Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Aktauda rəsmi qəbul təşkil edildi

  16

 

Avqustun 12-də Aktauda Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin adından Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısının iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.

Bununla da Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb.