Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Kunderanın kini və yumoru: dünyanı avaralar və başdanxarablar dəyişir

  14

Aqşin Yenisey yazır...

2015-ci ildə Fransada karukatura jurnalı “Çarli Hebdo”nun redaksiyasına qanlı hücumdan sonra Roma papası müsahibəsində 12 jurnal əməkdaşının ölümünə haqq qazandıran bu sözləri ilə yadda qalıb: “Mənim anamı söysələr, mən də söyənləri şillələyərəm”. O zaman iki əsrin ən intellektual yazıçılarından biri Milan Kundera Papanı sözə qarşı güc tətbiq etməkdə və bununla da Avropa insan haqqlarını “çeynəməkdə” günahlandırıb. Sevmədiyi Avropanı “tanrı məmurunun” ayağına verməyib. Hamının günahının bağışlanması üçün qədim bir ilahi missiyanın sahibi olan adam, Kunderaya görə, Avropa insan haqqları qarşısında günahkar idi. 

Kunderanın sinizmi “özündə eşələnmək” deyil, yaradıcı və məzhəkəçidir. Kundera doğmalara gülür, azadlığın ən avara olanını seçir. Burdan yola çıxaraq bu yazımızda özümüzə beş-on dəqiqə onun gözü ilə baxacağıq. 

“Flober avaralığı kəşf etmişdi. Cəsarətlə deyəcəyəm ki, elmi inkişafdan olmazın qürur duyan bir əsrin ən böyük kəşfi bu idi” - deyib, avaralığı XIX əsrin ən böyük kəşfi adlandıran Kundera bütün dünyada intellektual romanları ilə yanaşı, həm də Avropa mədəniyyətinin tənqidçisi kimi tanınır:

O, Avropanı iki yerə bölür, “Böyük Avropa” və “Kiçik Avropa”. Çoğrafi olaraq Qərbi və Mərkəzi Avropa ölkələri. Və Kundera iddia edir ki, Qərbi Avropa həmişə öz kiçik (şərqdəki) qardaşlarına xəyanət edib, onu öz maraqlarına qurban verib: “Münhendə 1938-ci ilin payızında dörd böyük ölkə - Almaniya, İtaliya, Fransa və Böyük Britaniya o zamana qədər söz haqqı tanımadıqları kiçik bir ölkənin taleyi üzərində alverə girişdilər və bunu dəhlizdə çarəsizcə gözləyən çex diplomata bildirən Çemberlen: “haqqında çox az şey məlum olan uzaq ölkə” deməklə təsdiqlədi”. 

Kundera Qərbin onları slavyan xalqı hesab etməsini yanlışlıq, dünyada “slavyan dünyası” adlı nə varsa, hamısının rusların uydurması olduğunu iddia edir və Amerika yazıçısı Filip Rotla söhbətində buna belə aydınlıq gətirir: “Şərqi Avropa elə Rusiyanın özüdür ki, lövbərini bərk-bərk Bizans torpaqlarına sancıb. Bohemiya, Polşa, Macarıstan da Avstriya kimi heç vaxt Şərqi Avropa olmayacaq. Onlar ta əvvəlindən Qərb sivilizasiyasının böyük bir hissəsi olublar. Beşiyi bu bölgədə olan Qotika, Renessans, Reformasiya kimi hərəkatlarla. Çağdaş kültürün ən böyük cərəyanları – psixoanaliz, strukturalizm, dodekafoniya, Bartok musiqisi, Kafka və Muzilin yeni estetik romançılığı məhz burda – Mərkəzi Avropada yaranıb” ki, Rusiyada bunların heç biri heç vaxt olmayıb. 

