Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

“Qarabağ klanı” Ermənistanda çevriliş planı hazırlayır - ŞƏRH

  13

Ermənistan hakimiyyəti ilə Dağlıq Qarabağ separatçıları arasında fikir ayrılığı getdikcə dərinləşir. Qarabağ separatçılarının təmsilçiləri ilə Ermənistanın Baş naziri Nikol Paşinyan bir-birini kəskin tənqid edirlər. Bu proses dayanmır. Paşinyan separatçıların lideri Bako Saakyanı xəbərdar etsə də, Bako Saakyanın yaxın ətrafındakılar Paşinyana və Ermənistan hakimiyyətinin digər üzvlərinə qarşı tənqidlərini dayandırmırlar. Paşinyan bunu separatçıların Ermənistanın daxili işlərinə qarışması kimi qiymətləndirir.

Bu fikirləri politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında paylaşıb

Onun sözlərinə görə, Nikol Paşinyan “Qarabağ klanı”nı Ermənistanda bütün vəzifələrdən uzaqlaşdırıb, bir qismi həbs olunub. 

“Qarabağ separatçılarının iki tanınmış nümayəndəsi var – eks-prezidentlər Robert Koçaryan və Serj Sarqsyan. Nikol Paşinyan Serj Sarqsyanı hakimiyyətdən uzaqlaşdırıb və onun qohumlarına qarşı korrupsiya ittihamları ilə bağlı cinayət işləri açılıb.

Robert Koçaryan isə həbsdədir və onun üzərində məhkəmə prosesi davam edir. Ancaq məhkəmə prosesinin özü də Paşinyanı narahat edir. Çünki, birincisi, bir neçə hakim Koçaryanın məhkəməsini aparmaqdan imtina edib.

Aydındır ki, həmin hakimlər “Qarabağ klanı”nın intiqamından qorxduqlarına görə çəkiliblər kənara. İkincisi, Koçaryan üzərindəki məhkəmə “Qarabağ klanı”nı canlandırıb, onlar məhkəmə salonunda belə keçmiş prezidentin hər gəlişini alqışlarla qarşılayırlar”, - ekspert bildirib.

O əlavə edib ki, Paşinyanı Qarabağ separatçılarının açıqlamaları narahat edir: 

“Dağlıq Qarabağ separatçıları Robert Koçaryanın həbsdən azad olunmasını tələb edirlər. Paşinyan bununla razılaşa bilməz. Paşinyanın separatçılara mesajı belədir: “Ermənistanın daxili işlərinə qarışmayın”. Buna baxmayaraq, separatçıların keçmiş və hazırkı lideri Koçaryanın məhkəməsinə gedərək yenidən Paşinyanı narahat edən açıqlama veriblər: “Eks-prezidenti azad edin!”

Paşinyanın daima Qarabağa səfərləri də nəticə vermir. Paşinyan düşünürdü ki, Xankəndinə səfərləri ilə separatçıların lideri Bako Saakyan üzərində nəzarəti gücləndirəcək. Bu alınmadı. Bako Saakyan Robert Koçaryan və Serj Sarqsyanın təsiri altındadır və onlara xidmət edir.

Serj Sarqsyanın tez-tez Dağlıq Qarabağa gəlişləri də bundan xəbər verir. Paşinyan “Qarabağ klanı”nı Ermənistanda hakimiyyətdən uzaqlaşdırdıqdan sonra Qarabağdakı separatçılar Moskvanın nəzarəti altına keçiblər. Xankəndinə təlimatlar daha İrəvandan deyil, Moskvadan gəlir”.

E.Şahinoğlu qeyd edib ki, 2020-ci ildə Dağlıq Qarabağda keçiriləcək “prezident seçkisi”ndə Bako Saakyan namizəd olmayacağını bildirib. 

