Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

“AZAL”ın prezidenti ABŞ Nəqliyyat Komandanı ilə görüşdü

  23

 

 

ABŞ Nəqliyyat komandanı general Stefan Layonsun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən seherxeber.org-a verilən xəbərə görə, səfər çərçivəsində qonaqlar Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən “Baku Cargo Terminal” yük terminalı ilə tanış oldular. Ümumi sahəsi 25 min m2  olan “Baku Cargo Terminal” MDB məkanında ən böyük və texniki cəhətdən təchiz edilmiş yük terminalıdır. Bakı yük terminalı ABŞ və Asiya arasında yüklərin daşınması üzrə əsas əlaqələndirici qovşaq qismində çıxış edir. 

AZAL-ın prezidenti Cahangir Əsgərovla görüş zamanı tərəflər iki ölkə arasında aviasiya sahəsində möhkəm tərəfdaşlıq münasibətlərindən məmnunluq hissi duyduqlarını bildirdilər. 

Cahangir Əsgərov Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında mülki aviasiya sahəsində ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Xüsusən qeyd etmək lazımdır ki, ABŞ-ın ən böyük aerokosmik korporasiyası “Boeing”  “Azərbaycan Hava Yolları”nın strateji tərəfdaşıdır. Bundan əlavə 2016-cı ilin iyun ayından  Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında “Açıq Səma” (“Open Skies”) müqaviləsi qüvvəyə minmişdir və bu müqaviləyə əsasən operatorlara sərnişin və yük aviadaşımaları üzrə daha sərfəli və səmərəli xidmətlər təqdim edilir. 

Azərbaycanın mülki aviasiya normativ bazasının təkmilləşdirilməsi nəticəsində ABŞ Federal Aviasiya Administrasiyası Azərbaycana aviasiya təhlükəsizliyi sahəsində ən yüksək səviyyəni – “A” kateqoriyasını vermişdir. Bunun sayəsində iki dövlət arasında birbaşa aviareyslərin yerinə yetirilməsinə başlanması mümkün olmuşdur. “Azərbaycan Hava Yolları”nın Bakıdan Nyu-Yorka müntəzəm uçuşları müasir “Boeing-787-8” Dreamliner hava gəmilərində həyata keçirilir.

Görüş zamanı Azərbaycanda müasir nəqliyyat infrastrukturunun yaradıldığı qeyd olunmuş, nəqliyyat, tranzit və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu bildirilmişdir. 

Stefan Layonsun sözlərinə görə Azərbaycan bütün istiqamətlərdə, o cümlədən nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. O, bildirdi ki, ABŞ təhlükəsizlik sahəsində əməkdaşlığın təmin edilməsində, o cümlədən Əfqanıstanda həyata keçirilən sülhpərvər əməliyyatlarda ölkəmizin rolunu yüksək qiymətləndirir. 

 

Xəbər Lenti

| ABŞ Qaşıqçının qətlinə dair yekun qərar verməyib

| BMT Baş Assambleyası Azərbaycanın qətnaməsini qəbul etdi

| XİN: Azərbaycanın qəti etirazı ABŞ tərəfinə çatdırılacaq

| Meyvezer Nurməhəmmədovla döyüş haqqında: Əsas mənəm

| Suriya ordusu İŞİD-in son istehkamını ələ keçirdi

| Azərbaycan güləşçisi DÇ-də “gümüş” qazandı

| Azərbaycan Farer adalarına qalib gəlir

| Azərbaycanda “staj aministiyası” kimlərə şamil olunacaq?

