Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Bakıda bu gecə də ağac aşdı - Fotolar

  7

Bakıda güclü külək bu gecə də fəsad törədib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, gecə saatlarında Xəqani 35 ünvanında ağac küləyin təsirindən aşaraq yolun kənarında dayanmış avtomobilin üzərinə düşüb. Nəticədə “Mercedes” markalı 90 XT 850 nömrəli maşın zədələnib.

Xəsarət alan olmayıb.

Aşan ağac isə yolu kəsərək hərəkəti dayandırıb. Bu gün səhər saatlarında meriyanın Yaşıllaşdırma İdarəsinin əməkdaşları ağacı yük maşınına yükləyərək ərazidən aparıblar.

Murad Əhməd