Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Atatürk Hava Limanında təyyarələr toqquşdu - Video

  29

Atatürk Hava Limanında “Royal Air Moroc”a məxsus sərnişin təyyarəsi Türk Hava Yollarının (THY) təyyarəsi ilə toqquşub.

“Qafqazinfo” “İHA”ya istinadən xəbər verir ki, İstanbul-Kasablanka səfərini gerçəkləşdirən layner hava limanından uçuşa qalxmağa başlarkən sağ qanadı İstanbul-Afina reysi üzrə sərnişin qəbul etməyə hazırlaşan “Boeing 777”nin quyruğuna çırpılıb.

Qəza nəticəsində təyyarələrə ciddi maddi ziyan dəyib. Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunub. THY-yə məxsus təyyarə uçuşunu dayandırıb, sərnişinlər digər laynerlə Afinaya yola salınıb.