Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Enerji içkiləri ilə bağlı yeni QAYDALAR

  18

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) enerji içkiləri ilə bağlı qaydalar müəyyyənləşdirib.

Bu barədə AQTA-dan məlumat yayıb.

Enerji içkilərinin tərkibində kofein, taurin, qlükoronolakton, inozitol, amin turşular, B qrupu vitaminlər və s. digər stimullaşdırıcı komponentlər mövcuddur. Bu maddələr bədəndə qan dövranının sürətlənməsini, mərkəzi sinir sistemində hormonların və insulinin ifrazını stimullaşdırır.

Belə ki, enerji içkiləri orqanizmdə əlavə enerji mənbəyi kimi yox, onun daxili resurslarından məcburi intensiv istifadənin gücləndiricisi kimi çıxış edir. Nəticədə bu içkilər xüsusən yeniyetmə və gənclərdə orqanizmin daxili ehtiyat qüvvəsinin daha tez tükənməsinə, mərkəzi sinir sisteminin işinin pozulması, depressiya, yuxusuzluq və əsəb gərginliyinə səbəb olur.

Enerji içkilərindən normadan artıq istifadə orqanizmin daxilində kəskin zərərli mühit yaratmaqla, toxuma və hüceyrələri, daxili selikli qişanı zədələyir, immun sistemini zəiflədərək ağır xəstəliklərə gətirib çixara bilir. Həmin içkilərin digər qaçılmaz mənfi cəhəti isə asılılıq yaratmasıdır.

Enerji içkilərinin tərkibindəki stimullaşdırıcı komponentlərin normadan artıq istifadəsi ürək infarktı riskinin artmasına, ürəkbulanma, diareya, qusma, dəridə qızarmalar, epiqastral nahiyədə spazma, susuzluq, bulanıq görmənin meydana gəlməsinə səbəb olur.

Qeyd edilənləri nəzərə alaraq, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən enerji içkilərinin təhlükəsizlik göstəricilərinin tənzimlənməsi və bununla da bu içkilərin insan orqanizminə mümkün mənfi təsirlərinin qarşısının alınması üçün “Enerji içkilərinə dair sanitariya norma və qaydaları” qəbul edilib.

“Enerji içkilərinə dair sanitariya norma və qaydaları” bu məhsulların minimum keyfiyyət göstəricilərinə, təhlükəsizliyinə, qablaşdırılmasına, etiketlənməsinə, daşınmasına və saxlanmasına, habelə həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir.

Tələblərə əsasən kofein, taurin, qlükoronolakton, inozitol, amin turşular, B qrupu vitaminlər, quarana, maça kökü, yerba mate, jenşen, dəniz yosunu, şizandra, eleuterokokk, ginkgo biloba kimi bitkilərin ekstraktlarının ən azı ikisi içkinin tərkibində varsa, həmin içki enerji içkisi hesab olunur. Tərkibində bu komponentlərdən yalnız kofein istifadə edilərsə, onun miqdarı 15 mq/100 ml-dan artıq olduqda həmin içkilər də enerji içkisi hesab edilir.

“Enerji içkilərinə dair sanitariya norma və qaydaları”na əsasən bu içkilər sanitariya norma və qaydalarına uyğun istehsal olunmalı, onların tərkibindəki toksiki elementlərin, radionuklidlərin, mikotoksinlərin və pestisid qalıqlarının miqdarı ölkədə qüvvədə olan normativ hüquqi aktlar əsasında müəyyən olunmuş həddi keçməməli, bu içkilərin mikrobioloji göstəriciləri ölkədə qüvvədə olan normativ hüquqi aktlar əsasında müəyyənləşən normaya uyğun olmalıdır.

Enerji içkilərinin 100 ml-də kofeinin maksimum miqdarı 32 mq, taurinin maksimum miqdarı 200 mq, inozitol 20 mq, qlükoronolakton 200 mq, kreatinin maksimum miqdarı 1 mq müəyyən edilib. Həmçinin enerji içkilərinin 100 ml-də Vitamin B2-nin maksimum miqdarı 0.34 mq, Vitamin B3 1.4 mq, Vitamin B5 1 mq, Vitamin B6 0.04 mq və Vitamin B12-nin maksimum miqdarı 0.0004 mq-dan çox olmamalıdır.