“Deməli, “prezidentlik” uğrunda iki qüvvə arasında mübarizənin gedəcəyini proqnozlaşdırmaq olar. Paşinyan öz adamının Dağlıq Qarabağda “prezident” seçilməsini istəyir. Ancaq problem ondadır ki, Dağlıq Qarabağda Paşinyanın siyasətini qəbul edənlər zəifdirlər. İkinci qüvvə “Qarabağ klanı” ilə Rusiyanın nəzarətindəki siyasətçilərdir. 

Onlardan birinin Dağlıq Qarabağın “prezident”i seçiləcəyini söyləmək mümkündür. Bu isə o deməkdir ki, Paşinyanla separatçılar arasında fikir ayrılığı gələcək illərdə də davam edəcək. Hətta mümkündür ki, separatçılar Dağlıq Qarabağın “prezidentliyinə” Robert Koçaryanı və ya Serj Sarqsyanı gətirməyə çalışsınlar”.

Politoloq vurğulayıb ki, son məlumatlara görə, Ermənistan Dağlıq Qarabağla sərhəddə hərbi postların sayını artırıb, gəlib-gedənlərin kimliyi yoxlanılır:

“Nikol Paşinyan Dağlıq Qarabağ separatçılarının Ermənistandakı tərəfdarları vasitəsilə İrəvanda çevriliş cəhdindən ehtiyat edir. Əgər Dağlıq Qarabağ separatçıları və İrəvandakı “Qarabağ klanı” Paşinyana qarşı çevriliş planını həyata keçirmək istəsə, bu, Moskvanın razılığı ilə baş verəcək. 

Dağlıq Qarabağ separatçıları bir dəfə Ermənistanda çevriliş ediblər, 1997-ci ildə prezident Levon Ter-Petrosyanı hakimiyyətdən uzaqlaşdırıblar. Ona görə “Qarabağ klanı”nın çevriliş etmək təcrübəsi var. Klan Paşinyanın mövqelərinin zəifləməsini və hansısa səhv addım atmasını gözləyir”.

Samir İsayev

Xəbər Lenti

| Ramazan ayının iyirminci gününün – DUASI VƏ TƏQVİMİ

| Bakıda yüksək sürətlə gedən “Gelandewagen” qəza törətdi - VİDEO

| Bu gecə ilk Qədr gecəsidir

| “Mercedes” su maşını ilə toqquşdu: Yaralılar var - FOTO

| Hindistanda 15 nəfər yanaraq ölüb - VİDEO

| Fiziki qüsurlu orta məktəb müəllimi: Bu, həyatda öz yerini tapmağa əngəl deyil

| UEFA prezidenti Mxitaryanın Bakıya gəlməməsinə münasibət bildirib

| Paşinyanla “Qarabağ klanı” baş-başa gəldi - Oğlunu girov götürmək istədilər

| Aranda hava kəskin dəyişdi - “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi

| Daşkəsənə dolu yağıb - FOTO

| Yekə-yekə danışanlardan biri nazirə əl uzatdı, əli havada qaldı

| Fransada partlayış olub - Yaralılar var

| Kişi qadını kafedə bıçaqlayaraq öldürdü - FOTO

|

Təşkilat Azərbaycanı çoxdan hədəf seçib

|

Kommersant, yoxsa, hökumət

|

"Amnesty İnternational” təşkilatı sifariş
yerinə yetirən qurum imici qazanıb

|

Övladlığa götürmə...

