Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Evdə bişməyib, qonşudan gəlib

  24

Ramin Musayev yazır...

Hamı sual verir ki, niyə Azərbaycanda “Apple Pay”, “Google Pay” və onların üzərindən smartfonun NFC çipi ilə ödəmə mümkün deyil. Eyni sual da ola bilər ki, niyə mobil operatorlar hələ də “eSim” texnologiyasını təklif etmir. İki simli “iPhone” (biri eSim-dir) satılır, amma biri işləyir.

NFC (Near field communication - yaxın kontaktsız rabitə) - yaxın əlaqə texnologiyasıdır, radiotezliklərdən istifadə edən cihazlar arasında kiçik radiusda (təxminən 10 santimetr) müəyyən məlumat ötürən antenadır.

Aldığım məlumata görə, nəhayət ki, bir neçə yerli bank “Apple” və “Google” ilə danışıqlara başlayıb. Banklar onlardan sertifikat almalıdır. Yəqin ki, gələn il mümkün olacaq. Gec də olsa, proses başlayıb.

Bu günlərdə bir bank təmassız kart əvəzi stiker təqdim etdi. Yəni smartfonunun üstünə yapışdır və özünü telefondan ödədiyin kimi hiss et. Təqdimatda bunları eşidəndə, mən də yanımdakılara dedim ki, bütün dünya smartfonlardan ödəyir, bizdə isə stiker təklif edirlər. Niyə axı?

Mən də fikir edib analiz etməyə başladım. Azərbaycanda “e-gov.az” layihəsi ilə dövlət xidmətlərinin elektronlaşması dövründə niyə biz hələ də plastik daşımalıyıq? Niyə fiziki SİM-card alıb, telefona qoymalıyıq?

İlk problem budur ki, hər yerdə kontaktsız POS-terminallar yoxdur, olan yerlərdə yenə də dədə-baba qaydası ilə kartları terminala soxub ödəniş aparırlar. Bir tanınmış marketlər şəbəkəsində bir ara kontaktsız ödəmələr edilirdi. Bir-iki ay keçəndən sonra yenə köhnə qaydaya qayıtdılar. Soruşanda dedilər ki, müdriyyət icazə vermir. Hətta bu yaxınlarda bir yerdə kontaktsız ödənişdən sonra məndən çekin üzərinə qol çəkməyi xahiş etdilər! Hələ bu harasıdır?!

Bir ay öncə xaricdən qonağım gəlmişdi. İçərişəhəri gəzərkən kafelərin birində hesab vermək istəyəndə, dedilər ki, POS-terminal işləmir, təklif etdilər, gedib ATM-dən pul çıxarım. Mən də özümü təqdim etdim (yəni bloqer olduğumu dedim) və administratoru çağırdım. Qısa söhbətdən sonra, POS-terminal işlədi, enerjisi yox idi. Amma heç ondan istifadə edə bilmirdilər. Aldım, özüm ödəməni etdim, özü də kontaktsız. Adamların əlində müasir texnika, amma işlədə bilmirlər və ya istəmirlər.

Bir nəfər tanışım post yazmışdı ki, Nyu-Yorkda küçədə bir oğlan gitarada mahnı ifa edirdi. Gedib-gələn də pul atırdı. Deyir, mən də dedim ki, qaqaş, bağışla, nağd pulum yoxdur. O da çantasından POS-terminal çıxarıb dedi ki, heç bir problem yoxdur. Məncə, ABŞ-da dilənçilərə də pulu köçürmək olar.

Bu yaxınlarda oğlum üçün xarici pasport almaq istəyirdik. “ASAN xidmət”də növbə çox idi, getdik OVİRə. Ödəniş etmək istəyəndə dedilər ki, ancaq nağd. POS-terminal yoxdur. Hələ ofisin içində bankomat da quraşdırılıb. Bunlara deyəndə ki, ölkə rəhbərliyi nağdsız ödənişləri dəstəklədiyi anda necə ola bilər ki, dövlət qurumunda bu olmasın, səbəb gətirdilər ki, bəzən pulu qaytarmalı oluruq. Xəbərləri yoxdur ki, POS-terminalda revers funksiyası var, yəni pulu karta qaytarmaq olur. Bax, bunu banklar onlara aydınlatmalıdırlar.

Başqa bir məqama toxunum. Pensiya, maaş günlərində bankomatların önündə böyük növbələr var. Hamı pulunu qəpiyinə kimi nağdlaşdırır. Sonra da evdə saxlayır, nağd ödəniş edir. Bunun səbəbləri ilk növbədə yerli bankların müştəriləri ilə işləməməsindən irəli gəlir, yəni heç kartdan istifadəni bilmirlər. Bəzən yaşlı adamlar, bankomatın önündə yoldan keçəndən xahiş edir ki, onun pensiyasını çıxarsın, ona PİN kodu da deyir. Qarşısına dələduz çıxsa, nə olacaq?