Kunderanın “Böyük Avropa”ya bəslədiyi qəzəbin səbəbi təkcə Mərkəzi Avropa ölkələrini, eləcə də vətəni Çexiyanı II Dünya müharibəsindən sonra ruslara “təhvil verməsi” deyil, bu qəzəb Stalindən əvvəl Hitlerə qarşı baş qaldırmışdı. Vətəninin taleyi bu yazara “funksionallığını itirmiş bütün həqiqətlərə axmaqlıq” damğası vurmaq kimi bir asilik ruhu qazandırıb və onda tarixi reallıq hissini şiddətləndirib. Kunderadan azərbaycanlı yazarın öyrənə biləcəyi ən birinci ustalıq bu olmalı: bəlkə də bir müddətlik “funksionallığını itirmiş bütün həqiqətləri” rəfə qaldırmaq, tarixi reallıq, coğrafi gerçəklik üzərində yaradıcı təcrübələr aparmaq. Yəqin ki, dünya ədəbiyyatında heç bir yazıçı öz vətənini bu cür çılpaqlıqla təsvirinə cəsarət etməzdi: “Bu, mənim ana vətənimdir: demokratiya, faşizm, inqilab, dağıdıcı stalinizmlə yanaşı Stalin terroru, alman və rus işğalı, kütləvi deportasiya”.    

Bəlkə də, bu cür “ayaq altında qalmalar” Kunderanı sövq edir ki, dünyanı “hər sahənin peşəkarlaşmış avaralarına” əmanət etməyi söyləsin. O, “Roman sənəti” kitabında “yumor-roman-avaralıq” deyə bir üçbucaq qurur, romanın nəzəri düşüncələrədən deyil, yumor hissindən, mizahdan doğduğuna inandığını söyləyir. Tanrı insanın həqiqətlərinə gülür və Kundera roman sənətinin dünyaya Tanrının gülüşünün əks-sədası olaraq gəldiyinə inanır.

Roman sənəti yumor hissindən yaranıbsa, bu sənətin ən vacib materialı zaman-zaman keyfiyyət dəyişdirmiş olsa da “avaralıq”dır.  Roman bir sənət janrı kimi ortaya çıxanda ilk olaraq avaraların, başdanxarabların arxasınca gəzib. Servantes Don Kixotun “arxasınca”əyalətdən-əyalətə bütün İspaniya boyunca lökkümüşdür. 

“Tanrı kainatı və dəyərlər sistemini idarə etdiyi, yaxşını pisdən ayırdığı və hər şeyə bir məna verdiyi yeri yavaş-yavaş tərk edərkən Don Kixot evindən çıxdı və artıq dünya tanınmayacaq hala gəldi”. Kundera deyir ki, avaralıq elmin, texnologiyanın, modernlik anlayışının, həyatın dəyişməsiylə yanaşı fərqli şəkillər və fərqli adlarla qarşımıza çıxıb, xarakterini dəyişdirsə də, özünü qoruyub. Yəni günümüzün servantesləri də dövrümüzün avaralarını və avaralığını güdməklə məşğul olmalıdır. Kundera bu işlə məşğul olmaqdan zövq alır. Onun, demək olar ki, avara olmayan qəhrəmanı yoxdur. O, hətta bütün Avropaya altdan-altdan bu gözlə baxır. Basmaqəlib, əhəmiyyətsiz ciddiliklərin içində itib-batdığımız üçün Kunderanın “avara axtarışı” düşüncəsindən çıxış nöqtəsi kimi yararlanmaq olar. Necə ki, Servantesin “avarası”, “başdanxarabı” bütün Avropa düşüncəsini dəyişdi. 

 “Elmdəki böyük inkişaf insanı ixtisaslaşmış sahələrin labirintnə urcah edib. Elmdə irəlilədikcə insan dünyanın bütünlüyünü də, özünü də gözdən qaçırır, beləliklə, Husserlin tələbəsi Haydeggerin gözəl və haradasa sehrli bir formulla “varlığın unudulması” dediyi şeyin içində məhv olurdu”. Kundera roman sənətinə insanı özünü unutmağa qoymayan bir əyləncə kimi baxır və kitabının epiqrafında elan edir: “Nəzəriyyələr dünyası mənlik deyil”. 