| Bakıda iftar süfrələri - FOTOREPORTAJ

|

Məqsədi torpaqlarımızın hərbi yolla azad edilməsidir

| Restrukturizasiya olunan kreditlərdə zaminliyə xitam veriləcəkmi? - ŞƏRH

|

İctimai nəqliyyatdan
pulsuz istifadə hüququna
layiq olmaq…

|

Eks-nazirlər

| Sabahdan Bakıda Azarkeş Festivalı başlayır

| Bahar Muradova Avroliqanın final qarşılaşmasından danışdı

|

“Nar”-ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib

| FHN əməkdaşını həmkarlarının gözü qarşısında öldürüblər

| Dünyada 1,5 milyon kor, beş milyon zəif görən uşaq var

| Ekspert: Bəzi dərmanların qəbulundan sonra dənizə girmək olmaz - VİDEO

| Tramp İlham Əliyevi təbrik etdi

| Qubada qadını qəbiristanlıqda öldürənə cəza verildi - 19 İL

| Azərbaycan Mxitaryan üçün nə dərəcədə təhlükəlidir? - SORĞU

| Polis “Torqovı”da “Vor v zakone” yazılı köynəklə gəzənləri saxlayıb

| Pavel Belorusski: Mənə deyirdilər “Azərbaycanda bu işləməyəcək”

| Pavel Belorusski: Onlar deyirdilər, “Azərbaycanda bu işləmir”

| Eden Azar: İndi yalnız Bakıdakı finala köklənmişəm

| Koçaryanı azadlığa buraxan hakim istefa verdi

| “Vosmoy bazarı”na atıldığı deyilən uşağın valideyni tapıldı

| Leyla Əliyeva xəstəxanada uşaqlara baş çəkdi - FOTO

| Prezident dini qurumlara maliyyə yardımı ayırdı

| Britaniyanın yeni Baş naziri nə vaxt seçiləcək?

| Hindistanda “Əl-Qaidə” başçısı öldürüldü - Ən təhlükəli terrorçu

| Qəzalı binada gərginlik artır: Tərəflər razılaşa bilmirlər - VİDEO

| Qəzalı binada gərginlik artır: Tərəflər razılaşa bilmirlər - VİDEO

| Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatının açılışı oldu

| Deputat: “Keşikçidağ” məsələsi həll olunacaq

| Bulvardan yayılan video ilə bağlı araşdırma - Balıqlar niyə ölüb?

| Ziyafət Əsgərov: Onlar əxlaqsızdırlar

| Qazaxıstan Azərbaycanın 54 milyardlıq dövlət istiqrazlarını satıb

| Ermənilərin üç “arqument”i, Azərbaycanın üç cavabı

| Azərbaycanda məktəb tualeti adı ilə yayılan fotolar yalan çıxdı

| Şəhərdə tikilən binalar və nəqliyyat

| Azad Rəhimov: 30 min azarkeş Bakıya gələcək, böyük sınaqdır

| Fiqudan azarkeşlərə Avroliqanın finalı ilə bağlı çağırış - VİDEO

|

“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur

| Azərbaycanlı vəkillər İngiltərədə işləyə biləcək

| İlham Əliyev: Qarabağ münaqişəsinin həllinin bir yolu var

| Nazirlik Baş Prokurorluğa müraciət etdi - Müəllimin döyülməsi kadrlarına görə

| Prezident Şeyxin fəaliyyətindən danışdı: Böyük nüfuza malikdir

| Bu deputatlar məsuliyyətə cəlb ediləcək

| Erməni gimnastlar: Bakı təhlükəsizdir, sakinləri isə mehribandır

| Azərbaycanda yeni neft-qaz yataqları axtarılacaq

| Marneulinin yeni seçilmiş azərbaycanlı meri ilə müsahibə - 31 yaşı var

| Marneulinin yeni seçilmiş azərbaycanlı meri ilə müsahibə - 31 yaşı var

| Xəzərin hüquqi statusu müəyyənləşsə də, məsələ tam həllini tapmayıb - RƏY

| Milli Oftomologiya Mərkəzinin Şəki filialı açılır

| Tereza Mey istefa tarixini açıqladı

| Ölkədə uşaqlarda refraks patologiyası geniş yayılıb

| Bakıda 28 dərəcə isti olacaq

| Ağstafada dörd 15 yaşlı qız hamilə qalıb? - DİN-dən açıqlama

| Rövşən Əsgərov: Heç Kennedini Mxitaryan qədər qorumayıblar

| Kişi 10 il əvvəl oğurlanan pulqabını yiyəsinə qaytardı

|

Bahar Muradova İrəvanın Ermənistana paytaxt kimi verilməsindən danışdı

| Dağıstanda terror törətmək istədilər

| Bakı metrosunda təhlükəli anlar - İşə polis qarışdı

| İlham Əliyev rusiyalı nazirlə görüşdü - FOTO

| Deputat: Rüfət Quliyev kimdir ki, aeroport icarəyə versin?!

