Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Politoloq: Moldovada mövqe mübarizəsi gedir

  16

Moldovada siyasi vəziyyət gərginləşib. Moldovalı ekspertlər və ictimai xadimlər mövcud vəziyyəti hətta Venesuela ilə müqayisə edir; ikili hakimiyyət mövcuddur və hər tərəf özünü legitim hesab edir.

Tarixçi, politoloq və Moldova Respublikası parlamentinin keçmiş deputatı (2010-2014) Zurab Todua Oxu.Az-a verdiyi müsahibədə Moldovada inkişaf edən proseslərdən danışıb.

- Moldovada nə baş verir? Bu prosesləri necə qiymətləndirmək olar?

- Moldovada artıq beş gün ərzində davam edən hadisələri 24 fevralda keçirilmiş parlament seçkilərindən sonra inkişaf edən siyasi böhranın nəticəsi hesab etmək olar. Xatırladım ki, seçkilərdən sonra parlamentə üç siyasi qüvvə - hakim Demokratik Partiya (30 deputat və ona tamamilə tabe olan 10 deputat), Sosialistlər Partiyası (35 mandat) və “Acum” (tərc.“İndi” - 26 mandat) sağçı partiyalar bloku daxil olub.

Üç ay ərzində hakim koalisiyanın qurulması üzrə tələsik olmayan danışıqlar gedib. Ən son anda, konstitusiya əsasında belə koalisiyanın yaradılmasına verilən son müddətin başa çatmasına iki gün qalmış Sosialistlər Partiyası və “Acum” bloku ilə ideoloji fikir ayrılıqlarını bir kənara qoyaraq, koalisiya yaratdıqlarını bəyan edib, hər kəsi təəcübləndiriblər. 

Bu, Demokratik Partiya üçün arzuolunmaz sürpriz olub. Halbuki partiya rəhbərliyi hər şeyin nəzarət altında olduğunu güman edirdi. Demokratik Partiyanın planı çox sadə idi: aparıcı qüvvə olmaq şərtilə koalisiya yaratmağa nail olmasalar, növbədənkənar seçkilərə getmək.

Sosialistlər və sağçıların birləşərək yaratdığı koalisiya Demokratik Partiyanın müxalifətə keçməli olduğu anlamına gəlir. Demokratlar isə bunu istəmir. Qarşıdurmanın məğzi də elə bundan ibarətdir.

Burada bir şeyi aydınlaşdırmaq lazımdır. Demokratik Partiya 2009-cu ildən hakimiyyətdədir. Son beş il ərzində Moldovanı təkbaşına idarə edir. Onun lideri oliqarx Vlad Plaxotnyuku bu yaxınlara qədər ölkənin “sahibi” sayırdılar.

Hazırda Demokratik Partiyanın hakimiyyətdən kənarlaşdırılması ilə bağlı real təhlükə yaranıb. Belə bir perspektiv hakim (hələlik) qruplaşmaya xoş gəlmir. Onlar hakimiyyəti əldən verməmək üçün müxtəlif hiylələrə əl atır, bunun üçün Konstitusiya Məhkəməsini, DİN-i, kütləvi informasiya vasitələrini “işə salırlar”.

Bir neçə gün hökumət binası, bəzi nazirliklər və qurumlarda vətəndaş qrupları guya könüllü şəkildə piket edir. Bu insanları ora Demokratik Partiyanın göstərişi ilə yeni Baş nazir Maya Sandu və kabinet üzvlərini öz iş yerlərinə buraxmamaq üçün “qovublar”.

Beləcə, siyasi böhranın kəskin şəkil almasının başlıca səbəbi Demokratik Partiyanın hakimiyyəti əldən vermək və müxalifətə çevrilmək istəməməsidir. İşin iç üzünə gəlincə, onlar korrupsiya qalmaqallarına və müxtəlif sui-istifadə hallarına görə məsuliyyətə cəlb olunacağından çəkinir, hər halda demokratların hakimiyyəti bununla seçilib.

- Moldovada vətəndaş qarşıdurması nə dərəcədə mümkündür və o, nə ilə yekunlaşa bilər?

- Hələlik qeyri-müəyyən qüvvələr balansı qorunub-saxlanılır. Mövqe mübarizəsi gedir. Heç bir tərəf aktiv tədbirlərə keçməyə cürət etmir. Demokratlar hələ də dövlət aparatı, güc strukturları və rəsmi KİV-ə nəzarət edir. Yaradılmış legitim koalisiyanın arxasında əhali və Moldovanın xarici tərəfdaşları dayanıb.

Koalisiya paytaxta öz tərəfdarlarını çağırmaqda qətiyyət göstərmir, çünki vəziyyətin gərginləşməsində maraqlı deyillər və hələ də demokratların sağlam düşüncəni əsas götürüb hakimiyyətdən əl çəkəcəklərinə ümid edirlər. Demokratlar isə vaxtı uzadırlar. Onlar yaxşı bilirlər ki, koalisiyanın və onun yaratdığı hökumətin fəaliyyətinə qol gücünə əngəl olmaq cəhdləri tam fiaskoya uğrayacaq.

