Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Sığortalı həyat ...

 

  30

Ondan niyə sığortalanmamışıq?

 Ölkə əhalisinin sığorta ilə bağlı məsələlərə kifayət qədər maraqlı olmaması istənilən fövqəladə-təbii, kütləvi-fərdi yanğın və müxtəlif tipli qəzalarda özünü göstərir. Onu da qeyd edək ki, son illərədək sığortayla bağlı məsələlər demək olar, kiminsə maraq dairəsində deyildi. Avtomobillərin sığortasını istisna etsək, əhali bütün sahələrdə özünü, əmlakını və s. sığortalamağı lazım bilmirdi. Baxmayaraq ki, dünya təcrübəsində sığorta məsələsi həyatın ən vacib məqamlarından biri hesab edilir, insanlar təkcə ev, maşın və digər daşınar-daşınmaz əmlakını deyil, hətta vücudunu, müxtəlif orqanlarını da sığorta etdirirdi. Əhalimizin əksəriyyəti isə bu və digər məqamlarla bağlı xarici ölkələrdən gələn xəbərləri oxumaqla, onu sadəcə, oxuyaraq keçməklə məşğul idi ...

Zamanla bu sahədə bəzi korrektələr baş verdi. Hazırda ölkənin sığorta bazarındakı vəziyyətlə bağlı məlumatlar gündəmə gəlir, sözügedən şirkətlərin reklamı ilə, sığorta işinin hadisələrə bağlı məramını anlayan vətəndaşlarımızda bu sahəyə qismən maraq yaranır. Lakin bu marağı heç də tam geniş, hərtərəfli hesab etmək olmaz. Təbii ki, sığorta şirkətlərinin də bu marağın yaradılmasında kifayət qədər istəyi, arzusu olmalıdır.

Arzu-istək demişkən, əlbəttə, heç kim özündən başlayaraq, əmlakına, avtomobilinə və s. zərər dəyməsini istəməz. Lakin bu həyatda nədən sığortalanmışıq ki?! O mənada, hər bir insanın həyati məsələlərdə sığorta işini görməzdən gəlməsi, ona ötəri diqqət yetirməsi yolverilməzdir. Eləcə də, sığorta şirkətlərinin bu istiqamətdə insanlara hansı problemlər yaratması, nəyi düz, nəyi əyri etmələri, baş verən hadisələrdə tutduğu mövqe və s. barədə ayrıca material hazırlamaq niyyətindəyik. Hələlik isə, iki tərəfdən birincisi, sığortaya ehtiyacı olan insanlardan danışaq.

Təəccüblü deyil, rəyini soruşduğumuz bir neçə nəfərin fikirləri demək olar ki, üst-üstə düşür. O mənada ki, sığorta şirkətinin missiyası əhalinin nəzərində “xəstələnəndə, maşın qəzası olanda, ev yananda” köməyə çatmalı olan bir qurum timsalındadır. İnsanların fikrincə, sığorta şirkətinə yatırılan pul müqabilində lazım olan anda kömək, yardım da gözləniləndir; təcili-tibbi yardım qədər.

Lakin insanları narahat edən budur ki, sığorta şirkəti şəffaf işləməyəcəksə, düzgün, operativ mövqe tutmazsa, sığortalanmaq da ziyanadır – qəza, yanğın, xəstəlik kimi. Bununla belə, imkan daxilində (!) sığortalanmaq, öncə də, həyat sığortası çox vacibdir – qiyməti heç nəylə müqayisə edilməyən həyat üçün.