Azərbaycanlı yazarın bu gün “insanı özünü unutmağa qoymamaq” kimi bir iddiaya düşməsi, bəlkə də, gülməli görünə, hətta bu vəziyyət kola ilişmiş quzunun arxadan nəhəng sürüyə yol göstərməsinə bənzəyə bilər. Ancaq o, ən azı, öz yaradıcılığı ilə Azərbaycan insanını öz yadına sala bilər. Necə ki, Kunderanın öz kitabında adını rəğbətlə çəkdiyi alman filosof Edmund Hüsserl ölümündən üç il əvvəl insanlığın deyil, məhz Avropa insanının düşdüyü böhran haqqında konfranslar verirdi. Bizim də burada iki dağın (Böyük və Kiçik Qafqaz) arasında öz ölümüzü qoyub, insanlıq adına onun-bunun ölüsünə yas saxlamağımız gen yerdən yel sovurmaq kimi bir şey olardı. 

“Buradakı insan” - bizim düşüncə heç vaxt onu adam yerinə qoymadı, insanlıq deyincə, ya Qərbə qaçdı, ya Şərqə, onu da özüylə avara-sərgərdan elədi. Azərbaycan insanı həmişə vətəndən kənarda daha böyük göründüyünü düşündü. Və yanlış düşündü. Əslində, vətəndən kənarda daha böyük olan onun avaralığı, azadlığı idi. Bu avara azadlıq bizə vətəndə lazım idi. Azərbaycan yazarı vətəndən didərgin düşmüş avaralığımızı dünyadan geri çağırmalıdır. Milli Don Kixotlar bizə burada lazımdır.  

Həmid Herisçinin sözü olmasın, ey buradakı insan, sən hardasan? Məncə, müasir Azərbaycan yazarlarını düşündürən ən böyük sual bu olmalı...    

Xəbər Lenti

| SOCAR Türkiyəyə investisiyalarını artıracaq

| Bakıda maşın çayxanaya girdi - ANBAAN VİDEO

| Bakıda 10 məktəb direktoru işdən çıxarılıb

| BŞTİ müdiri: Paytaxt məktəblərinin 85 faizindən çoxuna ərazi prinsipi tətbiq olunmur

| Analarının zəhərlədiyi uşaqlardan xəbər var

| Leş ət satan “Bala Tofiq” ələ keçdi - FOTO

| Bu şirkət dövlət büdcəsinə 1,2 milyon manat xeyir verəcək

| Rafael Cəbrayılovun şok səs yazısı yayıldı: “Türməyə gedirəm...” - AUDİO

| Azərbaycan Dünya Çimərlik Oyunlarında dördüncü medalı qazandı

| Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir

| Şuxrat Salamov: Yerevanın Özbəkistanda səfirliyi yoxdur və belə davam etməsini istərdim

| Xərçənglə mübarizədə yeni üsul tapıldı

| Bu ərazilərdə qaz təchizatı dayandırılır

| Bu gün Bakıda Türk Şurasının VII Zirvə Görüşü öz işinə başlayır

| Tramp Türkiyəyə qarşı sanksiyalarla bağlı qərar verdi

| Tramp Türkiyəyə qarşı sanksiyalarla bağlı qərar verdi

| XİN İsveçrənin “Kuhner Fondu”nun üzvlərini arzuolunmaz şəxslər siyahısından çıxardı

| Özünü binadan atmaq istədi

| Azərbaycanda müğənni övladını həmkarına hədiyyə verir: “Danışdıq, razılaşdıq” - VİDEO

| Kataloniya etiraz edir: polis nümayişçilərlə əlbəyaxa oldu - VİDEO

| Kürdəmir sakini yanan maşınından qurtuldu - FOTO

| Notr Dam kilsəsindəki yanğın barədə serial hazırlanır - VİDEO

| Türkiyəli futbolçu alman klubundan xaric edildi – Suriya əməliyyatına dəstək verdiyi üçün

