ATƏT nümayəndəsi "Turan" agentliyinə və Mehman Əliyevə qarşı cinayət işinə xitam verilməsini alqışlayıb



 

ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Harlem Dezir "Turan" informasiya agentliyi və onun rəhbəri Mehman Əliyevə qarşı cinayət işinə xitam verilməsini alqışlayıb.

"Report" xəbər verir ki, bu barədə H.Dezirin bəyanatında deyilir.

"Bu müsbət addımı alqışlayıram və ümid edirəm ki, informasiya agentliyi tezliklə işini bərpa edəcək", - H.Dezir bildirib.