməliyik, çünki misal birbaşa özümüzə aiddir. İstehlakda qənddən deyil, şəkərdən istifadəni tövsiyə edənlər nədənsə unudur ki, çay içənlərin hamısı qədimdən “dişləmə qənd” anlayışını şəkər tozuna deyil, qəndə xitabən işlədib.

Duz - qidalanmada dad anlayışını ifadə edən, insan orqanizmində əsas elementlərin siyahısında yer alan bu məhsuldan birdəfəlik imtinanın düzgün olub-olmaması da mübahisə predmetidir. Maraqlıdır, “dadsız xörək”, “duzsuz lətifə”, “şit adam” söz birləşməsi, bənzətmələr görəsən, bəs nə üçün yaranıb?

Nə isə, çay deyil, su və ondan başlayaraq sıralanan istehlak, qida məhsullarının bəzisindən qismən, bəzisindən də bütünlüklə uzaq durmağın aşılandığı hazırkı zəmanədə bircə məqam unudulur. Sivilizasiyanın, müasir dünyanın hər dürlü mətləblərindən uzaq olan insan övladı ötən əyyamlarda az, ya çox, bütünlüklə, yaxud aşırı formada bu məhsullardan istifadə edərək müasir insandan da uzun və sağlam yaşayırdı. Deməli, işin mənfi tərəfi hansısa ərzaq məhsulundan hazırda az, ya da çox istifadə edilməsində, onun bizi xəstə salmasında deyil. Məsələ onun tərkibinin “xəstə” olmasındadır. Bunu da boynuna götürən yoxdur...

Ətrafımızda cərəyan edən, təkcə məişətdə, qidalanma müstəvisində deyil, bizimlə birgə yaşayan, hər günümüzdə iştirak edən, bizsiz mövcud olmayan, özümüzü də onsuz təsəvvür etmədiyimiz yeni texnologiyalar dünyasında da xeyir və şər məsələsi vaxtaşırı gündəmə gəlir. Uzağa getməyək, elə bu gün xəbər yayılıb ki, Polşanın baş naziri 5G texnologiyalarının istifadəsinin dayandırılması barədə beynəlxalq çağırışa qoşulub və bununla bağlı sənədi də imzalayıb. Səbəb də odur ki, 5 G texnologiyası insan orqanizmi üçün təhlükəlidir və bu zərərdən bitkilər aləmi, heyvanlar da sığortalanmayıb. Dünyanın sayı minlərlə ölçülən aparıcı elm xadimi və təbiblərinin iştirakıyla aparılan tədqiqatlar nəticəsində bu qənaətə gəlinib. Deyilənə görə, 5 G-nin tətbiqindən əvvəl heç bir təcrübə aparılmayıb və bu texnologiyaların 3 G və 4 G-dən daha yüksəkdə quraşdırıldığına rəğmən, onun elektromaqnit hissəciklərinin zərəri daha çoxdur. Həmin elektromaqnit hissəciklər də insanlarda stress, genetik pozulma, yaddaşsızlıq problemi, xərçəng xəstəliyi və digər fəsadlar yaradır. Necə deyərlər, “bir addım irəli, iki addım geri” mülahizəsinin yeri gəlir bu məqamda.

Dövr, dövran, zaman, zəmanə və kim necə istəyirsə, elə də adlandırdığı dünyamızda onun heç biri yaramır - nə yerində saymaq (“Həyat ətrafımızdan su kimi axır”), nə də həddən ziyadə irəliyə qaçmaq. Sürət, internet, müasir kosmik tədqiqatlar, robotlar, texnologiyalar tələb olunursa, vacibdirsə, onun əksinə, bunlar şüa, radiasiya, xəstəlik yaradırsa, yayırsa... Yenə də yuxarıdakı dilemma yada düşür.

Texnologiyalar lazımdır, lakin onun qarşılığında, xəstəliklərə tutulmaq, fəsadlara yol açmaq da lazım gəlir. Yaşamaq üçün qidalanmaq da vacibdir, amma ondan doğan, yaşamağa son qoyan, beyinləri girinc edən məsələyə hansı adı verək?

Suallar labirintində yol varsa, danışmaqdan, bəyanatlar səsləndirməkdən, tədqiqatların nəticəsini elan etmzdən, insanları qidalanmadan və həyatın sürətindən çəkindirmədən öncə onu da göstərin, cənab alimlər, təbiblər, bir sözlə, insan mütəxəssisləri.