| Nərimanovda 53 yaşlı kişi bıçaqlandı

| II Yelizaveta ənənələri pozdu: kraliçaya tacı ağırlıq edir – FOTO

| Səudiyyə orkestri Putinin qarşısında Rusiya himnini alt-üst etdi – VİDEO

| Xanım sürücü idarəetməni itirdi, maşını dirəyə çırpdı

| Türkiyə Fransadan xalla dönür, Ukrayna Avropa çempionatında - VİDEO

| Xaçmazlı könüllü bacılardan xeyirxah əməl: Küçə itləri üçün sığınacaq yaratdılar - FOTO

| Əmək bazarında elektron monitorinq və auditin təmin edilməsi üzərində iş aparılır - Nazir

| Gəncədə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə turnir keçirilib - FOTO

| Prezident İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib - FOTO

| Dünya Çimərlik Oyunlarında Azərbaycan üçüncü medalı qazandı

| Prezident Türk Şurasının fəxri sədri Nursultan Nazarbayevlə görüşüb - FOTO

| Sarayda qəza: iki nəfər yaralanıb

| Bakıda Beynəlxalq Media Konfransı keçirilib - FOTO

| Beyləqan sakini qızının ölümündə polisi ittiham edir

| Həbib Nurməhəmmədov növbəti rəqibini açıqladı

| Qaxda zəncirvari qəza: yeddi maşın toqquşdu - FOTO

| Rusiyanı 14 il qorxu içində saxlayan seks manyakı tutuldu

| Bakı sakini psixotrop dərman “zəhərlənməsindən” öldü

|

Bəzi məmurlar  müxalifətə işləyir...

|

Sanitar-gigiyena qaydalarına niyə riayət olunmur?

|

Arzuları şəhid olan oğul,
yaxud, donmuş təbəssüm...

|

Qida Təhlükəsizliyi Agentliyi bölgə şöbələrinə nəzarət etmir?!

|

“Bakı gözəl şəhər, mehriban diyar”...

| Prezident Macarıstanın Baş Naziri ilə görüşüb - FOTO

| Yeniyetmə samboçularımız dünya çempionatından dörd medalla qayıdır - FOTO

| İlham Əliyev Qırğızıstan Prezidenti ilə görüşüb - FOTO

| Ərdoğan Azərbaycana təşəkkür etdi

| Ölümcül xəstəlik də “həyatının eşqi”nə qovuşmağına mane olmadı

| Ərdoğan NATO-nu seçim qarşısında qoyub: Siz bizimləsiniz, yoxsa terrorçularla?

| Xəzər rayonunda “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib - FOTO

| Bu cəzaçəkmə müəssisəsində saxlanma şəraiti ilə bağlı çatışmazlıqlar aşkarlandı

| Baba nəvələrinə təcavüz etdi

| Diri-diri basdırılan körpə sağ qaldı

| Ölü öz dəfnində qohumlarını əyləndirdi - VİDEO

| Macarıstanın Baş naziri Azərbaycana gəldi

| Şamaxıda ana üç aylıq körpəsinə kerosin içirdi: vəziyyəti ağırdır - FOTO

| Ərdoğan Bakıda türk iş adamları ilə görüşür - CANLI YAYIM

| Hadi Rəcəbli DSMF ilə bağlı açıqlamasına aydınlıq gətirdi

| Bakıda səfirlik qarşısında etiraz: “Niderland pendirinə hə, holland hakiminə yox” - FOTO

| Pavel Klaçkov: Prezident Ərdoğan söz üçün cibə girmir

| Nursultan Nazarbayev Azərbaycana gəldi - FOTO

| Bakıda gecə klubunda biabırçılıq: Qızlar oğlan müştəri üstündə dava etdi

| Çünki insanımız ziyanverəndir...

