Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Əyləncə və öyrənməni birləşdirən gənc: Yeni müəllim tipi yaratdıq - MÜSAHİBƏ

  16

Şagird ona sevgi və hörmət münasibətinin bəslənməsini və ona sərbəstlik verilməsini istəyir. Sərbəstlik bizdə yanlış anlaşılır, deyirlər ki, “uşaq sənin başına çıxar”. Amma burada qeyri-müəyyənlik var. Uşaq sənin başına niyə çıxsın? Biz səbəblərə köklənməkdənsə, nəticəyə köklənirik.

Şagird etikanı, davranış və ünsiyyət qaydalarını bilmirsə, ailə və cəmiyyətdə bu, ona öyrədilməyibsə, müəllimin üzərinə daha bir yük gəlir. Belə olduqda, ona etik qaydaları mənimsətmək lazımdır, sonra sərbəstlik verilməlidir. 

Bu sözləri 27 yaşlı gənc tarix müəllimi, eyni zamanda, təhsil könüllüsü - şagirdlər üçün dərsdənkənar hazırlıqlar, fəaliyyətlər, gəzintilər təşkil edən, sosial şəbəkədə müəllimlərə dəstək məqsədilə “Gənc müəllim” səhifəsini yaradan, velosipedlə kəndləri gəzərək məktəblilərə kitablar paylayan, şagirdlərlə dost münasibəti qurub, onlara fərdi yanaşmaq fikrini dəstəkləyən Həbib Əlizadə deyib.

Onun seherxeber.org-a müsahibəsini təqdim edirik:

- Müəllimliyə həvəsiniz necə, nə vaxt yarandı?

- Atam rus dili müəllimidir, 30 ildən çoxdur ki, Astaranın Şüvi kənd məktəbində çalışır. Evimizdə həmişə çoxlu kitablar olub, kitab əhatəsində böyüyüb, çoxlu kitablar oxumuşam. Bunun bizə çox müsbət təsiri olub. Amma, təbii ki, atamın müəllim olması və kitabların əhatəsində böyüməyim o demək deyil ki, müəllimliyə həmişə çox həvəsim olub. Sadəcə, bütün bunlardan əlavə, evimizə müəllimlərin gediş-gəlişi ilə ziyalı mühitinə sevgim artıb. 

Müəllimliyə həvəsim isə tələbəlik illərimdə yarandı. Uşaqlarla işləməyi öyrəndikcə, bu işə sevgim artdı. Bir az da maddi və mənəvi ehtiyacdan yaranan sevgi deyək. Həm də bu işi bacardığımı gördüm. Tələbəlik illərimdə dövlət və özəl məktəblərində uzun müddət təcrübə keçmişdim, müasir metodlar tətbiq edən, şagirdlərə sevgi ilə yanaşan, təkcə dərs vaxtı yox, dərsdən əlavə də şagirdlərə vaxt ayıran müəllimlər gördüm. 

Təhsil aldığım kənd məktəbindən çox fərqli idi yəni, bizdə hansı müəllim uşaqla futbol oynayardı, ya birlikdə yemək yeyərdi? Amma orada təcrübə keçdiyim zaman bunu mən də tətbiq etməyə başladım və uşaqlara öyrəşdim, təcrübə qazandım.

 
Universitet bitdikdən sonra hansı sahədə çalışa biləcəyimi düşünürdüm. Kompüter (İT) və media sahəsinə marağım var idi. Amma maddi və mənəvi ehtiyacım, yəni, şagirdlər üçün çox darıxmağım mənə dərs deməli olduğumu hiss etdirdi. Müəllimlik imtahanını uğurlu verib işə başladım. İndi kompüter və media sahəsi ilə də hobbi kimi məşğul oluram, yəni az da olsa, şagirdlərə kompüter biliklərimi çatdırıb, mediada təhsillə bağlı sosial media üzərindən fəaliyyətlər göstərirəm. 
 

- Özünüzəməxsus dərs keçmək metodunuza necə başladınız? Standart dərs keçmək qaydasından necə çıxdınız?

