Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

“Qobu Park-2” yaşayış kompleksinin açılışı olub - FOTO

  8

Oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Qeyd edək ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının uğurlu icrasını hər bir vətəndaş öz həyatında hiss edir. Bu baxımdan qaçqın və məcburi köçkünlərə göstərilən xüsusi qayğı da böyük əhəmiyyət daşıyır.

Ulu öndər Heydər Əliyev bu qəbildən olan insanlara daim diqqət və qayğı ilə yanaşıb, onların sosial müdafiəsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görüb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da fəaliyyətlərində qaçqın və məcburi köçkünlərə diqqət və qayğını davam etdirirlər.

2003-cü ildən bu günədək Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı 70-dən çox fərman və sərəncam imzalayıb, bir çox proqramlar qəbul edilib.

Dövlət səviyyəsində bu istiqamətdə atılan addımlarla yanaşı, Heydər Əliyev Fondu da fəaliyyətində qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət yetirir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və “Paşa Holding” şirkətinin nümayəndəsi, layihə rəhbəri Kamil Əliyev dövlətimizin başçısı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kompleksdə yaradılan şərait barədə məlumat veriblər.

Bildirilib ki, təməli ötən ilin sentyabrında qoyulan bu kompleksdə, ümumilikdə, onmərtəbəli 13 bina ilə yanaşı, məktəb, uşaq bağçası, poliklinika, gimnastika, güləş və trenajor zalları, şahmat mərkəzi, market, iaşə obyektləri yaradılıb.

Ərazidə, eyni zamanda, istirahət parkı, uşaq əyləncə meydançası, eləcə də, üç idman meydançası inşa olunub. Bir sözlə, burada sakinlərin sosial məsələlərinin həlli üçün hərtərəfli infrastruktur qurulub.

Kompleksin ərazisində inşa olunan məktəb binası ilə tanışlıq zamanı qeyd olunub ki, təhsil ocağı 780 şagird yerlikdir. Bütün zəruri avadanlıqla təchiz edilən binada şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hərtərəfli şərait yaradılıb.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə təhsilin inkişafı istiqamətində atılan addımlardan doğma yurdlarından didərgin düşən soydaşlarımız da yüksək səviyyədə bəhrələnirlər.

İndiyədək istifadəyə verilən bu cür şəhərciklərdə məcburi köçkün uşaqların təhsilini normal təmin etmək üçün müasir məktəblər yaradılıb. Bütün bunlar, ümumilikdə, ölkədə təhsilin yüksək səviyyədə olmasına xidmət edir, bu sahənin maddi-texniki bazasını möhkəmləndirir.

“Qobu Park-2” yaşayış kompleksinin ərazisində uşaq bağçası da fəaliyyət göstərəcək. Bağça ilə tanışlıq zamanı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, 220 yerlik uşaq bağçası da lazımi inventarla təchiz olunub. Burada balacaların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün bütün imkanlar var.

Sonra yaşayış komplekslərinin maketləri ilə tanışlıq oldu. Bildirildi ki, təməli ötən ilin sentyabrında qoyulan “Qobu Park-2” yaşayış kompleksi məcburi köçkünlər üçün salınmış 106-cı qəsəbədir. Sifarişçisi “Paşa Holding”, podratçısı isə “Kristal Abşeron” MTK olan yeni qəsəbə ötən il Lökbatanda istifadəyə verilən “Qobu Park-1” yaşayış kompleksinin yanında inşa edilib.

Hazırda “Qobu Park-3” yaşayış kompleksinin də tikinti işləri sürətlə davam etdirilir. Bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Qobu Park-2” yaşayış kompleksindəki mənzillərdə yaradılan şəraitlə tanış olublar. Qeyd olundu ki, kompleksdə bir, iki, üç və dördotaqlı olmaqla, ümumilikdə, 1300 mənzil var. Bütün mənzillər zəruri inventarla təchiz edilib.

