Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Fərid Mansurov: Boykot edənlərin niyyəti tamam ayrı idi

  9

Azərbaycan Basketbol Federasiyası və Gənclər və İdman Nazirliyi tərəfindən basketbol üzrə Super Liqaya səkkiz komanda ilə start verildi. Maraqlı komandalar burada iştirak edir. İnanıram ki, həm rəqabət, həm də azarkeş baxımından maraqlı, fərqli bir yarış olacaq. Düşünürəm ki, bu yarış yeniyetmələrin də marağına səbəb olub, kütləviliyə yol açacaq.

Bunu Oxu.Az-a Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov deyib.

Dünən “Sərhədçi”də basketbol üzrə XXVII Azərbaycan çempionatı start götürdü. Astaranı təmsil edən “Zirvə” ilə “Gəncə”nin görüşündə cənub təmsilçisi daha yaxşı təsir bağışladı. Nəticədə “Zirvə” 77:56 hesabı ilə qalib gələrək cari çempionatda ilk qələbəni qeyd edən komanda ünvanına sahib çıxdı. 

Halbuki XXVI çempionat ötən mövsüm yarımçıq saxlanıldı və demək olar ki, ölkə bir il basketbolsuz qaldı. Elə Fərid Mansurov da açıqlamasında yanvarda çempionatı boykot edən komandalardan danışıb:

“Hər bir idman növündə olduğu kimi, basketbolda da xoşagəlməz hallar oldu. Təbii ki, bəzi komandaların çempionatı boykot etməsi idman aləmində yaxşı qarşılanmadı. O məsələ ilə bağlı bizim həmin klubların nümayəndələri ilə müzakirələrimiz oldu. Onlardan problemləri deməyi, həmin problemlərin həlli üçün federasiya rəhbərliyinə nazirlik adından müraciət ediləcəyini bildirdik. Amma onların niyyəti tamam ayrı idi. Nazirlik olaraq onların boykot addımını heç yaxşı qarşılamadıq. Biz onları çağırmışdıq ki, bir yumruq altında basketbolun inkişafı naminə birləşək. Ancaq onlar bu söhbətlərin heç birinə yaxın gəlmədi.

Onların fikirləri tamam ayrı idi. İstəkləri o idi ki, federasiya rəhbərliyi istefa versin. Sual verəndə niyə getməsini istəyirsiniz, deyirdilər ki, sadəcə onun qalmasını istəmirik. Federasiyada yoluna qoyulası problemlər vardı. Artıq özünüz də gördüyünüz kimi, həmin problemlər aradan qaldırılıb. Sadəcə olaraq, klublar bir-iki oyunbazın güdazına getdi. Bir şeyi yaratmaq çox çətindir. Amma söküb, dağıtmaq çox rahatdır. Əgər həmin insanlar basketbolu sevən olsaydılar, bir yumruq altında birləşib Azərbaycanda bu idman növünün inkişafına öz töhfələrini verərdilər. Əgər bunu etsəydilər, onların da komandaları bu çempionatda iştirak edərdilər”.

Qeyd edək ki, ötən mövsüm çempionatı boykot edən komandalardan yalnız “80-lər” mübarizə aparır. Digər dörd komandadan bəziləri adlarını dəyişərək bu çempionatda mübarizə aparır, bəziləri isə basketbolçularını digər komandalara sərbəst buraxıb.  

Səbuhi Musayev

Xəbər Lenti

| Türkiyə və ABŞ razılığa gəldilər – Təhlükəsiz zona yaradılır

| Moskvada Zelenskinin “əkiz”i tapıldı – VİDEO/FOTO

| Makqreqor zorlamada ittiham edilir

| Bakıda ötmə əməliyyatını pozan sürücü qəza törədib - FOTO

| Enişsiz ən uzun uçuşun rekordu vuruldu

| Conson “Brexit”lə bağlı qərar verdi: Aİ-yə imzasız məktub yolladı

| Məşqçi atıcını qucaqlamala tərksilah etdi - VİDEO

| Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı

| Bəşəriyyətin görmədiyi hadisələr baş verir - XƏBƏRDARLIQ

| Emin Ağalarovun Azərbaycana həsr olunmuş möhtəşəm layihəsi təqdim olundu - FOTO/VİDEO

| Cüdoçu qızlarımız Sloveniyadan 6 medalla gəlirlər - FOTO

| Bərdədə avtomobili aşıran sürücü xəsarət alıb

| Mer şəhər sakinləri ilə görüşə öz yerinə kartondan fiqurunu göndərdi

| Fermer öz dəfn mərasimində dirildi

| Goranboy sakinini ilan sancıb

| Tovuzda “Jiquli” piyadanın ölümünə səbəb oldu - FOTO

| Sabirabadda yaşlı qadını avtomobil vuraraq öldürdü

| Milli Şuranın qanunsuz mitinqinin qarşısı alınıb - VİDEO

| Bərdədə yolu keçmək istəyən qadını avtomobil vurub

| Təhlükəli selfi çəkən qadını gəmidən qovdular

| Qubada ikimərtəbəli ev yanıb

| Gəncədə inək qadını gözsüz qoydu

| Bakıda dron yarışması keçirildi - FOTO

| XİN Lion inzibati məhkəməsinin qərarını alqışlayır

| DİN-dən rəsmi açıqlama: Qanunsuz aksiyalarda 60 nəfər saxlanılıb

| DİN-dən rəsmi açıqlama: Qanunsuz aksiyalarda 60 nəfər saxlanılıb

| BŞBPİ-nin İdarə rəisi: Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var

| Sintetik torlar və qadağan olunmuş alətlərlə balıq ovuna yox - VİDEO

| Qaçaq yolla ölkəyə gətirilən külli miqdarda telefon və aksesuar saxlanılıb - FOTO

| Azyaşlı Mehdiabadda evdən oğurluq etmək istədi, polis imkan vermədi

| Qanunsuz aksiyalarla bağlı 14 marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilib

| Aluminium qablaşdırmanın faydalarını bilirsinizmi?

| Gürcüstandan partlayıcı vasitələr gətirən şəxs saxlanıldı - FOTO

| Bakının mərkəzində maşın oğurlayan yeniyetmələr saxlanıldı

| Yük maşını “VAZ”la toqquşdu - FOTO

| “SOCAR AQŞ” Ankarada ofis açıb

| Beynəlxalq hesabatlarda irəliləyiş əlavə imkanlar yaradır

| “Neftçi”yə 40 min avroluq cərimə

| İstirahət günü hava yağmurlu olacaq

| “Neptun” yeni ünvanda! - 23-24 oktyabrda açılışa gəlin, sürprizlər qazanın - FOTO/VİDEO

| “Azərbaycanın 7 möcüzəsi” layihəsinin birinci mərhələsi başa çatdı

| Mətbuat Şurası mitinqə görə jurnalistlərə və polislərə müraciət etdi

| “28 May”, “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarının fəaliyyəti dayandırılır

| Keçmiş kürəkən evdən qızıl oğurladı

| Avropadakı maraqla gözlənilən dörd oyun - Hansı TV-dən izləyək?

| “Barış pınarı” atəşkəsi - Kim nə qazandı?

| 33 yaşlı kişi velosiped oğurladı

| Bakıda itkin düşən şəxs tapıldı

| Gəncədə beş yaşlı qız qızdırmadan öldü

| Azərbaycan iqtisadiyyatının “təhlükəsizlik yastığı”nın gəlirləri çoxalır, model dəyişir - ŞƏRH

| Yer kürəsinə təhlükəli asteroid yaxınlaşır

| Avropa Oyunlarının qalibi hərbçilərin Dünya Oyunlarında iştirak edəcək

| Bakı sakinindən dörd kiloqram narkotik götürülüb

| Otaq yoldaşının vampir olmasından şübhələndi, onu öldürməyə çalışdı

| Yunanıstan səfirliyi: Azərbaycan millisi viza verilməməsi barədə məlumatlandırılıb

| Gəncədə iki yaşlı uşaq xlor içdi

| Vilayət Eyvazovdan növbəti - TƏYİNAT

| Azərbaycanın axtardığı şəxs sərhəddə tutuldu

| UEFA “Real”ı bağışladı, kapitanı yox

| Tbilisidə partlayış: yaralılar var

| Azərbaycanda enerji içkilərinin satışı ilə bağlı gözlənilməz - QƏRAR

| Keçmiş məhkum narkotiklə tutuldu

| İsrailin keçmiş səfiri bu qadına görə Rusiyanı ittiham etdi

| Ərdoğan və Tramp telefonda danışdı

| Bakıda 15 yaşlı qız yoxa çıxdı

| Azyaşlılar köməksiz vəziyyətdə qaldı

| Rusiyada qızıl mədənində bənd uçdu – 11 nəfər öldü

| Yerə nəhəng asteroid yaxınlaşır

| Qazaxıstanda kişi övladını avtobusdan xilas etdi, özü təkərlərin altında qaldı - VİDEO

| Moskvada 67 yaşlı təqaüdçü erotik masaj zamanı öldü