Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Hikmət Hacıyev: İlham Əliyevin Nikol Paşinyanla Rusiyada söhbəti olub

  15

Oxu.Az Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Trend-ə müsahibəsini təqdim edir:

- 6 dekabr tarixində MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində qeyri-rəsmi zirvə toplantısı keçirildi. Prezident İlham Əliyev zirvə toplantısında iştirak etdi. Bu tədbirin əhəmiyyəti və müzakirə olunan məsələlər barədə nə deyərdiniz?

- Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti əsasında 6 dekabr tarixində Sankt-Peterburq şəhərində keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında iştirak etmişdir. Keçən il isə MDB dövlətlərinin qeyri-rəsmi zirvə toplantısı Moskvada keçirilmişdir.

Bu qəbildən olan zirvə toplantılarında MDB çərçivəsində il ərzində görülən işlər barəsində geniş fikir mübadiləsi aparılır və gələcək fəaliyyət istiqamətləri ətraflı müzakirə olunur. Bu dəfə də keçirilən qeyri-rəsmi zirvə toplantısı əsnasında eyni məqsədlər güdülürdü.

MDB dövlət başçılarının qeyri-rəsmi Sankt-Peterburq görüşü də işgüzar və səmimi şəraitdə keçirildi, dövlət başçıları birlikdə nahar etdilər və sonra Mariinskiy Teatrda “Şelkunçik” balet tamaşasına baxdılar.

Bir məqama da toxunmaq istərdim ki, tamaşa zamanı Prezident İlham Əliyev tədbirə ev sahibliyi edən Rusiya Prezidenti Vladimir Putinin yanında sağda əyləşmişdi. Bu dövlətimizin başçısına və onun şəxsiyyətinə xüsusi hörmətin və ehtiramın əlamətidir.

Zirvə görüşündə Prezident İlham Əliyevin tədbirdə iştirak edən bütün dövlət başçıları ilə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında məzmunlu söhbəti və müzakirələri olub.

- Ermənistanın baş naziri vəzifəsini icra edən edən Nikol Paşinyan ilə də müzakirələr aparılmışdırmı?

- Bəli. Tədbir əsnasında Prezident İlham Əliyevin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilə də söhbəti olub. Söhbət əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılmışdır.

Nəzərə almaq lazımdır ki, bu iki amil bir-biri ilə sıx şəkildə bağlıdır və biri-digərini tamamlayacaq şəkildə davam etdirilməlidir. Son dövrlər ərzində qoşunların təmas xətti və dövlət sərhədi boyunca nisbi sakitlik mövcuddur. Bu da münaqişənin həlli üzrə substantiv və intensiv danışıqların aparılması üçün yaxşı fon yaradır.

Bu əsla münaqişənin dondurulması və ya qəbuledilməz olan status-kvonun saxlanması anlamına gəlməməlidir. Qəti mövqeyimiz ondan ibarətdir ki, işğala əsaslanan status-kvo tezliklə dəyişdirilməlidir.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri də dövlət başçıları səviyyəsində status-kvonun dəyişdirilməsinin vacibliyini dəfələrlə vurğulayıblar. Münaqişənin həlli üzrə danışıqlar nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi bərpa olunmalıdır.

Eyni zamanda söhbət çərçivəsində Ermənistan və Azərbaycan arasında saxlanılan şəxslərin qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsi də müzakirə olundu.

- Azərbaycanın bu məsələdə humanist xarakter daşıyan və “hamının hamıya” prinsipinə söykənən mövqeyinə Ermənistanın münasibəti necədir?

- Prezident İlham Əliyev Azərbaycanın bu məsələdə mövqeyini vurğulayaraq bildirmişdir ki, “hamının hamıya” prinsipi əsasında dəyişdirmə tam olmalı və o cümlədən, Dilqəm Əsgərov və Şahbaz Quliyev onların arasında yer almalıdır.

