Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Bu azərbaycanlı gənclər tarixlə elektron musiqini birləşdirib

  13

“Solong” - Azərbaycanda modern musiqi janrı ilə məşğul olan musiqiçi qrup və DJ-lərin Azərbaycanın tarixi-memarlıq abidələrində canlı çıxışlarını həyata keçirən musiqi platformasıdır.

Layihəni həyata keçirməkdə məqsəd Azərbaycanda elektron musiqinin inkişafı, həmçinin, Azərbaycanın məkanlarını və tarixini tanıtmaqdır.

Oxu.Az-ın bugünkü müsahibləri layihənin üzvləri, istedadlı gənclər - layihənin PR və marketinq direktoru Şahnaz Əhmədova, layihənin rəhbəri Sahil Umud, səs rejissoru Həsən Ağayevdir.

Cəsarət edib, yeni nəyəsə sıfırdan başlamağı hər kəs bacarmır. Bu layihə Azərbaycanda ilkdir.

Şahnaz Əhmədova layihənin məqsədini belə izah edir:

“Azərbaycanda DJ musiqisi çox məşhur deyil. Amma musiqinin həmin növünə maraq göstərənləri bir yerə yığsaq, saylarının az olmadığını görərik. Onları bir yerə yığıb, saylarını bir az da artırmaq, yeni DJ-lər, yeni istedadlar kəşf etmək üçün bu layihə həyata keçirilir. Tarixi ərazilərdə olması həm də diqqət cəlb etmək üçündür, o məkanlar Azərbaycan və dünya üçün xüsusi yerlərdir.

Layihəmizdəki yerlərin çoxu “UNESCO”nun milli-mədəni irsinə daxildir. Bunu həm də beynəlxalq layihə kimi düşünmüşük. Tarixi abidələrin musiqimizin fonunda görünməsi bizim üçün zövqdür”.

Müsahibimiz zövqlərə tolerant yanaşdığını deyir:

“Zövqlər müzakirə olunmur, qınamamağa çalışırıq. Biz bəyənmədiyimiz musiqiyə bayağı demirik, fərqli növ deyirik. Hər kəs sevdiyi musiqini, sevdiyi incəsənət növünü izləməkdə, dinləməkdə sərbəstdir.

Bütün musiqilərin əsasında klassika dayanır. Rok musiqini sevsək də, filarmoniyaya konsertlərə tez tez gedirik, “Qara Qarayev” adına orkestri dinləyirik.

Layihəyə gəldikdə isə, səs gətirəcəyini bilirdik, çünki işdə əmək var, peşəkarlar işləyir, ortaya keyfiyyətli iş qoyulub. Gözlədiyimizdən də yaxşı oldu. Musiqi cəmiyyətində buna ehtiyac var imiş. Pop Azərbaycanda məşhurdur, məşhur cazmenlər var, klassik musiqi məlum məsələdir. Amma bu cür layihələr azdır. Cəsarət edib yeni nəyəsə sıfırdan başlamağı hər kəs bacarmır. Bu, Azərbaycanda ilkdir”.

Ş.Əhmədova gənclərə dəstəyə həmişə açıq olduqlarını qeyd edib:

“Solong” olaraq gənclərə dəstək vermək istəyirik. Bunun Azərbaycanda tədrisi yoxdur, işin mətbəxini təkcə öyrətmək yox, kimlərlərsə ortaq iş ortaya çıxarmağa da hazırıq, müraciət edənləri dinləyirik.

Yeni səslər, yeni insanlar, yeni dəst-xətlər kəşf etmək üçün yeni DJ-lər tapırıq. İstər məşhur, istər qeyri-məşhur. Yaradıcı gənclərin müraciətlərinə açığıq, çəkinməsinlər”.

Gənclər gələcəkdə işləri böyütmək, yeni layihələr həyata keçirmək, beynəlxalq arenaya çıxmağı planlaşdırırlar.

“Solong” qısa müddətli layihə olmayacaq”

“İşləyirik, işdən sonrakı bütün vaxtımızı bura həsr edirik. Ümid edirik, Azərbaycanda bu tip layihələr çoxalacaq və məktəblər artacaq ki, istedadlı gənclərin kəşfi problem olmasın.

Planlı işləyirik, konkret saatlarda görüşürük. Heç kim işi təxirə salmır, bəzi nələrisə güzəştə gedirik, həftəsonlarımızı həsr edirik.