“Enerji içkilərinə dair sanitariya norma və qaydaları”nda göstərilir ki, enerji içkilərinin istehsalında alkoqoldan istifadə qadağandır. Enerji içkilərinin etiketlərində mütləq “Enerji içkisi”, “Tərkibində GMO yoxdur”, “Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir”, “18 yaşdan aşağı şəxslərə, yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur”, “Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” yazıları qeyd edilməlidir.

Qeyd edək ki, “Enerji içkilərinə dair sanitariya norma və qaydaları” qəbul edildiyi gündən 60 gün sonra qüvvəyə minir. Qaydalar təbii çay, qəhvə, habelə təbii çay və qəhvə ekstraktı əsasında hazırlanan alkoqolsuz içkilərə, eləcə də idmançılar üçün nəzərdə tutulan xüsusi içkilərə şamil edilmir.

Xəbər Lenti

| Filipp Kirkorov və uşaqlarının olduğu təyyarədə həyəcan yaşandı

| Maaş artımı dövlət işində çalışan 600 min nəfərə şamil olunacaq - ŞƏRH

| Səkkiz nəfərin güllələndiyi hadisənin yeni dəhşətli görüntüləri - VİDEO

| Güləşçilərimiz Avropa çempionatında iki qızıl, bir bürünc medal qazanıblar - VİDEO

| Bakıda qorxulu qəzalar: “ölüm-dirim savaşı” - VİDEO

| Azərbaycanlı aşpaz: Qurudlu xəngəli Almaniyada bişirib servis edirəm - MÜSAHİBƏ

| Bətnindən körpəni götürüb, yerinə qayçı qoydular - 23 il əzab çəkdi

| Tramp müşavirini öskürdüyü üçün otaqdan qovdu - VİDEO

| 28 yaşlı gəncin meyitini xəstəxananın həyətinə qoyub qaçdılar - FOTO

| Azərbaycanlı aşpaz: Qurudlu xəngəli Almaniyada bişirib servis edirəm - MÜSAHİBƏ

| Bətnindən körpəni götürüb, yerinə qayçı qoydular -23 il əzab çəkdi

| İctimai hambalın taleyi - Aclıqdan ölüm, xəyanətkar arvad, intihar

| Yaponiyada 6,8 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı

| Onların da maaşı artırıldı - SİYAHI

| Məzahir Pənahovun maaşı 1020 manat artdı

| Prezidentdən hərbçilərin əməkhaqqının artırılması ilə bağlı - SƏRƏNCAM

| Güc strukturları əməkdaşlarının maaşı artırılır - 40 faiz

| Azərbaycanda müəllimlərin maaşı artırıldı

| Minimum əməkhaqqı artırıldı - SƏRƏNCAM

| Prezident parlamentə yeni qanun layihələri göndərir - Sosial durum gücləndiriləcək