Humanist xarakter daşıyan bu kimi addımlar danışıqlar prosesinə müsbət təsir göstərə bilər. ATƏT-in Minsk Qrupunun həmsədrləri də bu mövqeyi dəstəkləyir və ona görə də Ermənistan tərəfi bunu nəzərə almalıdır.

Soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi və Azərbaycana qaytarılması məsələsini dövlətimizin başçısı ATƏT-in Minsk Qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik və digər tərəfmüqabilləri ilə görüşlərdə hər dəfə qaldırır.

Xüsusilə qeyd etmək lazımdır ki, dövlətimizin başçısı Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün böyük səylər göstərir və bu məsələni daim diqqətdə saxlayır.

- Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan iki ölkə arasında rabitənin yaradılması barədə danışır. Bu barədə nə deyərdiniz?

- Düşənbədə dövlətimizin başçısı ilə Ermənistan baş naziri arasında olan söhbət əsnasında razılıq əldə edilmişdi ki, zəruri olan hallarda əlaqə yaratmaq üçün imkanlar təmin edilsin. Bu əlaqələr müntəzəm xarakter daşımır, dövlət başçıları, xarici işlər və ya müdafiə nazirləri səviyyəsində olan təmaslar deyil, aşağı səviyyədə və lazım olan hallarda həyata keçirilir.

- Kütləvi informasiya vasitələrində verilən məlumata görə, Belarus Prezidenti Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının növbəti baş katibinin Belarusdan olacağını bildirib. Ermənistan tərəfi isə bunu təkzib edərək fərqli fikir səsləndirib. Bu barədə nə demək olar?

- Sözügedən məsələ ilə bağlı biz də kütləvi informasiya vasitələrindən məlumat almışıq. Kuluarlarda gedən söhbətlər onu deməyə əsas verir ki, MDB ölkələrinin qeyri-rəsmi zirvə görüşündən əvvəl Avrasiya İqtisadi İttifaqının sammitində Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının (KTMT) baş katibi məsələsi müzakirə olunub.

Çox dərinə getmək istəməzdim, amma bəzi mənbələrdən aldığımız məlumata görə KTMT-nin baş katibi məsələsi ilə bağlı iclasda gərgin vəziyyət yaranmışdır. Bizdə olan məlumata əsasən tam əminliklə deyə bilərik ki, Ermənistan KTMT-nin baş katibi vəzifəsini itirib və Ermənistanın rəyi və fikri nəzərə alınmadan böyük ehtimalla yaxın gələcəkdə bu vəzifəyə Belarusun nümayəndəsi təyin olunacaqdır. Ermənistanın baş katib vəzifəsini özlərində saxlamaqla bağlı bütün səyləri iflasa uğrayıb. Bu ümumilikdə Ermənistanın siyasəti və diplomatiyasının növbəti məğlubiyyətidir.

- Hadisələrin bu məcrada inkişafını Azərbaycanın növbəti qələbəsi kimi qəbul etmək olarmı?

- Bildiyiniz kimi, Azərbaycan KTMT-nin üzvü deyil və ölkəmiz təşkilat daxilində gedən proseslərə müdaxilə etmək fikrində deyildir. Prezident İlham Əliyev bu ilin noyabrında Belarusa səfərindən öncə bu ölkənin səfirini qəbul edərkən səsləndirdiyi fikirlərinə istinad etmək istərdim. Dövlətimizin başçısı bildirmişdi:

“Ermənistan Azərbaycan ərazilərini işğal edən ölkədir və əlbəttə ki, biz hərbi-siyasi təşkilat olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hansı ölkənin nümayəndəsinin rəhbərlik etməsinə biganə deyilik. Bu məsələlərin tərəfdaşlar və dostlar arasında müzakirəsi təbiidir”. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirmək üçün KTMT-nin arxasında gizlənməyə çalışır. Ermənistanın üzləşdiyi aprel məğlubiyyətinin təcrübəsi də bunu göstərdi.

Heç kimə sirr deyil ki, yeni Baş katibin təyinatı məsələsini Prezident İlham Əliyev Ermənistan istisna olmaqla, KTMT-yə üzv olan bütün ölkələrin dövlət başçıları ilə bu və ya digər formada müzakirə etmişdir.

