Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Sabirabadda restoran mexanikini “tok” vurdu

  10

Sabirabad rayonunda yerli sakin bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

“Qafqazinfo” "Report"a istinadən xəbər verir ki, rayonun Surra kəndində yerləşən restoranlardan birində mexanik işləyən 1965-ci il təvəllüdlü Cəfərov Usubəli Əliqulu oğlunu ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.

Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.