Müxtəlif əhali qrupuyla olan söhbətdən bəlli olur ki, əsas gözlənti sığorta şirkətlərinin yüksək keyfiyyətlə, düzgünlüklə, ədalət prinsipinin qorunmasıyla fəaliyyəti, operativ xidmət göstərməsidir. Sözsüz ki, insanlar bütün sığorta xidmətlərindən istifadə etməklə, sığorta hadisələri vaxtı operativ xidmətin göstərilməsini nəzərdə tuturlar. Bəziləri isə, fərdi qəza, mini kasko sığortasının, əmlak sığortasının ölkədə bütövlükdə tətbiqini zəruri hesab edirlər. Bundan başqa, rəyini bildirənlər peşə xəstəlikləri və bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin itirilməsi zamanı icbari sığortanın əhəmiyyətini xüsusi qeyd edirlər. Bir qismin fikrincə, ölkədə sığorta bazarı zəif inkişaf etdiyindən, nəticədə əhalinin sığorta şirkətlərinin fəaliyyətindən məlumat dərəcəsinin azlığı başadüşü-ləndir.

Bir sözlə, insanlar sığorta məsələsini qismən və hərtərəfli şəkildə izah etməyə, onun vacib olduğunu söyləməyə çalışdılar. Sözsüz ki, bu istiqamətdə geniş bilgisi olanlar faiz etibarilə daha az idi. Yeri gəlmişkən, gələk adı və mahiyyəti o qədər də xoş, müsbət olmayan faiz məsələsinə.

Mövzuyla əlaqədar bir məqam diqqətçəkəndir. Belə ki, aparılan bir sorğuda (bu mövzuda sorğular mütəmadi aparılmır) insanlar sığortalanmaq məsələsinə müxtəlif səpkidə cavablar verib. Onların niyə sığortalanmadıqları da cavablardan aydın görünüb. Misal üçün, 38 faiz pulu olmadığını, 36 faiz sığorta şirkətinə inanmadığını, 14 faiz sığortaya ehtiyac duymadığını deməklə məsələyə münasibət bildirib.

Hansı şığorta şirkətinə etibar edilməsi məsələsinə gəlincə, bu məqama bağlı insanların münasibəti də birmənalı deyil. Nəyi sığortalamaq istəyinin qarşısında dayanan da rəqəmlərdir. Sevindirici haldır ki, ən yüksək göstərici sağlamlığını sığortalamaq istəyənlərdir, ailə üzvlərinin qeydinə qalanlar ondan bir qədər az həddə, həyatını sığortalamaq arzusunda olanlar cəmi 15 faiz, evini və avtomobilini düşünənlər 6 faizdən azacıq çox, heç nəyi sığortalamaq istəyənlər isə 16 faizdən bir qədər artıqdır.

Hansı sığorta şirkətini tanımağa gəlincə, rəyi soruşanlar deyir ki, ölkədə çoxsaylı sığorta şirkəti mövcuddur.

Yəni necə fəaliyyət göstərməsindən asılı olmayaraq, əhali sığorta şirkətlərinin adından məlumatlıdır. Məsələn, “Günay sığorta”, “Atəşgah sığorta”, “Xalq sığorta”, “Qala sığorta”, “Paşa sığorta”...

Ümumiyyətlə, söhbətdən bəlli olur ki, ölkənin sığorta sahəsində həllini gözləyəsi çoxsaylı məsələlər var. Onların içində vacib hesab edilən, insanları düşündürən, misal üçün, kənd təsərrüfatı sektorunda sığortaya ehtiyacı olan məsələlər barədə gələcəkdə bəhs etmək fikrindəyik.

Haqqında “n” qədər danışdığımız, daha çox müzakirələr aparılan və illərdir söz-söhbəti səngiməyən icbari tibbi sığortaya gəlincə, nəhayət ki, həmin sistem gələn ilin yanvarından başlayaraq ölkə üzrə tətbiq edilməlidir. …Güman edirik əhalinin ehtiyacı olan əsas məqamlarda ədalətli və operativcəsinə sığortalanmasının zamanı, tətbiqi illərdir yubanan tibbi sığorta kimi uzanmaz. Bu fani dünyada istənilən hadisədən sığortalanmamışıq axı ...