Sözsüz ki, işğalçı dövlət olaraq, Ermənistanın çoxsaylı xarakter daşıyan hər bir siyasi, diplomatik, iqtisadi və digər müstəvilərdə olan məğlubiyyəti Azərbaycanın qələbəsi kimi dəyərləndirilə bilər. Çünki bu məğlubiyyətlərin şərtləndirilməsində Azərbaycanın rolu kifayət qədər böyükdür. Nəticə etibarilə, Ermənistanın tamhüquqlu üzv olduğu KTMT-də növbəti dəfə alçaldıcı məğlubiyyəti bu sıradan olan nümunələrdən biridir.

Prezident İlham Əliyev bəziləri kimi deklarativ deyil, dərin strateji düşüncə və praqmatik baxışlar əsasında yüksək məharətlə və müdrikliklə “strateji diplomatiya” adlandırılan siyasət yürütmək iqtidarında olan şəxsiyyətdir. Bu “strateji diplomatiya” ölkəmizin qələbəsini təmin edir, milli maraqlarımızın qorunmasına, ölkəmizin beynəlxalq münasibətlərdə mövqeyinin və rolunun gücləndirilməsinə xidmət edir.

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Xəbər Lenti

| Federasiya prezidenti: Yeni baş məşqçimizlə altı aylıq müqavilə bağlamışıq

| Xırdalanda maşın piyadanı vurub öldürdü

| “Qarabağ” altı milyon manatdan çox qazandı

| Deputat: Azərbaycan terrorçuluğa məruz qalan ölkədir

| Suriyalı deputat ölkəsindəki dəhşətlərdən danışdı

| “Bəyin oğurlandığı” məşhur ev illər sonra - VİDEO

| Avtomobildən pirotexniki vasitələr və siqaret aşkarlanıb - FOTO

| Azərbaycan Kubokunda 1/4 final həyəcanı - PREVYU

| Məşhur şirkətin məhsulları xərçəngə səbəb ola bilər

| Sinoptiklər güclü külək vəd edirlər

| Çindən gətirilən malların üzərinə brend vurulmasın - TAPŞIRIQ

| Xırdalanda avtomobil piyadanı vurub öldürdü

| Qoyuna görə arvadını amansızcasına öldürdü - TƏFƏRRÜAT + VİDEO

| Rusiya hərbçiləri Ermənistanda azərbaycanlını saxladılar

| Azərbaycandan Gürcüstana “pul axını” davam edir

| Müdafiə Nazirliyi: DSX düşmənlə üz-üzə postları təhvil alıb

| “Azərişıq”da yeni təyinat

| Mübarizi təhqir edən psixoloq: ermənilər düşmənim deyil - VİDEO

| Dünyada işsizlik 63 faizə yüksəlib - AÇIQLAMA

| Fransada polis qüvvələri ayağa qaldırılıb

| AMEA-dan ixtisar xəbərlərinə - MÜNASİBƏT

| “Rammstein” qrupunun vokalisti Bakıda dincəlir - FOTO

| Deputat sərxoş halda Bakının mərkəzində dava saldı

| UEFA “Qarabağ”ın oyununda meydana girmiş erməni təxribatçı ilə bağlı iş açdı

| Avropada həftənin maraqlı oyunları

| Milli Məclisdə “keçi südü” söhbəti

| Leyla Əliyeva Emin Ağalarovun konsertində olub - FOTO

| Nazirlik bu restoranları bağlayacaq - SİYAHI

| Avstraliyadan Fələstinə ağır zərbə: Qüdsü İsrail paytaxtı kimi tanıdı

| Bakını çirkləyən şəhər sakinləri – VİDEO

| Omar Altabtabaei: Bəzi güclər təbii sərvətlərimizə göz dikib

| Erkən nikaha cəlb edənlərlə reabilitasiya işi aparılmalıdır - ŞƏRH

| Valyuta bazarında tarazlıq qorunur - MÜZAKİRƏLƏR

| Azərbaycanda əzgil mövsümü başladı: meyvələrin müalicəvi faydaları - VİDEO

| İndoneziyalı deputat: Dünyada sükuta, dincliyə ehtiyac var

| Ən çox “dislayk” yığan video məlum oldu - VİDEO

| ABŞ-da “dollar yağışı” yağdı - VİDEO

| Xəstə etiraz etsə də, həkimlər ayağını kəsdi

| İlham Əliyev Tahir Salahovun yubileyinə həsr edilən sərgi ilə tanış olub

| Xəzərdə yanğın olub

| Emin Ağalarov: Möhtəşəm planlarım var

| Bu qidaları gecə yeyib kökəlməmək olar

| Rusiyada insanlara hücum edən çılpaq qadın tutuldu

| Britaniya ordusunda əsgər çatışmır

| UEFA erməni azarkeşlərinin Çipolinoya qəzəbini bağışlamadı

| Tramp Ərdoğanla anlaşdı

| Sudanlı deputat Bakıda çağırış etdi

| Sumqayıtda aptek külə döndü

| Ronalduya iki il həbs cəzası veriləcək

| Xələf Xələfov yeni vəzifədə nə iş görəcək?

| Solovyov Buzovanı tənqid etdi: Ağlı yoxdur, olmayacaq da

| Nazir: Gələn il Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə etməliyik

| 2018-ci ilin ən pis şifrələri - FOTO

| Azərbaycanda yeni qurum yaradıldı - FƏRMAN

| Prezident yol tikintisinə pul ayırdı

| İbad Hüseynovdan Melkonyanın şəkli olan forma ilə çıxan təxribatçıya münasibət

| Arvadına sataşdığı üçün əmisi oğlunu döyən şəxs saxlanılıb - RƏSMİ

| UNESCO Azərbaycanın fəaliyyətinə dair beş illik hesabatı qəbul edib

| Dünyanın dörd bucağına terror məktubları göndərilir - FOTO

| Dünyanın ən maraqlı görünüşü olan binalar - FOTO

| Prezident FHN-in bir qrup əməkdaşını təltif edib - SİYAHI

| İlham Əliyev general rütbələri verdi

| “Qarabağ” gerilədi

| AZAL stüardessa axtarır

| AZAL stüardessa axtarır

| Leyla Əliyeva bir qrup rusiyalı qadının məktubuna cavab verib

| Rusiya uçot dərəcəsini artırdı

| Nazirlik iki restoranı bağladı

| İlham Əliyev iranlı naziri qəbul edib

| Lukaşenko: Aranı Paşinyan qarışdırdı

| Əmisi oğlunun arvadına sataşan gəncin yeni görüntüsü yayıldı - VİDEO

| DSX Ermənistanla dövlət sərhədinindəki döyüş postlarını təhvil alıb

| Kosovo ordu yaradır

| Dekabrın ikinci yarısında temperatur kəskin enəcək - AÇIQLAMA

| Azərbaycanda dopler radar müşahidə sistemi tətbiq olunacaq

| ASC sədri: Azərbaycanda adambaşına düşən tullantı 350 kiloqramdır

| Lukaşenko: Dağlıq Qarabağ üzrə Minsk qrupu heç bir iş görməyib

| Ovu qadağan olan quşlara görə cərimələr açıqlandı

| Nazirlik rəsmisi Bakıda quruyan ağacların aqibətindən danışdı

| Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu azalıb

| İranlı deputat Bakıda Urmiya gölündən danışdı

| Qurban Qurbanov ardıcıl doqquzuncu dəfə ilin futbol məşqçisi seçildi

| “Bakı bulvarı” Krasnodarda çıxış edəcək - VİDEO

| Mourine Osoru: Gənclər səylərini birləşdirməlidirlər

| Ramil Usubov işdən çıxardığı rəisə vəzifə verdi

| Lavrov İlham Əliyevlə görüş barəsində