Həm musiqi sahəsinə, həm də gənclərə fayda vermək istəyirik. İstedadlı gənclər görürük, inkişaflarına yön vermək, kömək etmək lazım olur. 

Bu, xaricdə inkişaf etmiş layihədir. Dinləyicilər yeniliyi yadırğamırlar”. 

Bu, bizim hobbimiz olsa da, artıq hobbi kimi baxa bilmirik.

2014-2015-ci illərdən elektronika sahəsinə üz tutan, 2009-cu ildən ritm-gitarist olaraq bir neçə qrupda çıxış edən Sahil Umudov deyir ki, layihəni yaratmaq barədə iki il düşünüb:

“Layihəni iki ildir düşünürəm, komanda yox idi. Dostlarımızla fikirlər müzakirə olunandan sonra başladıq. Layihə həm də Avropada var, bizdə də olsun deyə, gənclərimiz onlara yox, bizə baxsınlar və iştirak etsinlər deyə yarandı”.

S.Umudov sevdiyi musiqi janrı ilə bağlı bunları deyib:

“Musiqi ilə məşğul olan, əmək sərf olunan bütün işləri sevirəm. Hər cür janra qulaq asıram. Sevda Ələkbərzadəyə uşaqlıqdan qulaq asıram”.

Müsahibimiz elektron musiqi yayılmasa da, həvəskarlarının olduğunu və saylarının artdığını deyir. Azərbaycanda yayılan keyfiyyətsiz ifaların səbəbini isə “10 manatlıq” studiyalarda görür:

“Amma “underground” (yeraltı) tərzdə adını saymaqla bitməyəcək qədər çox sayda gənclərimiz var. Azərbaycan istedadlar ölkəsidir. Biz də onlardan biriyik.

Layihənin uğurlu olmasının səbəblərindən biri gənclərdə vətənpərvərlik hissinin olmasıdır, tarixlərini elektron musiqinin sədaları altında görəndə reaksiyalarını gizlətmirlər. Çağırdığımız qonaqların peşəkarlığı da layihənin uğurlu olmağında rol oynadı. Bakının elit klublarında çıxış edən, sözünü demiş DJ-lər - Teymur Səfərov (Estgamin), Kamil Estenin ifaları buna təsir göstərdi”. 

Qulaqlar köhnəliklərə öyrəşib, yeni format göstərmək istəyirik.

Klassik musiqi sevən, DJ kimi fəaliyyət göstərən Həsən Ağayev (DJ Vebo) illərdir musiqi ilə peşəkar formada məşğul olur:

“1997-ci ildən musiqi sahəsindəyəm. Bəstəkarlıq üzrə 5 il oxumuşam, 5 il vokal dərsləri, 7 il musiqi dərsləri almışam.

Elektron musiqi deyəndə çox insan ağır musiqi düşünür. Amma elektron musiqi kompüter, proqramlarla yığılan musiqidir.

Məqsədimiz köhnə Azərbaycan musiqisini yeni musiqi ilə ayaqlaşdırıb gənclərimizə təqdim etməkdir. Gənclərimiz indi daha da dinamikdir və dinamikanı sevirlər, folk musiqilərimiz sakit olduqlarına görə sakit musiqiləri dinamik tərzdə təqdim etməyə çalırıq. Həm də istedadlı DJ-lərimizi dünyaya təqdim etmək istəyirik”.

Müsahibimiz bayağı musiqi anlayışının düzgün olmadığını bildirir:

“Bayağı musiqi yoxdur. İşə məsuliyyətsiz yanaşırlar və savadsız ifa musiqinin bayağı adlanmasına səbəb olur. 

“Vətən laylası” adlı layihəmizin üzərində işləyirik. Uşaqlıqdan bəri dinlədiyimiz, böyüdüyümüz mahnıları gələcək nəslə xatırlatmaq üçün yeni formada təqdim etmək istəyirik. Birinci versiyası verilib, ikinci versiyasını hazırlayırıq, hər janrda olacaq. Birinci proyekt uğurlu alındı, bəyənməyən olmadı, demək olar. İkincinin daha da uğurlu alınacağını gözləyirik.

