Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

67 yaşlı qadın əkiz uşağa hamilədir

  7

Çində Tsanq adlı 67 yaşlı qadın əkiz uşağa hamilədir.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, yüksək təzyiqə və riskli hamiləliyə baxmayaraq, Tsanq uşaqları dünyaya gətirmək fikrindədir. Çində tətbiq edilən “tək uşaq” siyasətinin qurbanı olan Tsanq yeganə oğlunu 2014-cü ildə yol qəzasında itirib.

O, əri ilə övladlığa uşaq götürmək istəsə də, “yaşınız çoxdur” deyərək müraciətlərini rədd ediblər. Tsanqın doğuşuna icazə verməyən Səhiyyə və Ailə Planlama Nazirliyi xəstəxanalara xəbər verilmədən Tsanqın müalicəsini üzərinə götürməmələri ilə bağlı tələb qoyub. Tsanq isə həyatını riskə atmasının səbəbini belə izah edib:

“Yeganə övladımı itirəndə heç kimin vecinə olmadı. İndi yenidən uşaq sahibi olmaq şansım var. Amma ona da maneçilik törədirlər. Varlı deyiləm, amma uşaq böyütmək üçün lazımi vəsaitimiz var. 85 yaşımadək yaşayıb uşaqlarımı böyüdəcəyəm”.