 Nigar Vaqifqızı

Xəbər Lenti

| Azərbaycan idmançıları II Avropa Oyunlarına yola salındı - FOTO

| Dərbənddə silah ambarı aşkarlanıb

| Rusiya millisinin müdafiəçisi “Beşiktaş”ın maraq dairəsində

| Çində zəlzələ: 11 nəfər ölüb, 122 nəfər yaralanıb

| ABŞ İrana görə Yaxın Şərqə əlavə min hərbi qulluqçu göndərəcək

| Everestdən 11 ton zibil və dörd meyit yığışdırılıb - VİDEO

| Rusiya və Türkiyə müdafiə nazirləri İdlibdəki vəziyyəti müzakirə ediblər

| Rusiyalı səfirə “Ermənistanın daxili işlərinə qarışma!” deyildi

| Avropa Liqası: “Neftçi”nin 5, “Səbail”in 6 mümkün rəqibi müəyyənləşib

| Üç güləşçimiz Avropa çempionatının yarımfinalına yüksəlib

| Erkən ölümə daha bir səbəb

| Neymarın bütün daşınmaz əmlakına həbs qoyuldu

| Leyla Əliyeva BMT-nin xoşməramlı səfiri Vyaçeslav Fetisovla görüşüb

| Bakıda bir gecədə iki qadını maşın vurdu

| Leyla Əliyeva körpə nərə balıqlarının Xəzərə buraxılması mərasimində - FOTO

| Sürücü idarəetməni itirdi - 4 nəfər yaralandı

| ABŞ sanksiyaları “Huawei”ə nə qədər ziyan vurub?

| Dəniz, həyətdə samovar çayı üçün darıxıram - Parisdəki azərbaycanlı

| “Qarabağ”-ın Çempionlar Liqasındakı potensial rəqibləri bu komandalardır

| XİN: Ermənistan rəhbərliyi öz hərəkətlərinin izahını verə biləcəkmi?

| Qəzaya düşmüş motosikletçiyə ilk yardımı Yıldırım etdi - VİDEO

| Elçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür edib

| Gəncədə ruhi xəstə evi yandırdı

| Misirin sabiq prezidenti Məhəmməd Mursi məhkəmə zalında öldü

| Qaradağda ağır qəza: Hindistanlılar öldü

| Zelenski ukraynalı qadınları ölkənin turizm brendi adlandırdı

| “Real”da qalmaqal: futbolçular etiraz edir

| Kişilərlə qadınların maaş fərqi hesablandı

| Ruhani Avropaya son şans verdi

| Saakaşvilidən Kiyev şəhəri ilə bağlı inanılmaz təklif - VİDEO

| Qazaxda avtomobil gənc piyadanı vurub öldürdü

| Nigeriyada terror: 30 ölü, 40 yaralı

| Dünya çempionumuz yeni qurum yaratdı

| Bodrumda faciə: 12 mühacir boğuldu - VİDEO

|

Abşeronun icra başçısı İradə Gülməmmədova ilə Ədalət Camalovanın mövqe mübarizəsi güclənir - İki xanımın savaşı

| Ağstafada güllə yarası alanlardan birinin ayağı kəsildi

| Qadın keçmiş sevgilisini kondisionerlə şantaj etdi

| Aptekdən oğurluq edərkən ələ keçdi - FOTO

| İşdən çıxarıldığı deyilən jurnalist hər şeyə aydınlıq gətirdi: Öz yerimdəyəm

| Bitkoin bahalaşır: ilin rekordu qeydə alındı

| Tramp öskürən köməkçisini kabinetdən qovdu - VİDEO

| Ağstafada ağır qətl törədən gəncin - FOTOSU

| Sürücü yüksək sürətin qurbanı oldu - FOTO

| Masazırdakı bıçaqlanma kameraya düşdü - VİDEO

| Azərbaycan qazı TANAP-la Avropa sərhədinə çatdı

| Eldar Sabiroğlu oğlundan imtina etdi: Qəbrimə gəlmə

| İran nüvə proqramını genişləndirir

| ATV prezidentindən İlkin Xəlilovla bağlı açıqlama: İşinin başındadır

| Lənkəranda yaşlı qadın çayda boğuldu

| Ağstafada ağır qətl törədən şəxs təslim olub - RƏSMİ

| ABŞ qoşunları Polşadan idarə olunacaq

| Sabah da isti olacaq

| “PSJ” Neymarı satır?

| Ağstafada üç nəfər güllələnib: yaralılar var

| İndoneziyada avtobus qarşı yola çıxdı: 12 ölü

| Suriyada “gecə ovçusu” sınaqdan keçirildi - VİDEO

| Daha bir rayonda zəlzələ

| Masallıda pomidor sahələrini qurd basıb - FOTO

| Aİ şirkətlərinin Azərbaycanla bağlı investisiya qərarı

| ABŞ-da “Son zəng” atışması: ölənlər var - VİDEO

| Sabirabadda manyak peyda olub - FOTO

| “Corc Kluni” Tailandda həbs olundu - FOTO

| Yunanıstanın baş naziri Türkiyəni sanksiyalar ilə hədələdi

| Venesuelada avtobus aşıb, 16 nəfər ölüb