 Nigar Orucova 

Xəbər Lenti

| Rostovda ağac qızın üstünə düşdü – VİDEO

| Pompeo Səudiyyə şahzadəsi ilə İranı müzakirə etdi

| Bolqarıstan Türkiyə və Serbiyanı boru kəməri ilə birləşdirəcək

| “Real” Mbapeyə görə 225 milyon avro təklif etdi

| Sürücülər arasında kütləvi dava bıçaqlanma ilə bitdi

| Moskvada polis nəfəri “özünküləri” güllələdi – FOTO

| “MU”-nin məşqçisi 20 metrdən zibil qutusuna “qol” vurdu – VİDEO

| Alimlər yuxuda insana dəhşət yaşadan səbəbi açıqlayıb

| Avtomobili qaçıran şəxs qəza törətdi, 2 nəfər yaralandı - FOTO

| Ölkəyə qanunsuz olaraq fişəng, siqaret və dərman gətirənlər saxlanıldı – FOTO/VİDEO

| Binədə 17 yaşlı gəncin kürəyini yerqazan aparat kəsdi

| Bjork Alim Qasımov haqqında: Ən sevdiyim ifaçıdır

| Xətlər zədələndi, minlərlə abonent qazsız qaldı - FOTO

| 13 yaşlı yeniyetmə anasına mesaj yazan şəxsə 7 bıçaq zərbəsi vurdu

| “Qalatasaray”dan səfər xalı, “Tottenhem” qələbəni əldən verdi - VİDEO

| Lənkəranda naməlum xəstəlik yayılıb: Xırda buynuzlu heyvanlar kütləvi şəkildə tələf olur - FOTO

| Türkiyə kanalı Üzeyir Hacıbəyli haqqında film çəkdi - VİDEO

| Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü

| Tramp Boltonun xələfini açıqladı

| Ucar sakininin evində 414 ədəd çətənə kolu aşkarlandı - FOTO

| Alman deputat: Ermənistan ilkin mərhələ 5 rayonu qaytarmalıdır - VİDEO

| Leyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı - FOTO

| “Sevilya”nın baş məşqçisi: “Real”ı yox, “Qarabağ”ı düşünürük

| Yol polisini təhqir edən sürücü həbs olundu

| Goranboyda “X5” aşdı: bir ölü, bir yaralı

| Şirvan Regional Vəkil Bürosunun açılışı olub - FOTO

| Polislərin “tetris”i trendə çevrildi - FOTO

| Prezident Bakıya 10 milyon manat ayırdı

| Bakıda polis vətəndaşı öldürmək istəyən şəxsi zərərsizləşdirdi - VİDEO

| Bu il Azərbaycana nə qədər avtomobil gətirilib?

| Qubadakı dəhşətli qəzanın görüntüləri yayıldı - VİDEO

| Azərbaycanlı məktəbli bu uğuruna görə dünya ikincisi oldu

| Qurban Qurbanov: Ən çox izlədiyim çempionat La Liqa, milli isə İspaniyadır

| Seksual mafiya lideri sevgilisinin yatağında öldü - FOTO

| Stadnik dünya çempionu oldu

| Beş-on uşaq dünyaya gətirib, “mənim uşaqlarıma baxın” deyirsən

| Masallıda qadın həmyerlisi ilə əlbir olub evdən külli miqdarda pul və qızıl oğurladı

| Azərbaycanda məhkəmə hakimi işdən çıxarıldı

| Bağlanmış bankın əmanətləri geri qaytarılır

| Deputatların pensiyası artırıldı

| Azərbaycanlı plastik cərrah Türkiyədə həbs edildi - FOTO

|

Hadi Rəcəbli: Bəzi deputatlar fantastik fikirlər səsləndirirlər

| Üzeyir Hacıbəylinin seminariya dostuna hədiyyə etdiyi tar, saat və eynək Ağcabədidə qorunur - FOTO

| Ermənistanda vəzifəli şəxslərin istefası davam edəcək - ŞƏRH

| Kürdəmidə peşəkar oğru tutuldu

| Hacı Əliyev dünya çempionatında “Amerikanların qənimi” ilə qarşılaşacaq

| Ərdoğan ABŞ-a iki həftə vaxt verdi

| Bakıda polisi təhqir edən sürücü üzr istədi - VİDEO

| Səudiyyə Ərəbistanının neft emalı zavodlarına İran hücum edib - İDDİA

| Azərbaycanın ilk qadın opera müğənnisi - Tağıyev ondan üz çevirdi, qoçular öldürmək istədi

| Qubada ayı kənd sakininə hücum etdi

| Pensiyaya çıxmaq üçün saxta sənəd düzəltməyə söz verdi, 15 min manata görə döyüldü

| Polşa vətəndaşı Şəkidə qəzaya düşdü

| Bir gündə Milli Onkologiya Mərkəzinə 1200 nəfər müraciət edir - RƏSMİ

| Şimşək çaxacaq, yağış yağacaq

| “Sevilya”nın prezidenti: “Qarabağ” “Atletiko”nun Çempionlar Liqasını tərk etməsində “günahkardır”

| İlham Əliyev görüş keçirib - FOTO

| “Azərişıq” ASC-yə məxsus maşın aşıb: ölənlər və yaralılar var

| Deputatdan onkoloji xəstələrlə bağlı təklif - Apteklərdə bu dərmanların satışına icazə verilsin

| Uşaqları zərərli informasiyalarla “zəhərləyənlər” dörd min manatadək cərimələnəcək

| Məhkəmə anasını və qardaşını yandıran şəxslə bağlı qərar verdi

| Modest Kolerov: Paşinyan Rusiyanın səbrini sınayır - MÜSAHİBƏ

| “Jiquli” “Qazel” lə toqquşdu

| Kişi 10 santimetrlik buynuz çıxardı - FOTO

| UEFA Avropa Liqasının ən çox qalibi olmuş klub Bakıya belə gəldi - VİDEO

| Mehriban Əliyevadan Milli Musiqi günü paylaşımı - FOTO

| Bakıda bağça müdiri işə düzəltmək adı ilə 19 nəfərdən rüşvət aldı - MƏHKƏMƏ

| Azərbaycana iki himn yazan Üzeyir Hacıbəylinin evindən - REPORTAJ

| Bakının mərkəzində qadını bıçaqla hədələdilər

| Avtomobilimizdə yanacağa necə qənaət edək?

| Müşfiq Hətəmova yüksək vəzifə verildi

| Bakıda 25 yaşlı qadını maşın vurub öldürdü

| Bakıda son bir ayda baş vermiş “axmaq” qəzalar - VİDEO

| Ata həbsdə yatan oğluna “heroinli sarımsaq” gətirdi

| Çempionlar Liqasında “Qalatasaray” mübarizəyə başlayır

| Metbexler.az iki yaşı münasibətilə xüsusi kampaniyaya start verir - FOTO

| Nazir müavini: Kənd təsərrüfatı məhsulları 13 faiz artıb

| “Azərişıq”da yeni - TƏYİNAT

| Mahir Emrelinin evini soyanlar tutuldu

| Tələb çox, təklif az - Kirayə mənzil bazarında ucuzlaşma nə vaxt baş verəcək?

| Çempionlar Liqasının altı görüşü - VİDEO

| Alimlər ölünün parçalanmasını lentə aldı: 17 ay hərəkət edirmiş

| Ermənistan hökuməti böhranda - Daha bir güc strukturunun rəhbəri istefa verdi

| Tanınmış idmançı qəzada öldü

| Azərbaycanlı trans tutuldu

| Novruz Məmmədovdan qərar - Bu şəxslərin maaşı artırıldı

| Baş nazirdən işaxtaranlarla bağlı - QƏRAR

| Aşurada qan verən 49 nəfərdə sifilis aşkarlandı

| Altı yaşlı uşaq bir həftə anasının meyiti ilə yaşayıb

| Rusiyda xüsusi təyinatlı manikyur ustası oldu – FOTO

| Nyu-Yorkda avtomobil “Trump Plaza”ya girdi – VİDEO