Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Makron hakimiyyətdən vaz keçən deyil. Oxu.Az-ın fransaşünasla müsahibəsi

  25

Fransada gərginlik yaşanır, tələbələr kütləvi etiraz aksiyaları keçirir, təhsil islahatlarına qarşı çıxır. Yerli KİV-nin məlumatına görə, aksiya iştirakçıları  asayış keşikçiləri üzərinə Molotov kokteylləri və şüşə qablar atıb. Toqquşmalarda 153 nəfər saxlanılıb. Ümumxalq  etiraz aksiyaları artıq Paris, Bordo, Tuluza, Marsel, Lion və Nantda keçirilib.

Hər şey noyabr ayının ortalarında hökumətin yanacaq qiymətlərini qaldırmasından sonra başlayıb.  Təzyiqlərlə üzləşən hökumət yanvarın 1-dən (2019) etibarən qüvvəyə mindirəcəyi yeni yanacaq vergisinin tətbiqini yarım il müddətinə ertələyib.

Ancaq etirazçılar təkcə bununla kifayətlənməyiblər.

Dekabrın 8-də, Fransanın ən iri şəhərlərində növbəti etiraz aksiyaları və yürüşlərin keçirilməsi planlaşdırılır.  “Sarı jiletlilər” eyni vaxtda Parisin bir neçə rayonunda kütləvi nümayiş keçirmək niyyətindədir.

Bu azmış kimi, şənbə günü fransalı polis əməkdaşları da müddətsiz tətilə çıxmağa hazırlaşır. Buna baxmayaraq,  şəhər mərkəzlərinə ümumilikdə 89 minə yaxın asayış keşikçilərinin səfərbər olunacağı bildirilir.

Politoloq, fransaşünas,  Rusiya  Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının İctimai Elmlər İnstitutunun dosenti İqor İqnatçenko Fransada baş verənlərlə bağlı fikirlərini Oxu.Az-a bölüşüb.

 

“Aydındır ki, fransızlar  ölkə prezidenti Emmanuel Makronun sosial-iqtisadi islahat proqramından narazıdır. Yanacaq qiymətlərinin qaldırılması, başlıca olaraq dizelin bahalaşması, fransızların səbr kasasını daşdırdı, nəticədə insanlar küçələrə axışdır”, - deyə İqor İqnatçenko bildirib.

Onun sözlərinə görə, Emmanuel Makronun prezidentliyi dövründə etirazlar və qarşıdurmaların yaşanacağı hələ onun inauqurasiyası zamanı məlum idi: 

“O islahatlar həyata keçirəcəyini seçki platformalarında gizlətmirdi. Bu sərt islahatlar nəticəsində müxtəlif sosial dövlət proqramlarında ixtisasların baş verəcəyi  məlum idi. Təsadüfi deyil ki, bu gün fransızlar Makronu “varlıların prezidenti “ adlandırırlar.

Hal-hazırda Fransada baş verənlər,  cibləri sürətlə boşalmaqda olan sıravi Fransa vətəndaşlarının mövcud iqtisadi vəziyyətlə razılaşmaması ilə əlaqədardır.

“İğtişaşların baş almasına baxmayaraq,  yaranmış gərginliyin Makron hakimiyyətinin təməllərini sarsıdacağını düşünmürəm. Halbuki onun reytinqi 25 faizə qədər aşağı düşüb. Bununla belə, onun ilk prezidentlik müddətini axıra çatdıracağı fikrindəyəm. Ancaq ikinci müddətə gəlincə, buna ciddi şübhələr var.

Seçkilər 2022-ci ildə keçirilməlidir. Hazırkı Fransa prezidenti çətin ki, ikinci dəfə mandat qazana bilsin” , - deyə İqnatçenko qeyd edib.

Cari vəziyyətə gəlincə, İqor İqnatçenko,  iğtişaşların sürəkli olacağı təqdirdə fövqəladə vəziyyətin elan olunacağı ilə bağlı söz-söhbətlərin olduğunu vurğulayıb.