- Şagirdlərlə dərsi əyləncəli üsullarla keçməyə başladıq, xronologiyanı musiqili replə öyrəndik, açıq havada dərs keçdik, partaları fərqli formada düzüb dərs öyrəndik, debat, oyunlar keçirdik. Bu üsulun motivasiyası və hərəkətverici qüvvəsi şagirdlərdir. Şablon dərs keçmək qaydasından fərqli olduğu üçün uşaqlara da bu, maraqlı olur.

 
Tədris, əslində, iki yolla həyata keçirilməlidir, həm əyləncə, həm də öyrənmə. Əyləncə və öyrənmək birlikdədirsə, deməli, müəllim də, metod da uğurludur və şagirdlər xoşbəxtdir. Çünki şagirdlər təhqir olunmur, döyülmür, aşağılanmır, onlara qarşı heç bir zorakılıq tətbiq olunmur. Şagird həm əylənir, həm də öyrənir. Bundan daha gözəl nə ola bilər? 
 

Sosial media və ümumiyyətlə, medianın verdiyi dəstək də bunun yayılmasında böyük rol oynadı. Bu üsulu tətbiq edən müəllimlərin sayı artdı, yeni trend, yeni müəllim tipi yarandı. Şagirdin müəllimi görəndə gizlənməsinə səbəb olan, üzündən zəhm yığan müəllim tipindən çıxıldı.

- Bu üsulda ən çox nəyə önəm verirsiniz? Dərs öyrətmə fəlsəfəniz nədir?

- Dərs öyrətmə fəlsəfəm əyləncə və öyrənmənin bərabər formada təşkil edilməsidir. Çünki şagird hələ uşaqdır, hətta universitetə qəbul olan tələbələrin də ruhunda uşaqlıq qalır, əylənmək istəyirlər, kim əylənmək istəməz ki? Xüsusən, orta məktəb üçün bu, önəmlidir. Şagird özünü xoşbəxt və rahat hiss etdikdən sonra öyrənməyə keçmək olar. Sinifdə və məktəbdə xoşbəxt mühit yaradıb, sonra o mühiti öyrədici mühitə çevirmək çox vacibdir. Şagirdin şəxsiyyət kimi formalaşmasında ailənin rolu olsa da, məktəbin rolu daha çoxdur. 

- Dərs dediyiniz şagirdlərin valideynlərinin buna münasibəti necədir?

- 2015-2018-ci illər ərzində Lənkəranın Gəgirən kəndində çalışmışam, bu ildən Astaranın Qapıçıməhəllə kəndində çalışıram. Hər iki məktəbdə valideynlər tərəfindən ciddi irad və problemlərlə rastlaşmamışam. Valideyn uşağın evə gələndə müəllimin metodlarından, münasibətindən xoş danışmasını görürsə, bu, valideyni qane edir, bu metod övladını xoşbəxt edirsə, başa düşür ki, deməli, pis deyil. 

Təbii ki, valideynlər xoşbəxtliyi tam olaraq fikirləşmirlər, çox vaxt məhdud düşünürlər. Amma yenə də uşağın müəllimdən razı olduğunu görəndə düşünür ki, bu, yaxşıdır. Çünki müəllimin şagirdin qəlbini fəth etmədən nəsə öyrətməsi uğursuz və ya yarımçıq olur. Əvvəl şagirdin qəlbinə, sonra beyninə girmək lazımdır.

Sosial şəbəkələrdə bəzi insanlar, təhsil işçiləri – müəllimlər bu üsulu tənqid edirlər, doğru olmadığını düşünürlər. Təbii ki, onlara da hörmətlə yanaşırıq, amma cavab olaraq bildirmək istəyirəm ki, 30-40 il öncəki metodlar indi mütləq doğru, faydalı sayıla bilməz. Eləcə də, bundan 30 il sonra bugünkü metodlar effektiv sayılmayacaq. Dünya dəyişir, biz də dəyişib inkişaf etməliyik, şagirdlərə zor gücü ilə, qorxudaraq yox, yaradıcı mühit yaradaraq öyrətməliyik.

Bundan 30 il sonra da, 50, 60, 70 yaşlarımda da gənc müəllimlərə dəstək olacağam, çünki gənclərin fiziki olaraq fəaliyyəti, enerjisi daha çox olur. Buna görə də gənclərə enerjilərini tam istifadə etmələri üçün dəstək olmalıyıq. 

- Bu üsulun nəticələri necə olur, effektiv olduğunu düşünürsünüz?

- Musiqili, əyləncəli, şagirdlərin əylənərək öyrənməsinin effektli olduğunu düşünürəm. Məqsəd şagirdə hər hansısa fənni öyrətməkdirsə və biz onu əyləncəli, şagirdin sevərək, xoşbəxt olaraq öyrənəcəyi formada edə biliriksə, niyə də etməyək? Bir məlumatı sevgi ilə öyrətmək mümkündürsə, nəyə görə onu qorxu ilə öyrədək?

 
Müxtəlif test və qeyri-test üsulu ilə yoxlama imtahanları, yarışmalar keçiririk, şagirdlərin nəticələri ilə tanış oluruq, üsulumuzun effektiv olduğunu görürük. Təhsildə sevgi-səmimiyyət, sonra da nizam-intizama diqqət etmək lazımdır. Ardıcıllıq, davamlılıq qorunmalıdır. Ancaq o halda keyfiyyət ortaya çıxacaq. Nizam-intizam yoxdursa, əyləncə də, sevgi də məhdud qalacaq, zamanla gözdən düşəcək. Müəllimlər bu cəhətdən diqqətli olmalıdırlar.
 

- Uşaqların sui-istifadə halları ilə rastlaşmısınız?

- Bayaq dediyim kimi, nizam-intizam və etika olmasa, şagirdlər sui-istifadə edər. Mən uşaqlara bunu başa salıram, deyirəm ki, valideynini bura çağıra, səni direktora şikayət edə bilərəm, amma etmirəm, gəlin, bir-birimizə sevgi və hörmətlə davranaq, problem yaratmayaq, əylənək və öyrənək. 

Telefonda necə danışmaq, müəllimlə, öz şagird dostunla necə danışmaq, ictimai nəqliyyatda, məktəbdə davranış qaydaları, ünsiyyət qaydalarını müzakirə edib praktiki olaraq etik və qeyri-etik davranışları ayırmağı öyrənirik. Çünki sui-istifadə ancaq uşağın sevgi və ya etik çatışmazlığı olanda baş verir. 

- Sizcə, müəllim olmaq üçün nə lazımdır?

- Müəllim olmaq üçün insanda sevgi, hörmət və nizamlılıq olmalıdır. Əməkhaqqının azlığı müəllimlərin ruhdan düşməsinə səbəb olur. Mən də tez-tez differensial təlimə keçməyin vacibliyini ifadə edirəm. Bu, qətiyyən, müəllimlik sənətinə sevgimin azalması demək deyil. Nəyinsə problemli, əskik tərəfindən danışırıqsa, bu, ona nifrət etdiyimiz anlamına gəlmir. 

Ən önəmlisi, işinə, dərs dediyin məktəbə, şagirdlərə və özünə sevgi ilə yanaşmaqdır. Sevgi ilə yanaşmasan, sənə nə qədər maaş versələr də, bunu bacarmayacaqsan. Sevgi pulla ölçülmür. Maaş məsələsini səbəb göstərib müəllimlik sənətini aşağılamaq və onu hörmətdən salmaq olmaz. 

Bundan əlavə, müəllimdə fənni ilə bağlı bilik olmalıdır, ikincisi isə əyləncəli öyrənmənin tətbiqidir. Müəllim şagirdə öyrənməyi öyrətməlidir. Biz bələdçiyik, yol göstəririk, ilham verərək dərsi öyrənməsinə səbəb oluruq. Uğur və uğursuzluq nisbidir, müəllim olmaq üçün cəmiyyətdə şəxsiyyət yetişdirmək kimi ali məqsədlər gərəklidir. 

Bir dostum deyir ki, bu gün şagirdlərimizə şəxsiyyət kimi formalaşmağa kömək etməsək, sabah o, ən azı, özümüzə, ailəmizə, ətrafımıza zərər yetirəcək. Bugünkü terrorçular, cinayətkarlar, sərxoşlar vaxtilə yaxşı ailə və müəllimlərdən uzaq düşmüş insanlardır. Bu məsuliyyəti anlayan, həm özünə, həm də cəmiyyətə xeyir verdiyini anlayan insan yaxşı müəllim ola bilər.

 
Nəzrin Həsənova

Xəbər Lenti

| NBC: Fətullah Gülən ABŞ-dan qovula bilər

| Siyavuş Novruzov: Bilməliyik ki, camaat haqqımızda nə düşünür

| Almaniyada iki məktəb avtobusu toqquşub: 40 yaralı - VİDEO

| Kirayə qaldığı evin mebelini satan ər-arvad məhkəmə qarşısında

| ABŞ Kaşıkçının qətli ilə bağlı sanksiyalar tətbiq etdi

| Azərbaycan Fransaya qəti etirazını bildirəcək

| Prezident sərəncam imzaladı

| Düz bağırsağında İrandan narkotik gətirən azərbaycanlı saxlanıldı

| Bakıda qadından ərinin xəbəri olmadan pul alana hökm oxundu

| Sabah Lənkəranda su olmayacaq

|

“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

| Bakıda vəkillərin beynəlxalq konfransı öz işinə başlayıb - FOTO

| Tbilisidə yaşayış binasında partlayış: Azərbaycanlılar xəsarət alıb - VİDEO

| İrina Zaretskaya: Hər dəfə himninizi oxuyanda xalqınıza təşəkkür edirəm

| Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə bağlı - SƏRƏNCAM

| Xəyalındakı səyahəti yaşa! - “Expressbank”dan bayramqabağı aksiya

| İlham Əliyev bir qrup şəxsi təltif etdi - SİYAHI

| Bakıda keçiriləcək beynəlxalq konfransla bağlı təşkilat komitəsi yaradılıb

| Bakının yeni icra başçısından ilk - TƏYİNAT

| Prezident yol tikintisinə pul ayırdı

| Xəyalındakı səyahəti yaşa! - “Expressbank”dan bayramqabağı aksiya

| Sərnişinin ölümünə səbəb olan sürücü cəzalandırıldı

| Kadırov beş yaşlı uşağa “Mercedes” bağışladı - FOTO/VİDEO

| Həyəcan təbili: Buzlaqlar sürətlə əriyir, su qıtlığı yaranacaq

| Kimsəsiz azərbaycanlı uşaq Almaniyada əməliyyat olundu - FOTO

|

Azərbaycan Respublikası Auditorlar Palatasının İdarə rəisindən Birinci vitse-Prezidentə - ŞİKAYƏT

| Sədr müavini: Dünyada axıdılan qanlar Azərbaycandan uzaqdır

| Azərbaycanda dəbli mənzil dizaynı - QİYMƏTLƏR

| Abel Məhərrəmov vəzifəsindən azad edildi

| “Saxta” agentlik əməkdaşlarının məhkəməsi başladı

| Azərbaycanla Rusiya arasında sərhəd müzakirəsi

| Türkiyəli DJ millimizdə oynamış həyat yoldaşının karyerasını bitirməsi barədə

| Günün futbol matçları - TƏQVİM

| Kaşıkçının qətlində şübhəli bilinən beş nəfərin edamı tələb olundu

| “Qaçqınkom”un sədr müavini işdən azad edildi

| Rəsmi görüşdə Lavrovdan kənara çəkilməyi xahiş etdilər - VİDEO

| İlham Əliyev Beynəlxalq Paralimpiya Federasiyasının prezidentini qəbul edib

| Bakının yeni meri kimdir? - DOSYE

| YAP-çı deputatdan etiraz: İndi mən vətən xaini, bunlar isə vətənpərvər oldu?!

| “Georgia Today” Azərbaycanda turizmin inkişafı barədə

| Çingiz Qənizadə: Şəmkirdə yeyib-içən deputatlar iclasda iştirak etməlidirlər

| Eldar Əzizov Bakıya icra başçısı təyin edildi

| Bakıda məktəblini öldürməyə cəhd edən şəxs dəlixanaya göndərildi

| Qulağı kəsilən şəxs məhkəməyə məcburi gətiriləcək

| Deputatlar iclaslarda ancaq Azərbaycan dilində danışacaq? - AÇIQLAMA

| Dövlət büdcəsinin birinci müzakirəsi başa çatıb

| Azərbaycan Mərkəzi Bankı kripotvalyuta yaradacaqmı? - RƏSMİ CAVAB

| Deputat AzTV və İctimai TV-dən narazılıq etdi

| “Moon Blue Jazz Club” fəaliyyətə başlayıb

| Sabah Bakıda 15 dərəcə isti olacaq

| Deputat: Reket jurnalistlər bizi biabır edir

| Danimarkalı məşqçi millimizlə oyun üçün start heyətini açıqladı

| Mərkəzi Bank: Nağd pul problemlər yaradır

| Vahid Əhmədovdan tələb: Nazirin vaxtı yoxdursa, başqa addımlar atılsın

| “Yeni yol nişanları” gülüş hədəfi oldu - FOTO

| Deputat: Parlamentin işçilərinin bir çoxu hələ də evsizdir

| Milli Məclisin büdcəsi məlum oldu - RƏSMİ

| Metropoliten rəsmisi deputatın iradına cavab verdi

| Taksi sürücüsü: Mahnı oxumağım müştəriləri narahat etmir - VİDEO

| Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək

| Kadırov tapançasına status yazdı, “blok” edildi

| Pul üçün rinqə çıxan 13 yaşlı idmançı faciəvi şəkildə öldü - VİDEO

| “Qarabağ”a Britaniya vizası alınması üçün jest edildi - FOTO

| Anar Bağırov: İşə qəbul üçün namizədlərin iş təcrübəsini azaltmışıq

| Çili Azərbaycanda diplomatik nümayəndəlik açacaq

| Bakının bu ərazisində su olmayacaq

| XİN-in keçmiş əməkdaşları məhkəmə qarşısında

|

Nazir: Pensiya yaşını azaltmağa ehtiyac yoxdur

| Güləşçilərimiz dünya çempionatından üç medalla qayıdır - FOTO

| Şagirdlər tətilə çıxır

| Bakıda qadın kirayə qaldığı evdə öldürüldü

| İt üç aydır sahibinin öldüyü yerdə onu gözləyir - VİDEO

| Həyat sığortası: Azərbaycanlılar canlarını qiymətləndirirlər

| Qəbələdə maşın ağaca çırpıldı: futbol məşqçisi öldü - YENİLƏNİB + FOTO

| Bloqer “iPhone” almaq üçün bir vanna pul gətirdi - VİDEO

| ABŞ-ın müharibələrə nə qədər pul xərclədiyi hesablandı

| Azərbaycanda vulkan təhlükəsi - PROQNOZ

| Qəbələdə maşın ağaca çırpıldı: ölən var

| Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxs hakim qarşısında

| “Çəhrayı miras” adlı üzük rekord qiymətə satıldı - FOTO

| Makrondan Trampa cavab: ABŞ-ın vassalı deyilik

| Xüsusi komissiya: ABŞ Rusiyaya qarşı müharibəni uduzacaq

| İspaniyada 100-dək qadını aldadan “Don Juan” saxlanıldı

| Türkiyədən Kaşıkçının qətli ilə bağlı mühüm bəyanat

| Gürcüstanda prezident seçkilərinin ikinci turunun tarixi açıqlandı