Xəbər Lenti

| “Haqibis”in qurbanlarının sayı artdı

| Trampın vəkili də ittiham olunur – Bayden ilə bağlı araşdırmada iştirakı araşdırılır

| Haker hücumundan müdafiənin YOLLARI

| In emosiyalara daldı: düşünmək üçün Müqəddəs Pektusana çıxdı - FOTO

| Pens Trampdan üz döndərmədi – Demokratlar rədd cavabı aldılar

| Alimlər şizofreniya riskini artıran 10 gen aşkar ediblər – Xəstəliyin qarşısı alına bilər

| NASA Aya və Marsa uçuşlar üçün skafandrlar təqdim etdi - VİDEO

| Zelenski UMAB və DTB-yə icazəsiz dinləmələr aparmağa razılıq verdi

| Məşhur aktrisa “Instagram”a qatıldı – Sutka ərzində 3 milyon abunəçi topladı

| Pens və Pompeo Türkiyəyə hazırlaşırlar

| Beyləqan rayon sakini Bakıda başından bıçaqlanıb

| İllərdir zirzəmidə yaşayıb dünyanın sonunu gözləyən ailə tapılıb

| Azərbaycan Dünya Çimərlik Oyunlarında qızıl medalsız qaldı

| AMEA əməkdaşlarından ibarət musiqi ansamblı yaradılır

| Bakıda qadınlar arasında dava düşüb, 1 nəfər yaralanıb

| Bakıda avtobus 35 yaşlı qadını vurub

| Nazarbayev: “Türk baxışı 2040” proqramını hazırlamalıyıq

| Viskiyə görə həbsxanadan qaçan məhbuslar geri qayıdıblar

| Ərdoğan: Milli mübarizələrimizdə bir-birimizin yanında durmaq qardaşlığımızın borcudur

| Prezident: Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz

| Telefonunun batareyası bitən qız cərimələnib

| Leyla Əliyeva Andrey Dementiyevin xatirəsinə həsr edilmiş filmin təqdimatında - FOTO

| Yasamalda 3 nəfər qırılan ağac budaqlarının altında qalıb

| Yevlaxda inək yol qəzasına səbəb olub

| İlham Əliyev nazirləri topladı

| Sabah bu rayonlarda qaz olmayacaq

| Su quyusuna düşmüş pişiyi FHN-in əməkdaşları xilas etdi

| Bir qulluq

| Həbib Nurməhəmmədov yeni zal açır - VİDEO

| Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri başa çatdı

| Ata uşağına şillə vurdu, direktor polisə şikayət etdi

| Yol polisi qəzada öldü, sürücü bəraət aldı - MƏHKƏMƏ

| Azərbaycanda qohumların mülk davası - Qadını xəstəxanalıq etdilər

| Mehriban Əliyeva Vasim Məmmədəliyevin hüzr mərasimində - FOTO

| “Mercedes”, “Nissan”, “Chevrolet” üç min manatdan satışa çıxarıldı

| Pedofil 14 yaşlı uşağa mesaj yazdı: “Səndən 500 uşağımın olmasını istəyirəm”

| Paytaxtda razılaşdırılmayan istənilən siyasi aksiyanın qarşısı alınacaq - RƏSMİ

| Sayalı Sadıqova: Azərbaycanlılar öz uşaqlarını rus adları ilə çağıra bilməz

| Azərbaycanda dəhşət: Ər dörd uşaq anasına dözülməz işgəncələr verdi

| Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək

| Prezident deputatı təltif etdi

| Baltalanaraq öldürülən gəncin anası danışdı: Təkidlə oğlumu Kiyevə çağırdı

| UEFA Azərbaycana 2,5 milyon avro pul köçürdü

| Azərbaycanda qadın narkotik istifadəçilərinin sayı açıqlandı

| Nazir müavini və generalın qohumunun məhkəməsinin vaxtı açıqlandı

| #MənimləDanış: Nazirlik yeni kampaniyaya start verdi - VİDEO

| Gülüstan qalasının üzərinə “Qarabağ Azərbaycandır və nida işarəsi” lövhəsi asıldı - FOTO