“Makron üçün indi ən vacib olan – hakimiyyəti əlində saxlamaqdır. O hakimiyyətdən getməyə hazırlaşmır, ona görə prezident seçilməmişdi ki, nə vaxtsa könüllü istefa versin”.

Həmsöhbətimiz Parisin güc tətbiq edəcəyini, etirazçıları polisin əli ilə dağıdacağını istisna etmir. Belə olan halda fransız məhkəmələri aktiv şəkildə işləyəcək. 

“Ona görə, bir daha qeyd edirəm, Makron hakimiyyətdən vaz keçən deyil”.

Ekspert dünya ictimaiyyətinin  xüsusilə Qərbin Fransada baş verən zorakı toqquşmalara münasibəti məsələsinə də toxunub. 

“Biz bir şeyi anlamalıyıq ki, Emmanuel Makron beynəlxalq layihələr sistemi və qloballaşmada mühüm rol oynayır. İnanmıram ki, Qərbi Avropalı rəsmilər onun ortaya qoyduğu mövqeyə qarşı çıxsın. O legitim hakimiyyətin, dinc vətəndaşların hüquq və azadlıqlarının qorunmasının vacibliyini bəyan edəcəyi təqdirdə, belə bir şey baş verməyəcək”.

Rusiyaya gəlincə, İ.İqnatçenko əmindir ki, rəsmi Moskva məsələyə müdaxilə etməyəcək.

İqor İqnatçenko  Rusiyanın siyasi praktikasında belə bir şeyin olmadığını bildirib. ABŞ və bilavasitə Tramp administrasiyasını isə daha çox ölkədaxili problemlər narahat edir. 

“Ona görə də, qərb siyasətçiləri Fransa hakimiyyətinin azadlıqların qorunması üçün asayışı bərpa etməyə çalışdığını bildirəcək”.

“Biz yaxşı bilirik ki, Qərbin tənqidləri  Rusiya, Azərbaycan və digər ölkələrə yönələndə, bu prinsiplərdən çox, şərq qonşularına pislik etmək niyyətindən irəli gəlir. Qərb üçün bu bir növ təsir və təzyiq alətidir”, - deyə İqor İqnatçenko fikrini tamamlayıb.

Nair Əliyev

 

