Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Bakıda qadına xəsarət yetirib evini soydular

  12

Avqustun 9-da Binəqədi rayonu ərazisindəki evlərdən birinə quldurluq məqsədi ilə naməlum şəxs daxil olub.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, həmin gün L.Novruzovanın Biləcəri qəsəbəsindəki evinə girmiş naməlum şəxsin ev sahibəsinə yumruqla xəsarət yetirdiyi, oradan mobil telefon və təmir-tikinti alətləri oğurladığı müəyyən edilib.

Quldurluğu törətməkdə şübhəli bilinən şəxs Salyan rayon sakini, əvvəllər xuliqanlıq törətdiyinə görə məhkum olunmuş Həzi İsayev saxlanılıb.

Murad Əhməd