| Vasif Talıbovdan yeni təyinat

| Zibil qabının olmaması ətrafı çirkləndirməyə haqq qazandırır? - SORĞU

| Zelenski alman jurnalına müsahibəni pilləkəndə oturaraq verib

| Buraxılış imtahanının II mərhələsinin - NƏTİCƏLƏRİ

| Qurban Qurbanov: Bizi çətin qarşılaşmalar gözləyir

| İrandan Azərbaycan vasitəsilə Avropaya narkotik tranzitinə cəhd - FOTO

| Ramil Usubovdan yeni - TƏYİNAT

| Dəhşətli cinayətdə yaralananların son vəziyyəti - FOTO

| Fuad Abbasov həbsinin səbəblərini açıqladı - AUDİO

| Zelenski ilə görüşdə Merkeli titrəmə tutdu - VİDEO

| “Widian” ətirləri duyğularımızı və hisslərimizi riqqətə gətirir - FOTO

| “Widian” ətirləri duyğularımızı və hisslərimizi riqqətə gətirir - FOTO

| “Lada”lar yenə bahalaşacaq

| “Lada”lar yenə bahalaşacaq

| Serb futbolçu avstriyalı rəqibinin ayağını sındırdı - VİDEO

| “Hummer”in elektromobili buraxılacaq

| Yeni sosial evlərin satılacağı vaxt bəlli oldu - VİDEO

| Bakıda 25 manata görə gənci amansızlıqla öldürdülər

| “Facebook” öz valyutasını yaradır

| Aİ şirkətlərinin Azərbaycan iqtisadiyyatından gözləntisi

| İlan timsahı uddu - FOTO

| Dünənki güllələnmənin anbaan görüntüsü yayıldı - VİDEO

| İndoneziyada gəmi qəzası: 17 ölü

| Hindistanda uşaqları öldürən epidemiya yayılıb

| Sabah 35 dərəcə isti gözlənilir

| Bakıda daha bir narkotacir tutuldu - FOTO

| Platini həbs olundu

| “Badamlı” yeni istehsal sahəsi açır - FOTO

| Xırdalanda polis intihar etdi - Borca görə

| Əsrlərin peşəsi: mismarsız, yapışqansız sənət əsərləri - FOTO

| Goranboyda “VAZ” aşdı: yaralıların vəziyyəti ağırdır

| Qadın doğuş zamanı öldü

| Timsahın ağzından belə xilas oldu - VİDEO

| Həştərxan-Bakı reysi Rusiyanın “TOP-5”də

| Azərbaycanlı taksi sürücüsü rusiyalı polkovniki soydu - VİDEO

| BMT: İki milyarddan çox insan içməli sudan məhrumdur

| Peşəkar Boks Federasiyası inkişaf üçün müxtəlif işlər nəzərdə tutur

| Peşəkar Boks Federasiyası inkişaf üçün müxtəlif işlər nəzərdə tutur

| “Bursagaz” və “Kayserigaz” “SOCAR Türkiyə”yə satıldı

| ABŞ-ın “moda ikonası” vəfat edib - FOTO

| Bu gün klublarımız rəqiblərini tanıyacaq

| “MEGAFUN” “Həyəcan mövsümü”nə təntənəli şəkildə start verdi - FOTO

| “MEGAFUN” “Həyəcan mövsümü”nə təntənəli şəkildə start verdi - FOTO

| Azərbaycanlı miqrantlar Yunanıstana keçə bilmədi

| Məşhur sehrbaz fənd zamanı öldü - VİDEO

| Avropa İnsan Hüqüqları Məhkəməsinin xüsusi iclası keçirildi - FOTO

| Bakı metrosunda problem - Sərnişinlər boşaldıldı, hərəkət iflic oldu

| ABŞ mühacirlərin kütləvi deportasiyasına başlayır

| Rusiya qırıcıları məşhur “B-52”ləri yaxaladılar - VİDEO

| Azərbaycan idmançıları II Avropa Oyunlarına yola salındı - FOTO

| Dərbənddə silah ambarı aşkarlanıb

| Rusiya millisinin müdafiəçisi “Beşiktaş”ın maraq dairəsində

| Çində zəlzələ: 11 nəfər ölüb, 122 nəfər yaralanıb

| ABŞ İrana görə Yaxın Şərqə əlavə min hərbi qulluqçu göndərəcək

| Everestdən 11 ton zibil və dörd meyit yığışdırılıb - VİDEO

| Rusiya və Türkiyə müdafiə nazirləri İdlibdəki vəziyyəti müzakirə ediblər

| Rusiyalı səfirə “Ermənistanın daxili işlərinə qarışma!” deyildi

| Avropa Liqası: “Neftçi”nin 5, “Səbail”in 6 mümkün rəqibi müəyyənləşib

| Üç güləşçimiz Avropa çempionatının yarımfinalına yüksəlib

| Erkən ölümə daha bir səbəb

| Neymarın bütün daşınmaz əmlakına həbs qoyuldu

|

Leyla Əliyeva BMT-nin xoşməramlı səfiri Vyaçeslav Fetisovla görüşüb

| Bakıda bir gecədə iki qadını maşın vurdu