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Xəbər Lenti

| Rusiyada “Əbədi məşəl” söndürüldü

| AFFA “Neftçi”nin idman direktorunun cəzasını azaltdı

| Fransada etirazların “beşinci akt”ı

| Umayra Tağıyeva yeni işindən danışdı - MÜSAHİBƏ

| Umayra Tağıyeva yeni işindən danışdı - MÜSAHİBƏ

| Federasiya prezidenti: Yeni baş məşqçimizlə altı aylıq müqavilə bağlamışıq

| Federasiya prezidenti: Yeni baş məşqçimizlə altı aylıq müqavilə bağlamışıq

| Xırdalanda maşın piyadanı vurub öldürdü

| “Qarabağ” altı milyon manatdan çox qazandı

| Deputat: Azərbaycan terrorçuluğa məruz qalan ölkədir

| Suriyalı deputat ölkəsindəki dəhşətlərdən danışdı

| “Bəyin oğurlandığı” məşhur ev illər sonra - VİDEO

| Avtomobildən pirotexniki vasitələr və siqaret aşkarlanıb - FOTO

| Azərbaycan Kubokunda 1/4 final həyəcanı - PREVYU

| Məşhur şirkətin məhsulları xərçəngə səbəb ola bilər

| Sinoptiklər güclü külək vəd edirlər

| Çindən gətirilən malların üzərinə brend vurulmasın - TAPŞIRIQ

| Xırdalanda avtomobil piyadanı vurub öldürdü

| Qoyuna görə arvadını amansızcasına öldürdü - TƏFƏRRÜAT + VİDEO

| Rusiya hərbçiləri Ermənistanda azərbaycanlını saxladılar

| Azərbaycandan Gürcüstana “pul axını” davam edir

| Müdafiə Nazirliyi: DSX düşmənlə üz-üzə postları təhvil alıb

| “Azərişıq”da yeni təyinat

| Mübarizi təhqir edən psixoloq: ermənilər düşmənim deyil - VİDEO

| Dünyada işsizlik 63 faizə yüksəlib - AÇIQLAMA

| Fransada polis qüvvələri ayağa qaldırılıb

| AMEA-dan ixtisar xəbərlərinə - MÜNASİBƏT

| “Rammstein” qrupunun vokalisti Bakıda dincəlir - FOTO

| Deputat sərxoş halda Bakının mərkəzində dava saldı

| UEFA “Qarabağ”ın oyununda meydana girmiş erməni təxribatçı ilə bağlı iş açdı

| Avropada həftənin maraqlı oyunları

| Milli Məclisdə “keçi südü” söhbəti

| Leyla Əliyeva Emin Ağalarovun konsertində olub - FOTO

| Nazirlik bu restoranları bağlayacaq - SİYAHI

| Avstraliyadan Fələstinə ağır zərbə: Qüdsü İsrail paytaxtı kimi tanıdı

| Bakını çirkləyən şəhər sakinləri – VİDEO

| Omar Altabtabaei: Bəzi güclər təbii sərvətlərimizə göz dikib

| Erkən nikaha cəlb edənlərlə reabilitasiya işi aparılmalıdır - ŞƏRH

| Valyuta bazarında tarazlıq qorunur - MÜZAKİRƏLƏR

| Azərbaycanda əzgil mövsümü başladı: meyvələrin müalicəvi faydaları - VİDEO

| İndoneziyalı deputat: Dünyada sükuta, dincliyə ehtiyac var

| Ən çox “dislayk” yığan video məlum oldu - VİDEO

| ABŞ-da “dollar yağışı” yağdı - VİDEO

| Xəstə etiraz etsə də, həkimlər ayağını kəsdi

| İlham Əliyev Tahir Salahovun yubileyinə həsr edilən sərgi ilə tanış olub

| Xəzərdə yanğın olub

| Emin Ağalarov: Möhtəşəm planlarım var

| Bu qidaları gecə yeyib kökəlməmək olar

| Rusiyada insanlara hücum edən çılpaq qadın tutuldu

| Britaniya ordusunda əsgər çatışmır

| UEFA erməni azarkeşlərinin Çipolinoya qəzəbini bağışlamadı

| Tramp Ərdoğanla anlaşdı

| Sudanlı deputat Bakıda çağırış etdi

| Sumqayıtda aptek külə döndü

| Ronalduya iki il həbs cəzası veriləcək

| Xələf Xələfov yeni vəzifədə nə iş görəcək?

| Solovyov Buzovanı tənqid etdi: Ağlı yoxdur, olmayacaq da

| Nazir: Gələn il Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə etməliyik

| 2018-ci ilin ən pis şifrələri - FOTO

| Azərbaycanda yeni qurum yaradıldı - FƏRMAN

| Prezident yol tikintisinə pul ayırdı

| İbad Hüseynovdan Melkonyanın şəkli olan forma ilə çıxan təxribatçıya münasibət

| Arvadına sataşdığı üçün əmisi oğlunu döyən şəxs saxlanılıb - RƏSMİ

| UNESCO Azərbaycanın fəaliyyətinə dair beş illik hesabatı qəbul edib

| Dünyanın dörd bucağına terror məktubları göndərilir - FOTO

| Dünyanın ən maraqlı görünüşü olan binalar - FOTO

| Prezident FHN-in bir qrup əməkdaşını təltif edib - SİYAHI

| İlham Əliyev general rütbələri verdi

| “Qarabağ” gerilədi

| AZAL stüardessa axtarır

| AZAL stüardessa axtarır

| Leyla Əliyeva bir qrup rusiyalı qadının məktubuna cavab verib

| Rusiya uçot dərəcəsini artırdı

| Nazirlik iki restoranı bağladı

| İlham Əliyev iranlı naziri qəbul edib

| Lukaşenko: Aranı Paşinyan qarışdırdı

| Əmisi oğlunun arvadına sataşan gəncin yeni görüntüsü yayıldı - VİDEO