Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Professor: Ankara hər zaman Qarabağ məsələsində Azərbaycana tam dəstək verəcək - MÜSAHİBƏ

  11

Asiya - Sakit Okean Araşdırmalar Mərkəzinin direktoru, professor Selçuk Çolakoğlunun Oxu.Az-a müsahibəsi:  

– Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə Türkiyə vətəndaşları üçün viza aradan qaldırıldı. Viza rejiminin ləğvindən sonra iki dövlət arasında əlaqələr hansı səviyyəyə gəlib çıxacaq?

– Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsi çoxdan gözlənilən addım idi. Bilirsiniz ki, 2019-cu il sentyabrın 1-dən etibarən Türkiyə vətəndaşları Azərbaycana vizasız səyahət edə biləcəklər. Bu isə iki xalq arasında ictimai təmasları daha da dərinləşdirəcək.

Türkiyə onsuz da uzun zamandır ki, Azərbaycan vətəndaşlarından viza tələb etmirdi. Bundan sonrakı addım isə hər iki ölkənin vətəndaşlarının pasport olmadan şəxsiyyət vəsiqələri ilə bir-birilərini ziyarət etməsi olmalıdır.

Türkiyə və Gürcüstan vətəndaşları şəxsiyyət vəsiqələri ilə qarşılıqlı ziyarət tətbiqini illərdir ki, həyata keçirirlər. Bu isə Türkiyə ilə Gürcüstan arasında əlaqələrin inkişafına çox müsbət təsir göstərdi. Türkiyə bu proseduru son bir neçə il ərzində Ukrayna və Moldova ilə də başladıb.

– Azərbaycan və Türkiyə silahlı qüvvələri bu ilin iyun ayında Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” adlı birgə taktiki təlim keçirdilər. Bu ortaq təlim region və dünya üçün hansı mesajlar verdi?

– Bu təlimlər iki dövlətin ordusu arasındakı koordinasiyanın və ortaq əməliyyatların keçirilməsi bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təşkil edilmişdi. Bu mənada, birgə hərbi təlim Azərbaycanla Türkiyə arasında strateji ortaqlığın güclü şəkildə davam etdiyini dünyaya mesaj verdi.

– Bəs sizcə, iki dövlət arasında hərbi ittifaqın yaradılması zərurəti bundan sonra daha da aktuallaşırmı?

– Hər iki ölkə 1991-ci ildən bəri bir çox hərbi əməkdaşlıqlara imza atıb. Bu əməkdaşlıq hələ hərbi ittifaq səviyyəsinə qalxmasa da, olduqca inkişaf etmiş vəziyyətdədir. Ankara NATO üzvü kimi hərbi ittifaq yaradılaraq Bakı ilə əməkdaşlığın daha da dərinləşdirilməsini arzulayır.

Azərbaycan indiyə qədər NATO-nun müxtəlif proqramları çərçivəsində Kosova və Əfqanıstanda sülhməramlı missiyalar həyata keçirib. Bu mənada, Türkiyə Azərbaycanın da NATO-ya üzv olmasını istəyir.

– Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda nümayiş etdirdiyi qeyri-konstruktivlik və işğalçılıq siyasəti Türkiyəni də narahat edir. Sualımızı belə qoyaq: Türkiyənin bundan sonrakı addımları necə olacaq?

– Türkiyə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin qorunmasına çox önəm verir. Rəsmi Ankara Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istəyir. Türkiyə lap əvvəldən Qarabağın işğalına qarşı çıxaraq, Azərbaycana tam şəkildə dəstək verib. Türkiyə Qarabağın işğalına reaksiya olaraq Ermənistanla sərhədlərini illərdir ki bağlayıb. Ankara bundan sonra da Qarabağ məsələsində Azərbaycana tam dəstək verməyə davam edəcək.

– Türkiyənin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemlərini alması ABŞ-ı çox narahat edir. Türkiyə ilə Vaşinqton arasındakı diplomatik gərginlik nə vaxta qədər davam edəcək?

– Rusiyadan “S-400” alınması Türkiyənin həm NATO, həm də ABŞ-la əlaqələrində bəzi problemlərə yol açdı. AKP hökuməti “S-400” alsa da, Vaşinqton və NATO ilə münasibətlərdəki gərginliyi azaltdı.

Bununla yanaşı, Türkiyə və ABŞ Suriya böhranının həlli ilə bağlı əməkdaşlığı davam etdirirlər. Türkiyə NATO-nun önəmli layihə və təlimlərində də iştirakını davam etdirir. Orta və yaxın perspektivdə Ankara-Vaşinqton əlaqələrinin daha da dərinləşməsi ilə Türkiyənin NATO-dakı iştirakının müsbət şəkildə davam etməsi gözlənilir.