Yaşlı nəsili anlamaq olar, bəs gənclər? Axı onlar da az istifadə edir. İlk bank kartımı 1993-cü ildə Türkiyədə oxuyanda almışdım. O zamanlar hələ bir bank uşaqlar üçün kartlar düşünmüşdü ki, uşaqlıqdan istifadə edərək həm alışsın, həm də bankın gələcək müştərisi olsun.

10-12 il əvvəl, yeddi yaşlı oğlum mənim bank kartlarımla ödənişlərimi görəndə, o da istədi. Mən də banklarla danışdım, dedilər 18 yaşına çatmamış mümkün deyil. O zaman işlədiyim bankın sədrinə zəng edərək təklif etdim ki, uşaqlar üçün kartlar emissiya etsinlər. Müzakirə etdik, ideya xoşuna gəldi, ilk elə onlar etdilər. Biz də onun birinci müştərilərindən olduq. Oğlumun 18 yaşı tamam oldu, dedi ki, elə həmin bankın kartını alacaq.

Deyəcəksiniz ki, kartla ödənişi hər yerdə etmək mükün deyil. 10 ildən çoxdur ki, 80 faiz ödənişlərimi kartla edirəm. Son zamanlar, demək olar ki, hər yerdə bu mümkündür, xırda həyət mağazaları istisna olmaqla.

Necə ki tələb təklif yaradır, eləcə də, təklif tələb yaradır. Yəni sözümün məğzi odur ki, təki müştəri bundan istifadə etsin, satıcı da məcbur olub qəbul edəcək.

Onu da biləsiniz ki, Mərkəz Bank tərəfindən lotereya oyunu keçirilir. Kartdan ödənilən hər beş manat bir lotereyadır. Uduş isə 50 manatlıq prizlərdir. Bəlkə, heç xəbəriniz yoxdur. Hardan biləsiniz ki?! Heç olmasa bir lotereya alın da!

Mobil operatorlara gəldikdə isə, onların buna getmədiyi aydındır. Hələ “eSim” dəstəkləyən smartfon yalnız “iPhone”dur. Əslində, artıq tətbiq etməyə başlaya bilərlər. “eSim” daha ucuz başa gəlir, fiiziki kart almağa ehtiyac yoxdur. Onsuz da nömrəni yenə pula satacaq. Ya daha çox gəlir əldə edə bilər, ya da ucuz edər, bəlkə də, pulsuz. Bir də artıq smart saatlarda bu texnologiya olduğu üçün, müştərilər hələ saatlarına da nömrə alacaq. Pul xəzəl kimi tökülüb, yığışdıran lazımdır.

Xəbər Lenti

| İlisu yolunda qəza: ağır yaralılar var

| Azərbaycan Silahlı Qüvvələri - 101 İL

| Qızılın qiyməti maksimuma yaxınlaşır

| “Yuventus” Buffonu qaytarır, İquainlə isə yollarını ayırır

| Böyük Britaniyanın yeni baş naziri iyulun 23-də məlum olacaq

| Bakıda nişanda dava düşdü

| Tsukerberq Fransaya təxribatçı istifadəçilər haqqında məlumat ötürəcək

| Suriyada yaraqlılar yenidən təxribatlara əl atıblar

| Tramp İranı məhv etməklə hədələdi

| “Mitsubishi” körpüdən aşdı - Bir ailənin 4 üzvü yaralandı

| Melaniya Tramp öz mətbuat katibini Ağ Evdə vəzifəyə gətirdi

| Fuad Abbasov: Fəaliyyətimdə heç bir dəyişiklik olmayacaq

| Avtomobil aşdı, iki uşaq ağır yaralandı

| İçki məclisində güllələnmə: qonaqlardan biri öldü

| Hacı Əliyev Avropa Oyunlarına erməni güləşçi ilə başlayacaq

| Daha üç ucqar dağ kəndinə qaz verildi - FOTO

| Kür çayından 25 yaşlı qadının meyiti tapıldı

| Breyk-dans Olimpiya Oyunlarının proqramına daxil edildi

| Döyülməkdən bezən ana özünü Kürə atdı, polis xilas etdi - VİDEO

| Şamaxı susuz qaldı - Problem nə vaxt həll olunacaq?