| Azərbaycan Paralimpiya Oyunlarına növbəti lisenziyanı qazandı

| Terrorçular Türkiyə hərbi hissələrinə hücum etdi - Ordu şəhid verdi

| Məşhur müğənniyə təcavüz edildi - FOTO

| Azərbaycan Türkiyə vətəndaşını başqa ölkəyə verməkdən imtina etdi

| Bakıda “Beluqa Tahir” və mütəşəkkil dəstəsi belə ələ keçdi - VİDEO

| Nazir müavini valideynlərin ixtisas seçimlərinə müdaxiləsindən danışdı

| Türk Şurasının növbəti görüşü Türkiyədə keçiriləcək

| Nazarbayev “Türk Şurasının ömür boyu fəxri sədri” oldu

| Bakıda böyük şirkətin pul dolu seyfi oğurlandı

| Ərdoğan: Altı dövlət, tək millət olmağı arzu edirəm - VİDEO

| Həbib Nurməhəmmədov çayda belə məşq edir - VİDEO

| Azərbaycanda 24 yaşlı gənci qatar vurdu

| Azərbaycan nə baş verdiyini anlayır - Duqin Türkiyənin Suriyadakı əməliyyatlarını şərh edir

| Hava dəyişkən buludlu olacaq

| ABŞ Türkiyədəki bazasından 50 nüvə silahını çıxarmaq istəyir

|

İlham Əliyev Türk Şurasının Zirvə Görüşündə

| Timsah kilsəyə gedən qadını öldürdü

| Kirayə qaldığı mənzilləri almaq istəyənlərin - NƏZƏRİNƏ

| Basketbol Federasiyasının Prezidenti: Boykotçulara qapım açıqdır - EKSKLÜZİV

| Paşinyan həmsədrlərlə görüşdü - FOTO

| İşdən qanunsuz şəkildə çıxarılan 82 nəfər işlərinə bərpa edildi - RƏSMİ

| SOCAR Türkiyəyə investisiyalarını artıracaq

| Bakıda maşın çayxanaya girdi - ANBAAN VİDEO

| Bakıda 10 məktəb direktoru işdən çıxarılıb

| BŞTİ müdiri: Paytaxt məktəblərinin 85 faizindən çoxuna ərazi prinsipi tətbiq olunmur

| Analarının zəhərlədiyi uşaqlardan xəbər var

| Leş ət satan “Bala Tofiq” ələ keçdi - FOTO

| Bu şirkət dövlət büdcəsinə 1,2 milyon manat xeyir verəcək

| Rafael Cəbrayılovun şok səs yazısı yayıldı: “Türməyə gedirəm...” - AUDİO

| Azərbaycan Dünya Çimərlik Oyunlarında dördüncü medalı qazandı

| Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir

| Şuxrat Salamov: Yerevanın Özbəkistanda səfirliyi yoxdur və belə davam etməsini istərdim

| Xərçənglə mübarizədə yeni üsul tapıldı

| Bu ərazilərdə qaz təchizatı dayandırılır

| Bu gün Bakıda Türk Şurasının VII Zirvə Görüşü öz işinə başlayır

| Tramp Türkiyəyə qarşı sanksiyalarla bağlı qərar verdi

| Tramp Türkiyəyə qarşı sanksiyalarla bağlı qərar verdi

| XİN İsveçrənin “Kuhner Fondu”nun üzvlərini arzuolunmaz şəxslər siyahısından çıxardı

| Özünü binadan atmaq istədi

| Azərbaycanda müğənni övladını həmkarına hədiyyə verir: “Danışdıq, razılaşdıq” - VİDEO

| Kataloniya etiraz edir: polis nümayişçilərlə əlbəyaxa oldu - VİDEO