Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Binəqədidə “Gənclər günü” qeyd edilib

  6

Dünən Binəqədidə Heydər Əliyev adına istirahət parkında tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev beynəlxalq gənclər gününün yaranma tarixindən bəhs edib.

Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etdiyini, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirdiyini, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdiyini qeyd edib.

Tədbir “İlahə xalq çalğı” ansamblının ifasında maraqlı konsert proqramı ilə davam etdirilib.