| ABŞ ticarət tərəfdaşlarını cəzalandıracaq

| Məşhur kardioloq “Ege Hospital”a direktor təyin edildi

| Deputat: Rüfət Quliyev kimdir ki, aeroport icarəyə versin?!

| Final günü stadiona gedənlər bunları bilməlidir - VİDEO

| Azərbaycan ABŞ vətəndaşını bağışladı

| Arsen Venqer: “Arsenal” və “Çelsi”nin Bakıda problemi olmamalıdır

| ABŞ ticarət tərəfdaşlarını cəzalandıracaq

| Siyavuş Novruzov: Ermənistan onun-bunun yedəyində gedir

| Azərbaycanda “Pensiya Amnistiyası”nın verilməsi təklif olunur

| “NETTY2019” nominantları müəyyən edir: seçim prosesi başladı

| “Golden Crown”dan “Ramazan payı” kampaniyası

| Narkotacir “Qədim” ələ keçdi - FOTO

| “NETTY2019” nominantları müəyyən edir: seçim prosesi başladı

| Qədim Misir şərabı bərpa olundu

| Rusiyada məzun deputata hücum etdi - VİDEO

| Məşhur kardioloq “Ege Hospital”a direktor təyin edildi

| Gəncləri Milli Məclisə topladılar - Yeddi saat görüş olacaq

| Əcnəbilərlə evlənən azərbaycanlıların sayı açıqlandı

| Roman Abramoviç Bakıya gəlir

| “Golden Crown”dan “Ramazan payı” kampaniyası

| Bu rayonda su olmayacaq

| Əli Əhmədov: Xalq Cümhuriyyəti tariximizin şanlı səhifəsi kimi əbədi yaşayacaq

| Rusiyada dələduz tutulmamaq üçün üzünü əməliyyat etdirdi – VİDEO

| Dünyanın ən uzun dəmiryolu xətti fəaliyyətə başladı

| Bakıda qətl: kişinin boyun damarlarını kəsdilər

| Peşəkar mühasib sertifikatının verilməsi ilə bağlı - QAYDALAR

| Baş nazir “DOST”la bağlı qərar verdi

| İran S-300 komplekslərini Fars körfəzinə yönəldir – VİDEO

| Kanadanın baş naziri hindi liderinə bəraət qazandırıb

| Şüvəlanda münaqişə qabırğaların sınması ilə nəticələndi

| ABŞ Ukraynaya hərbi yardımı artırır

| Heydər Əliyev Fondu yetim uşaqlara əyləncə təşkil edib - FOTO

| Maştağa sakini boynundan bıçaqlanıb - vəziyyəti ağırdı - VİDEO

| Suriyada yaraqlılar hökumət ordusunun zabitlərini girov götürüb

| Bərdədə kənd təsərrüfatı texnikası yarmarkası keçirilib- FOTO

| Qazaxda qədim yaşayış məskəni aşkarlanıb - FOTO

| Fuad Abbasov azadlıqdadır - VİDEO

| Leyla Əliyeva “Mənim balaca şahzadəm” cizgi filminin təqdimatında - FOTO

| Sürüşmə zonasında yerləşən Lənkəran-Lerik yolu yenidən qurulur - FOTO

| Təyyarədə dava salan sərnişin öldü

| Birinci vitse-prezident Mehriban Əliyeva iftar mərasimində - FOTO

| Parisda qvineyalı siyasətçinin 45 milyon avroluq brilliantı oğurlandı