Birincisi, Moldovada diktaturaya bel bağlamaq üçün möhkəm güc strukturları yoxdur. İkincisi, münasibətləri bu şəkildə aydınlaşdırmaq təcrübəsi yoxdur. 1990-cı ildən bütün seçkilərdən sonra məğlub tərəf öz yerini qalibə verib.

Demokratik Partiya isə bu ənənəni “sındırmağa” çalışır. Etiraf etmək lazımdır ki, on il ərzində bunun öhdəsindən gələ biliblər. Üçüncüsü, Demokratik Partiyanın və onun liderinin avtoriteti (KİV-in köməyi ilə V.Plaxotnyukun simasında az qala “ulu öndər” obrazı yaratmaq cəhdlərinə rəğmən) kifayət qədər aşağıdır.

Qəhrəman obrazı olmadan hər hansı güc tədbirlərinə əl atmaqdan söhbət belə gedə bilməz. Belə şəraitdə baş verən hadisələrə xarici tərəfdaşların münasibəti xüsusi əhəmiyyət kəsb etməyə başlayır.

- Ölkə xaricindən Moldova hadisələrinə reaksiyanı necə qiymətləndirərdiniz?

- Rusiya, Avropa İttifaqı, Avropa ölkələri birmənalı olaraq Sosialistlərlə ACUM blokunun yaratdığı koalisiyaya dəstək ifadə edir. Vaşinqton öz mövqeyini (hələlik) ikibaşlı ifadələrlə çatdırır. Bu hər iki tərəfin Dövlət Departamentinin bəyanatını öz xeyrinə təfsir etməsinə əsas verib.

Bununla belə, zaman legitim hakimiyyətin xeyrinə işləyir. Moldova indi elə vəziyyətdədir ki, heç bir partiya, heç bir lider xarici oyunçuların fikirlərinə etinasız yanaşa bilməz. Demokratların xalqın iradəsinə tabe olub, müqavimət göstərmədən, ölkəni xaosa sürükləməklə hədələmədən, müxalifətə keçməkdən başqa çıxış yolu yoxdur.

Bu reallığı getdikcə daha çox məmur və dövlət qulluqçusu anlamağa başlayır. 10-11 iyun tarixlərində bir sıra bölgə və şəhərlər (ölkənin cənub və şimalında) yeni koalisiyanı dəstəklədiklərini bəyan edib.

Müxtəlif ictimai və qeyri-hökumət təşkilatları tərəfindən legitim hakimiyyətin qəbul olunması prosesi gedir. Ötən gün bir qrup DİN zabiti parlament və M.Sandu hökumətinə dəstək ifadə edib.

Hər hansı gözlənilməz hadisə baş verməsə və Demokratlar Partiyası avantüraya getməsə, bu qarşıdurmanın aqibəti yaxın günlərdə legitim hakimiyyətin xeyrinə müəyyənləşəcək.

Hər halda, hazırda daxil olan informasiya sağlam düşüncənin hələ də zəfər çalmadığını göstərir. “Fulger” xüsusi təyinatlı polis bölməsi legitim hakimiyyətə dəstək nümayiş etdirmiş bir neçə polis əməkdaşını həbs edib, onların kabinetlərində axtarışlar aparılıb. Vəziyyət gərginləşir...

R.Q.

Xəbər Lenti

| Qızılın qiyməti maksimuma yaxınlaşır

| “Yuventus” Buffonu qaytarır, İquainlə isə yollarını ayırır

| Böyük Britaniyanın yeni baş naziri iyulun 23-də məlum olacaq

| Bakıda nişanda dava düşdü

| Tsukerberq Fransaya təxribatçı istifadəçilər haqqında məlumat ötürəcək

| Suriyada yaraqlılar yenidən təxribatlara əl atıblar

| Tramp İranı məhv etməklə hədələdi

| “Mitsubishi” körpüdən aşdı - Bir ailənin 4 üzvü yaralandı

| Melaniya Tramp öz mətbuat katibini Ağ Evdə vəzifəyə gətirdi

| Fuad Abbasov: Fəaliyyətimdə heç bir dəyişiklik olmayacaq

| Avtomobil aşdı, iki uşaq ağır yaralandı

| İçki məclisində güllələnmə: qonaqlardan biri öldü

| Hacı Əliyev Avropa Oyunlarına erməni güləşçi ilə başlayacaq

| Daha üç ucqar dağ kəndinə qaz verildi - FOTO

| Kür çayından 25 yaşlı qadının meyiti tapıldı

| Breyk-dans Olimpiya Oyunlarının proqramına daxil edildi

| Döyülməkdən bezən ana özünü Kürə atdı, polis xilas etdi - VİDEO

| Şamaxı susuz qaldı - Problem nə vaxt həll olunacaq?

| Jurnalist Fuad Abbasov azadlıqda - Bakıya gəlir

| Bakıda dönərdən kütləvi zəhərlənmə

| AŞ PA-da Ermənistanın Rusiyaya qarşı məqsədli “yanlışlığı” – Deputatdan ŞƏRH

| Xırdalanda dəhşətli qəza - “KAMAZ” 6 yaşlı uşağın üstündən keçdi

| Traktorla “Mersedes” toqquşdu, yaralı var - FOTO

| Şöbə rəisi işdən çıxarıldı

| Azərbaycanda kriminal avtoritetin məhkəməsi başladı

| Lavrov rəsmi Tbilisini qınadı - Millətçiliyi təbliğ edirlər

| Bakı-Sumqayıt yolunda qəza tıxac yaratdı

|

İlham Əliyev hərbçilərə həsr olunmuş videoçarx paylaşdı

| İsmayıllıda yol tikintisinə pul ayrıldı - SƏRƏNCAM

| Mehriban Əliyeva Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib - FOTO

| Yol polisindən əhaliyə - MÜRACİƏT

| Azərbaycanda havanın isti keçməsinin - SƏBƏBİ

| Ərdoğan: İstanbulluların qərarının başımız üstündə yeri var

| Koçaryan yenidən həbs olundu

| “Megafun”dan şarların partlamasına münasibət: Günah janqlyorda olub

| Sürücü təkər təmirinin badına getdi

| Ukraynalı diplomatlar AŞPA-nı tərk etdi

| Azərbaycanda şagird yerdəyişməsi elektronlaşdırılır

| Prezident Ramil Usubovu qəbul etdi

| Tovuzda ev külə döndü - VİDEO

| Gürcüstan parlamentinin yeni sədri bəlli oldu

| Gürcüstan parlamentində əlbəyaxa dava - VİDEO

| Türkiyədə istirahətə gedən azərbaycanlı faciəvi şəkildə öldü - VİDEO

| İlham Əliyev Şirməmməd Hüseynovun vəfatı ilə bağlı nekroloq imzaladı

|

“Nar-ın eşitmə məhdudiyyətli insanlar üçün peşə təlimləri davam edir

| Sevdiyi qıza görə gənci döydülər

| Güləşçilərimizdən Avropa Oyunlarına uğurlu start

| “Nutrilon”dan əla fürsət - Birini al, ikincisinə 50 faiz endirim qazan

| “Range Rover”lə qəza törədən polis serjantına bəraət verildi

| Azərbaycana hibrid avtomobillər gətiriləcək

| Fərəh Əliyeva: AXC-nin 100 illiyi qeyd ediləndə atam övladının xoş günü kimi sevinirdi

| İyunun 29-dək temperatur normadan artıq olacaq - XƏBƏRDARLIQ

| Fazil Mustafa “Alt paltarı piri”ndən danışdı: Buna inananlar xəstədirlər

| Məşhur italyan mafioz həbsdən qaçdı

| Sabah da 40 dərəcə isti olacaq

| II Avropa Oyunlarında son vəziyyət: 11 medalımız var

| BDU rektoru: Şirməmməd Hüseynov arzusuna çatdı

| Bakıda keçmiş iş adamı güllələndi - Ailəsini itirib, fəhləlik edirmiş

| Xəzərin səviyyəsi 1,2 metr azalıb - HƏYƏCAN TƏBİLİ

| Leyla Əliyeva Ramzan Kadırovla görüşündən danışdı

| Nazir: Son 20 ilin rekord istisi qeydə alındı

| Əflatun Amaşov: Azərbaycan mətbuatının patriarxını itirdik

| Şirməmməd Hüseynovla vida mərasimi keçirilir

| Məleykə Abbaszadə: İmtahan qiymətləri dəyişə bilər

| Tələbələr imtahan cavablarını oğurladı, nəticələr ləğv edildi

| Prezident Sənubər İsgəndərliyə ev bağışladı

| Reklam xərc deyil

| Saxta 100-lüklər satan Cəlilabad sakinləri ələ keçdi - VİDEO

| Həmyerlimiz beynəlxalq universitetin Azərbaycandakı səfiri təyin edilib - FOTO

| “Xalq Əmanəti”: Vazehin işığında - FOTO

| Gülnarə Kərimova var-dövlətindən imtina etdi

| Komitədən “Megafun” hadisəsinə münasibət: Uşaqları səs-küylü yerlərdən uzaq tutun

| Novxanıda üç maşın bir-birinə girdi - VİDEO

| Tovuz sakini həyətdə özünü asdı

| İvanka Tramp qadınların problemlərini dünya liderlərinə çatdıracaq

| Beyləqanda meşənin içində narkotik plantasiyası aşkar olunub