| TDƏŞ-in VII Zirvə görüşü çərçivəsində keçirilən biznes forumda 14 sənəd imzalanıb

| Türkdilli ölkələr arasında ticarət üçün ortaq məhkəmə sisteminin yaradılması təklif olunub

| Rəsmi Bakı Zatulinin cavabını verdi

| “Maşın şou” nun iştirakçıları “Final” yağlarının istehsalı ilə tanış oldular - FOTO/VİDEO

| Həmsədrlər Yerevandadırlar

| Vilayət Eyvazovdan yeni - TƏYİNAT

| Nazir müavini: TDƏŞ-ə üzv ölkələrin 3200 şirkəti ölkəmizdə fəaliyyət göstərir

| İştvan Kovaç: Azərbaycanın təmiz qolunun sayılmamasına görə sevinməliyik

| İlham Əliyev Ərdoğanla görüşdü - FOTO

| Goranboyda qadını ata bağlayaraq döyən şəxs barədə qərar verildi

| Aprel şəhidlərinin övladları “Qarabağ”ın futbolçuları ilə oynadı, nahar etdi - VİDEO

|

Qida Təhlükəsizliyi Agentliyi də, İsmayıllı şəhər bazarındakı acınacaqlı durumla maraqlanmaq istəmir

| Azərbaycanın Türk Şurasına sədrliyi - Nazir prioritetləri açıqladı

| Ərdoğanın Azərbaycana səfəri başladı - FOTO

| Nazir: Saxta əlillik dərəcəsi almaq istəyənlərin çoxu 18 yaşına çatmayan oğlanlardır

| Bakıda türkdilli ölkələrin biznes forumu keçirilir

| İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşdü - FOTO

| Vamiq Məmmədəliyev: Haqq dərgahından çox danışdı və haqqın dərgahına getdi

| İlham Əliyev Vasim Məmmədəliyevin vəfatı ilə bağlı nekroloq imzaladı

| AMEA prezidenti: Azərbaycanda zəlzələ təhlükəsi yoxdur

| Sosial şəbəkə istifadəçilərinin boşanma səbəbləri: “Toydan bir həftə sonra məni vurdu”, “İşləmə”

| Macarıstan millisinin futbolçusu Azərbaycanın vurduğu qolun sayılmaması üçün dua edib

| Özbəkistan Prezidenti Azərbaycana gəlib

| Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir

| Nəhayət ki, mən bir iş tapdım...

| Ekspert: “Gövhər ağa” məscidinin fars mədəniyyəti nümunəsi kimi təqdimi terrordur

| Qadın həbsdəki əri üçün narkotik gətirdi

| Elmar Məmmədyarov Mövlud Çavuşoğlu ilə görüşdü

| Bakıda ağır qəza: qırmızı işıqda keçdi, iki maşınla toqquşdu - ANBAAN VİDEO

| Ramiz Həsənov: Türk Şurasının iclasında mühüm məsələlər müzakirə olundu

| Ermənistan AES-də işlənmiş nüvə yanacağı İrana göndərilir? - Malxaz Qulaşvilidən açıqlama

| Duman olacaq, külək əsəcək

| Azərbaycan Dünya Çimərlik Oyunlarında iki medal qazandı - FOTO

| Əməyin Mühafizəsi Fondu nə vaxt fəaliyyətə başlayacaq?

| Ərdoğan Bakı səfərindən danışdı

| Bacarıqsız oğru soyğun zamanı özünə xəsarət yetirdi - ANBAAN VİDEO

| Qubada qardaş qardaşın evini soydu - FOTO

| Bakıda anasını öldürüb meyitini yandıran oğula ağır - CƏZA

| Qırğızıstan üçün yeni imkanlar – Məmmədyarovla görüşdə məlumat verildi

| Qolu sayılmayan futbolçumuz: Şoka düşmüşdüm

| Hadi Rəcəbli: Rusiyada işləyən azərbaycanlılar DSMF-yə vəsaitlər ödəməlidir

| Azərbaycanda dörd günlük iş həftəsi tətbiq edilə bilər?

| Veteran cüdoçularımız dünya çempionatından yeddi medalla qayıdır

| Məmmədyarov Kidıralı ilə nələrdən danışdı?

| Türk Şurasına sədrlik Azərbaycana keçdi