Kolumbiya məktəbində terror: 21 ölü - VİDEO



 

Kolumbiyanın Boqota şəhərinin polis məktəbində baş vermiş partlayış nəticəsində 21 nəfər həyatını itirib, 87 nəfər yaralanıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Heraldo” xəbər portalı məlumat yayıb.

Məlumata əsasən, içi partlayıcı ilə dolu yolsuzluq avtomobili səhər saatlarında məktəbin nəzarət-buraxılış məntəqəsini sürətlə keçərək, binanın qarşısında partlayıb.

Kolumbiya hüquq-mühafizə orqanları intihar partlayışını həyata keçirən şəxsin 56 yaşlı Xose Aldemar Roxas olduğunu müəyyən edib. Onun bu əməlinin motivləri hələlik məlum deyil.

Hazırda aidiyyəti qurumlar onun “Kolumbiya İnqilab Ordusu” və “Milli Azadlıq Ordusu” qruplaşmasının üzvü olub-olmadığını araşdırır.

Hələlik qurbanların yalnız dördü müəyyən edilib. Onlardan üçü Ekvador vətəndaşı olan şagirdlərdir.

İnsidentlə əlaqədar Kolumbiyada üç günlük matəm elan edilib.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar