Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Qonşu qonşu olsa: manata qarşı - BEŞ TƏHLÜKƏ

  19

Maliyyə naziri Samir Şərifov Milli Məclisin komitə iclasında “Azərbaycanla qonşu ölkələrin və əsas ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması manatın məzənnəsinə təzyiqləri artırır”, - deyə açıqlama verib.

Hələ rublun və lirənin kəskin çökməsi zamanı belə təzyiqlərin manatın məzənnəsinə təsir etmədyini nəzərə alsaq, ölkənin maliyyə nazirinin bu xəbərdarlığınını arxasında hansı səbəblər dayanır? 

seherxeber.org bununla bağlı Mərkəzi Bankın son bəyanatı və ekspertlərin rəyini bir araya toplayaraq, manat üçün gözlənilən proqnozu dəyərləndirməyə çalışdı. 

Həssas yanaşma lazımdır

Beləliklə, çox uzaq deyil, ötən həftə Mərkəzi Bank sədri Elman Rüstəmov sahibkarların qarşısında çıxışı zamanı manatın məzənnəsinin sabitliyi barədə ciddi mesajlar səsləndirdi. Bu zaman xarici şoklarla bağlı istisna da deməyi unutmadı. Maliyyə naziri Samir Şərifov isə büdcə müzakirəsində bu fikri daha açıq formada səsləndirdi və qonşu ölkələrin milli valyutalarının təsir imkanlarının böyük olduğunu anlamağa əsas yaratdı. 

Maliyyə sektorunun tanınmış simalarından biri olan Cəfər İbrahimlinin sözlərinə görə, dünyadakı hazırkı ticarət müharibələri və İrana qarşı iqtisadi sanksiyalar, türk lirəsi, rus rublu ilə bağlı vəziyyət dolayı yolla olsa da, manata təsir edir. 

Düzdür, həmin valyutaların dollarla çarpaz münasibəti nəticəsində Azərbaycan manatına olan məzənnəsi təyin edilir və manat qonşu ölkələrin valyutalarına nisbətdə dalğalanır. Hazırkl vəziyyət hələlik manat üçün təhlükə yaratmasa da, dünyada gedən tendensiya hadisələrə həssas yanaşmanı tələb edir. Çünki mərkəzi bankların uçot dərəcəsini artırmağa meyilli siyasət yürütmələri iqtisadi aktivliyi zəiflətməyə yönəlib və bu. həm ixrac bazarı, həm də idxal məhsulları vasitəsilə yerli istehsala mənfi təsir edəcək. Yerli istehsalın zəifləməsi ixrac imkanlarını zəiflədəcək, bu isə ölkəyə valyuta gəlməsində problemlər yarada bilər.   

Beş təhlükə 

İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, Mərkəzi Bankın açıqladığı manatın real effektiv məzənnəsi indiki vəziyyəti əks etdirir. Lakin orta dövrdə rublun, tümənin və lirənin vəziyyətinin necə olacağına dair gözləntilər fərqlidir. Qeyri-sabitlik avtomatik olaraq manata təzyiqləri formalaşdırır və bu, həddən artıq çoxdur.

R.Həsənov bu təhlükələri beş qrupa bölür: 

Təzyiqlərdən birincisi odur ki, həmin ölkələrin məhsulları ucuzlaşır və Azərbaycana idxal bumu yaranır. Artan idxal, təbii ki, qarşılığında ödəniş vasitəsi olaraq dollar tələb edir. 

İkinci təzyiq ondan ibarətdir ki, qonşuların məhsullarının ucuzlaşması daxili bazarda yerli məhsulları sıxışdırır. 

Üçüncü təzyiq onların hər birində qara valyuta bazarının formalaşmasıdır. Xüsusilə də İranda hazırda qara bazar çox məşhurdur və rəsmi məzənnə ilə qara valyuta bazarı arasında qiymətlərdə dörd dəfəlik bir fərq var. 

“Təsəvvür edin, siz buradan dollar alıb aparın İrana və gətirdiyiniz tüməni banklar rəsmi məzənnə ilə götürür. Bir dolların rəsmi məzənnəsi 44 min tüməndir, amma İranda qara bazarda 160 min tüməndir. Yəni, dörd dəfə bahasına bizim banklarda onu reallaşdıra bilərsiniz. Düzdür, banklar qeyri-rəsmi formada onu qəbul etmirlər, bu, başqa məsələdir”. 

Dördüncüsü, həmin ölkələrin məhsullarının ucuzlaşması bizim bazarlarımıza pis təsir edir. Çünki onların da məhsulları Azərbaycan məhsullarının olduğu eyni bazarda satılır. 

“Bizim ixrac etdiyimiz məhsullar satdığımız ölkənin bazarında qiymət baxımından qonşularımıza uduza bilər. Bizdə beş manata başa gələn məhsul əvvəllər Rusiya bazarında 300 rubl edirdisə, indi 370 rubl edir. Nəticədə, məhsul bahalaşır, bu isə alıcını başqa məhsula istiqamətləndirir. Beləliklə, ixrac azalır. 

Beşincisi, qonşularımız İran, Rusiya, Türkiyənin hər birinin Azərbaycanda bankı var və rəsmi yollarla belə Azərbaycanın bank sistemi vasitəsilə valyuta axını baş verə bilər. 

İnzibati yollarla...

Ekspert Vüqar Bayramov hesab edir ki, neft manatın məzənnəsinə təsir edən ən başlıca amil olsa da, ticarət tərəfdaşlarımız və qonşularımızın valyutalarının məzənnəsi manata birbaşa təsir edir. Qonşularımızdan Rusiyanın ölkəmizə iqtisadi təsirləri daha güclüdür. 

“1,5 milyard dollardan artıq qeyri-neft ixracımızın yarım milyard dollardan çoxu Rusiyanın payına düşür. Ona görə də rublun ucuzlaşması Azərbaycan məhsullarının ixrac imkanlarına mənfi təsir edir. Psixoloji təsirləri də unutmayaq, çünki bu ilin aprel-avqust aylarında Azərbaycanda valyutaya tələbin necə artdığını gördük”.

İl ərzində Rusiyadan Azərbaycana bir milyard dollardan artıq pul köçür və valyutaya təsir edən faktorlardan biridir. Manatın məzənnəsinə gəldikdə, V.Bayramov hesab edir ki, bu ilin dekabrında yenə də dollara tələb artacaq. 

“Məzənnə dəyişikliyini isə gözləmirəm, çünki Mərkəzi Bank inzibati yollarla manatın məzənnəsini tənzimləməyə davam edir”.

İlhamə Abdullayeva

Xəbər Lenti

| ABŞ Qaşıqçının qətlinə dair yekun qərar verməyib

| BMT Baş Assambleyası Azərbaycanın qətnaməsini qəbul etdi

| XİN: Azərbaycanın qəti etirazı ABŞ tərəfinə çatdırılacaq

| Meyvezer Nurməhəmmədovla döyüş haqqında: Əsas mənəm

| Suriya ordusu İŞİD-in son istehkamını ələ keçirdi

| Azərbaycan güləşçisi DÇ-də “gümüş” qazandı

| Azərbaycan Farer adalarına qalib gəlir

| Azərbaycanda “staj aministiyası” kimlərə şamil olunacaq?

| “Maşa və Ayı” “Kremlin təbliğatı”nda ittiham edildi

| Neymar Braziliya millisinin tarixinə düşdü

| Kiyevdə erməni nazirin həbsi tələb edildi

| Qroznıda qadın özünü partlatdı

| ABŞ Güləni Türkiyəyə təhvil verməyəcək

| Dövlət qulluğuna qəbula dəyişiklərin edilməsi təklif olunur

| Bakıda velosipedlərin qənimi yaxalandı

| Azərbaycanın fəxri olmağı bacaran əlil qardaşların hekayəsi - FOTO

| Fırıldaqçılar senator Məmmədova külli miqdarda “pul atdılar”

| Ən gəlirli peşə hansıdır? - SORĞU

| Sumqayıtda avtomobil oğruları tutuldu

| Azərbaycan vətəndaşı Qazaxıstanda qaçaqmalçılığa görə saxlanıldı

| Pensiyaçılara müjdə: 35 faiz artım olacaq

| Qarabağ müharibəsi əlillərinə ev veriləcək

| Musabəyov: Bakı və Minsk birlikdə hərbi texnika istehsal edə bilər

| Hər il minlərlə heyvanı xilas edən körpülər – FOTO

| Belarus XİN: Paşinyan özünü beynəlxalq prokuror kimi təsəvvür edir

| Lukaşenkodan izah? Paşinyanın növbəti lətifəsi - ŞƏRH

| Nəyə görə seksizm adi hal alıb? - Psixoloqdan cavab

| Nazir: Bu ayın sonunadək min şəhid vərəsəsinə ödəniş ediləcək

| Sabunçuda maşın qadını vurub öldürdü

| Gömrükdə bir gün - REPORTAJ

| Bikini-Fitnesin qalibi: Cənub zonasında stereotipləri qırdım - MÜSAHİBƏ

| DİM sədri 11-ci sinif şagirdlərinə və valideynlərə müraciət etdi

| Fransa XİN: Rəsmi Paris özünü respublika elan etmiş Dağlıq Qarabağı tanımır

| Qəbul imtahanlarında şagirdlərin dinləyib anlama bacarığı yoxlanılacaq

| Azərbaycanlılar Rusiyada qəzaya düşdülər

| Paracüdoçularımız dünya çempionatının ilk günündə dörd medal qazandı - FOTO

| Xətaidə su olmayacaq

| Rəsmi Bakı Fransaya etiraz notası verdi

| Məleykə Abbaszadə: Nəticələrdən razı deyilik

| Hikmət Hacıyev: Ermənilər Qarabağda qeyri-qanuni fəaliyyət göstərirlər

| Millətlər Liqasında günün oyunları - TƏQVİM

| Azərbaycanda ölüm hallarının rəsmi statistikası açıqlandı

| DİM sədri: Yüksək vəzifələrə sənəd verən yoxdur

| İstirahət gününə olan hava proqnozu

| DGK: “Armenia” adı ilə gətirilən papaqlar və içkilər saxlanılıb - FOTO/VİDEO

| Bakının məşhur restoranında yanğın: insanlar təxliyyə edildi

| Dayısı tərəfindən zorlanan qızın həyatı təhlükə qarşısındadır

| Daha bir güləşçimiz dünya çempionatının finalına çıxıb

| Netanyahu İsrailin Müdafiə Nazirliyinə rəhbərlik edəcək

| Azərbaycan əhalisinin sayı açıqlandı - RƏSMİ

| DİM imtahanların pullu keçirilməsinə münasibət bildirdi

| Azərbaycanda yeni medal təsis edildi - FOTO

| Məleykə Abbaszadə: İmtahanlarda ciddi dəyişikliklər olacaq

| Ramil Quliyev Türkiyə ordusunda

| Əmək haqqından tutulmalar necə olacaq? - HESABLAMA NÜMUNƏSİ

| Qurban Qurbanov: Farer adaları iddialı danışır

| KİV: Türkmənistan İlham Əliyevin səfərinə hazırlaşır

| MKİ Kaşıkçının qətlinin sifarişçisini açıqladı

| Azərbaycan Farer adaları ilə üz-üzə

| Rəsmi Parisdən Bakının etirazına cavab

| Gənclər boş vaxtlarını necə keçirirlər?

| Pişik gürcü mahnısı “oxudu” - VİDEO