Aqşin Kərimov

Xəbər Lenti

| Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb

| Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib - FOTO

| 1,5 km hündürlükdən düşüb sağ qaldı

| Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar

| Nəhəng meteorun düşmə anı - VİDEO

| Rusiya ilə müharibəyə görə NATO-un ilk qurbanlarının adları açıqlanıb

| Bakını su ilə təmin edən şəhərdə antisanitar vəziyyət - FOTO

| Cinsi münasibətdə yaş fərqi: peşəkar, enerjili partnyor axtarışı və boşanma

| SOCAR 2019-cu ilin II rübündə hasilat səviyyəsini sabit saxlamağa nail olub

| Yeni formalar tikiləcək, məktəblər müxtəlif rəng və modellər seçə bilməyəcək

| Vilayət Eyvazovdan - YENİ TƏYİNATLAR

| İki min illik "Kleopatra ətirləri" yenidən "canlanacaq"

| Keçmiş arvadı uşaqlarını görməyə icazə vermədi, üzünə turşu ataraq onu kor etdi

| Məktəbli formalarının qiyməti açıqlandı

| Astarada baba nəvəsi ilə "avtoşluq" etdi - VİDEO

| Bakıda avtomobil yandı - VİDEO

| Niyə Azərbaycan dilini bilmirik ki, sonra da boğulaq?

| Bakı polisi: Dilənçilərin göz yaşı tökmələrinə inanmayın, nəzir verməyin

| Sarqsyanın kürəkəni: Serj tezliklə həbs ediləcək

| Fransada pirotexnika şousunda 13 nəfər xəsarət alıb - VİDEO

| Rusiya xüsusi təyinatlıları əməliyyat zamanı gülünc vəziyyətə düşdü - VİDEO

| Meyxanaçı Zarina: Qadın məclisinə getmirəm, mənə sponsorluq edən qələt eləyər - VİDEO

| "28 May"da üç ay əvvəl dayandırılan eskalator bərpa edildi

| Fransa klubu "Qarabağ"ın futbolçusunu istəyir

| Daha bir sex bağlandı: təbii adı ilə quru süddən istifadə edirdilər - FOTO

| Dünyanın ikinci bahalı futbolçusunun yeni klubu müəyyənləşdi

| Fotolara düşən ilk dönər, Övliya Çələbinin xatirəsi

| Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı

| Trampın almaq istədiyi Qrenlandiyanın qiyməti açıqlandı

| Ekspert: Rusiya və Çin Bişkekdə sabitliyin təmin olunmasında maraqlıdır

| Azərbaycanlılarda "Ringelman effekti" - fərdi zəhmətkeşlik, kollektiv tənbəllik

| Temperatur 38 dərəcəyə çatacaq

| AFFA "Qarabağ"ı cəzalandıra bilər

| İstanbulda güclü partlayış: ölən var - FOTO

| Adriana Lima ABŞ vətəndaşı oldu - FOTO

| Pedofil milyarderin ölüm səbəbi bilindi

| Elçin Quliyev müğənni Elnarəyə medal verdi: "Qürur və şərəf duyuram" - FOTO

| Super Kubok matçında meydana girən türk azarkeşin cəzası açıqlandı

| 18 yaşlı piyada yolu keçmək istədi, "VAZ"a hədəf oldu

| Tanınmış alim vəfat edib

| Rusiya-ABŞ nüvə müharibəsi: Günəşə həsrət qalacağıq

| Azərbaycanda narkotacirlərin və narkoman qadınların sayı artıb

| Füzuli Musayev: Güləş və boks kimi idman növləri qadınlara yaraşmaz

| Odessada hotel yandı: 8 ölü, 10 yaralı

| Köhnə avtomobillərin dövranı bitir, yeni utilizasiya proqramı hazırlanır - ÖZƏL

| Azərbaycanda boşanmalar: Ərlə arvad seksual istəklərini bir-birinə danışa bilmirlər

| ABŞ “Huawei”ə güzəştə gedə bilər

| Moskvada balta ilə silahlanmış kişi bank kreditinin bağlanmasını tələb edib

| Qaçırılma və qurtuluş: Keçmişin hökmdarlarını azad etmək üçün nə qədər pul verilib

| ABŞ-da təyyarə qəzaya uğradı: ölənlər var - VİDEO

| “Playboy”un jurnalisti Ağ evi məhkəməyə verəcək

| Polşa Rusiyanı qorxutmaq üsulunu təklif etdi

| Qəza törədərək qaçan sürücü saxlanılıb - VİDEO/FOTO

| Piter Fonda vəfat etdi

| Harri və Meqan ekoloqları qəzəbləndirdilər

| Meksika prezidenti 22 nəfərin qatilinin edamına qarşı çıxdı

| ABŞ-ın gömrük sistemində nazaslıq yarandı: Aeroportlar iflic oldu

| Bakıda qəza: Sürücülər xəstəxanalıq oldular

| “Rustavi 2”nin keçmiş baş direktoru “Əsas kanal” telekanalını qurub

| "Barcelona" La Liqaya məğlubiyyətlə başladı

| Qafqaz qoruğunda yeni göl kəşf edildi

| Yerdə istilik rekord həddi aşıb

| Abşeronda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

| Qrenlandiya hökumətindən Trampın adanı almaq istəyinə cavab

| Nizami rayonunda avtobus sürücüsü döyülüb

| Əmlak komitəsinin öldürülən məmurunun arvadı alçaq sövdələşmənin və korrupsiyanın qurbanı olub

| Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma olub

| Goranboy sakini əməliyyat zamanı dünyasını dəyişib

| Dünya çempionunun həlak olduğu qəzanın YENİ VİDEOSU

| 62 yaşlı Tovuz sakinini ilan sancıb

| Nurməhəmmədov Makqreqor haqqında: Həbsxanada olmalıdır

| Türkiyədə dənizdə azərbaycanlı meyiti tapılıb

| Ürəyi tutan sürücü qəza törətdi