Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Afrika ölkələri vahid valyuta sisteminə keçməyə hazırlaşır

  16

Afrika ölkələri ümumi mərkəzi bank və qitə üzrə vahid valyuta sisteminə keçməyə hazırlaşır.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, belə bir bəyanatla  Misirin Mərkəzi Bankının rəhbəri Tarek Amer çıxış edib. Onun sözlərinə görə, Afrikanın mərkəzi bankları mövcud qanunvericilik qaydalarını araşdırmağa başlayıb və vahid valyuta sisteminin yaradılması prosesi ən azı 25 il çəkə bilər.

Amer bildirib ki, bu planın reallaşdırılması üçün “Afrika dövlətləri rəhbərlərinin razılığı və siyasi iradəsi, həmçinin, müəyyən iqtisadi və maliyyə göstəricilərinin nailiyyətləri” lazımdır.