| “Maşa və Ayı” “Kremlin təbliğatı”nda ittiham edildi

| Neymar Braziliya millisinin tarixinə düşdü

| Kiyevdə erməni nazirin həbsi tələb edildi

| Qroznıda qadın özünü partlatdı

| ABŞ Güləni Türkiyəyə təhvil verməyəcək

| Dövlət qulluğuna qəbula dəyişiklərin edilməsi təklif olunur

| Bakıda velosipedlərin qənimi yaxalandı

| Azərbaycanın fəxri olmağı bacaran əlil qardaşların hekayəsi - FOTO

| Fırıldaqçılar senator Məmmədova külli miqdarda “pul atdılar”

| Ən gəlirli peşə hansıdır? - SORĞU

| Sumqayıtda avtomobil oğruları tutuldu

| Azərbaycan vətəndaşı Qazaxıstanda qaçaqmalçılığa görə saxlanıldı

| Pensiyaçılara müjdə: 35 faiz artım olacaq

| Qarabağ müharibəsi əlillərinə ev veriləcək

| Musabəyov: Bakı və Minsk birlikdə hərbi texnika istehsal edə bilər

| Hər il minlərlə heyvanı xilas edən körpülər – FOTO

| Belarus XİN: Paşinyan özünü beynəlxalq prokuror kimi təsəvvür edir

| Lukaşenkodan izah? Paşinyanın növbəti lətifəsi - ŞƏRH

| Nəyə görə seksizm adi hal alıb? - Psixoloqdan cavab

| Nazir: Bu ayın sonunadək min şəhid vərəsəsinə ödəniş ediləcək

| Sabunçuda maşın qadını vurub öldürdü

| Gömrükdə bir gün - REPORTAJ

| Bikini-Fitnesin qalibi: Cənub zonasında stereotipləri qırdım - MÜSAHİBƏ

| DİM sədri 11-ci sinif şagirdlərinə və valideynlərə müraciət etdi

| Fransa XİN: Rəsmi Paris özünü respublika elan etmiş Dağlıq Qarabağı tanımır

| Qəbul imtahanlarında şagirdlərin dinləyib anlama bacarığı yoxlanılacaq

| Azərbaycanlılar Rusiyada qəzaya düşdülər

| Paracüdoçularımız dünya çempionatının ilk günündə dörd medal qazandı - FOTO

| Xətaidə su olmayacaq

| Rəsmi Bakı Fransaya etiraz notası verdi

| Məleykə Abbaszadə: Nəticələrdən razı deyilik

| Hikmət Hacıyev: Ermənilər Qarabağda qeyri-qanuni fəaliyyət göstərirlər

| Millətlər Liqasında günün oyunları - TƏQVİM

| Azərbaycanda ölüm hallarının rəsmi statistikası açıqlandı

| DİM sədri: Yüksək vəzifələrə sənəd verən yoxdur

| İstirahət gününə olan hava proqnozu

| DGK: “Armenia” adı ilə gətirilən papaqlar və içkilər saxlanılıb - FOTO/VİDEO

| Bakının məşhur restoranında yanğın: insanlar təxliyyə edildi

| Dayısı tərəfindən zorlanan qızın həyatı təhlükə qarşısındadır

| Daha bir güləşçimiz dünya çempionatının finalına çıxıb

| Netanyahu İsrailin Müdafiə Nazirliyinə rəhbərlik edəcək

| Azərbaycan əhalisinin sayı açıqlandı - RƏSMİ

| DİM imtahanların pullu keçirilməsinə münasibət bildirdi

| Azərbaycanda yeni medal təsis edildi - FOTO

| Məleykə Abbaszadə: İmtahanlarda ciddi dəyişikliklər olacaq

| Ramil Quliyev Türkiyə ordusunda

| Əmək haqqından tutulmalar necə olacaq? - HESABLAMA NÜMUNƏSİ

| Qurban Qurbanov: Farer adaları iddialı danışır

| KİV: Türkmənistan İlham Əliyevin səfərinə hazırlaşır

| MKİ Kaşıkçının qətlinin sifarişçisini açıqladı

| Azərbaycan Farer adaları ilə üz-üzə

| Rəsmi Parisdən Bakının etirazına cavab

| Gənclər boş vaxtlarını necə keçirirlər?

| Pişik gürcü mahnısı “oxudu” - VİDEO