| Jurnalist Fuad Abbasov azadlıqda - Bakıya gəlir

| Bakıda dönərdən kütləvi zəhərlənmə

| AŞ PA-da Ermənistanın Rusiyaya qarşı məqsədli “yanlışlığı” – Deputatdan ŞƏRH

| Xırdalanda dəhşətli qəza - “KAMAZ” 6 yaşlı uşağın üstündən keçdi

| Traktorla “Mersedes” toqquşdu, yaralı var - FOTO

| Şöbə rəisi işdən çıxarıldı

| Azərbaycanda kriminal avtoritetin məhkəməsi başladı

| Lavrov rəsmi Tbilisini qınadı - Millətçiliyi təbliğ edirlər

| Bakı-Sumqayıt yolunda qəza tıxac yaratdı

|

İlham Əliyev hərbçilərə həsr olunmuş videoçarx paylaşdı

| İsmayıllıda yol tikintisinə pul ayrıldı - SƏRƏNCAM

| Mehriban Əliyeva Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib - FOTO

| Yol polisindən əhaliyə - MÜRACİƏT

| Azərbaycanda havanın isti keçməsinin - SƏBƏBİ

| Ərdoğan: İstanbulluların qərarının başımız üstündə yeri var

| Koçaryan yenidən həbs olundu

| “Megafun”dan şarların partlamasına münasibət: Günah janqlyorda olub

| Sürücü təkər təmirinin badına getdi

| Ukraynalı diplomatlar AŞPA-nı tərk etdi

| Azərbaycanda şagird yerdəyişməsi elektronlaşdırılır

| Prezident Ramil Usubovu qəbul etdi

| Tovuzda ev külə döndü - VİDEO

| Gürcüstan parlamentinin yeni sədri bəlli oldu

| Gürcüstan parlamentində əlbəyaxa dava - VİDEO

| Türkiyədə istirahətə gedən azərbaycanlı faciəvi şəkildə öldü - VİDEO

| İlham Əliyev Şirməmməd Hüseynovun vəfatı ilə bağlı nekroloq imzaladı

|

“Nar-ın eşitmə məhdudiyyətli insanlar üçün peşə təlimləri davam edir

| Sevdiyi qıza görə gənci döydülər

| Güləşçilərimizdən Avropa Oyunlarına uğurlu start

| “Nutrilon”dan əla fürsət - Birini al, ikincisinə 50 faiz endirim qazan

| “Range Rover”lə qəza törədən polis serjantına bəraət verildi

| Azərbaycana hibrid avtomobillər gətiriləcək

| Fərəh Əliyeva: AXC-nin 100 illiyi qeyd ediləndə atam övladının xoş günü kimi sevinirdi

| İyunun 29-dək temperatur normadan artıq olacaq - XƏBƏRDARLIQ

| Fazil Mustafa “Alt paltarı piri”ndən danışdı: Buna inananlar xəstədirlər

| Məşhur italyan mafioz həbsdən qaçdı

| Sabah da 40 dərəcə isti olacaq

| II Avropa Oyunlarında son vəziyyət: 11 medalımız var

| BDU rektoru: Şirməmməd Hüseynov arzusuna çatdı

| Bakıda keçmiş iş adamı güllələndi - Ailəsini itirib, fəhləlik edirmiş

| Xəzərin səviyyəsi 1,2 metr azalıb - HƏYƏCAN TƏBİLİ

| Leyla Əliyeva Ramzan Kadırovla görüşündən danışdı

| Nazir: Son 20 ilin rekord istisi qeydə alındı

| Əflatun Amaşov: Azərbaycan mətbuatının patriarxını itirdik

| Şirməmməd Hüseynovla vida mərasimi keçirilir

| Məleykə Abbaszadə: İmtahan qiymətləri dəyişə bilər

| Tələbələr imtahan cavablarını oğurladı, nəticələr ləğv edildi

| Prezident Sənubər İsgəndərliyə ev bağışladı

| Reklam xərc deyil

| Saxta 100-lüklər satan Cəlilabad sakinləri ələ keçdi - VİDEO

| Həmyerlimiz beynəlxalq universitetin Azərbaycandakı səfiri təyin edilib - FOTO

| “Xalq Əmanəti”: Vazehin işığında - FOTO

| Gülnarə Kərimova var-dövlətindən imtina etdi

| Komitədən “Megafun” hadisəsinə münasibət: Uşaqları səs-küylü yerlərdən uzaq tutun

| Novxanıda üç maşın bir-birinə girdi - VİDEO

| Tovuz sakini həyətdə özünü asdı

| İvanka Tramp qadınların problemlərini dünya liderlərinə çatdıracaq