“Solong”a ayaq basdığım gündən buradan getmək fikrim olmayıb. Cəmiyyətə, gənclərə faydamız dəyir. İncəsənət sahəsi elədir ki, yuxumuza haram qatsaq da, işi görürük, görməliyik”.

Nəzrin Həsənova

Xəbər Lenti

| Nazir: Ermənistan rəhbərliyinin sağlam düşüncəsinə ümid bəsləyirik

| Yevlaxda qadını öldürüb kanala atdılar

| Musa Yaqub: Xalqın şairi olmağı çoxdan gözləyirdim

| Filippində ağır yol qəzası: onlarla yaralı var

| “Arsenal”ın Bakıdakı ilk məşqindən - FOTO

| İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi

| Gülək külək Bakıda ağacları aşırdı - FOTO

| Yeniyetmə hovuzda boğularaq öldü

| UEFA Mxitaryanla bağlı təxribatın qarşısını aldı

| Tramp İranla danışıqlara hazırdır

| Rusiya səmasında “peyk qatarı” – VİDEO

| Kataloniyalı separatçılar Avroparlamentin deputatı oldular

| Göyçayda ev külə dönüb - FOTO

| Tramp Yaponiya imperatoru ilə görüşüb

| Litvanın yeni prezidenti məlum olub

| Kiyevdə yeni şüşə körpüsü çat verib – VİDEO

| Afrikada kilsəyə hücum olub – ölən və yaralananlar var

| Tehran-Ankara dəmir yolu işə salınır

| Fransada parlament seçkilərində milliyətçilər qalib gəlib

| Konqoda gəmi batıb - 30 nəfər olüb

| Hacıqabulda piyadanı öldürən sürücü hadisə yerindən qaçdı

| “Formula-1” yarışlarında iki marşal ölümdən son anda qurtuldu - VİDEO

| Goranboya güclü dolu yağıb - FOTO

| Bakıda 19 yaşlı fəhlə lift şaxtasına düşərək həlak oldu

| Lerikdə dünyada bənzəri olmayan muzey əcnəbilərin böyük marağına səbəb olur - FOTO

| “Barselona” 9 futbolçu ilə yollarını ayırır

| Ramazan ayının iyirmi ikinci gününün – DUASI VƏ TƏQVİMİ

| İrlandiyalı qadını 300 yaşlı piratın kabusu öldürməyə çalışır

| Zaqatalada ildırım evi yandırdı

| NASA adını Marsa göndərənləri açıqladı - Azərbaycandan neçə nəfər var?

| NASA adını Marsa göndərənləri açıqladı - Azərbaycandan neçə nəfər var?

| Keçmiş icra başçısı vəfat etdi

| Gəncənin İmamzadə ziyarətgahında iftar süfrəsi açıldı - FOTO

| Kürdəmirdə “KAMAZ” traktora çırpıldı - FOTO

| Təyyarəyə gecikən nazir istefa verməli oldu

| Türkiyənin tanınmış aktyoru vəfat etdi

| Kosmopolitizm – qılıncla balıncın nikahı: “Ubi bene, ibi patria”

| İraqda üç fransız ölüm cəzasına məhkum edilib

| Azərbaycan miqrant böhranı ilə üzləşə bilərmi?

| Bakıda dəhşətli intihar - Qadın özünü 16-cı mərtəbədən atdı

| Azərbaycan akrobatları Avropa çempionatında qızıl medal qazanıblar

| Tel-Əvivdə on minlərlə insan küçələrə çıxdı

| Misir azərbaycanlı dənizçini azad etdi

| Həsən Ruhani İlham Əliyevə məktub göndərdi

| Musa Yaqub xəstəxanaya yerləşdirildi

| Göyçayda Nəsiminin 650 illik yubileyi qeyd edildi - FOTO

| İrandan qonşu ölkələrə gözlənilməz təklif

| Gürcü nazir qonşu ölkənin bayrağına görə istefaya göndərildi

| Zurabişvili Azərbaycanla münasibətlərdən danışdı

| Gürcüstan baş nazirindən “Keşikçidağ” bəyanatı

| “Arsenal” Mxitaryanı satışa çıxarır

| Kürdəmirdə yol qəzası yanğınla nəticələndi - FOTO

| Qusara elektrik enerjisi verilişi bərpa edildi

| Azərbaycanda leysan yağışları gözlənilir

| Peruda dəhşətli zəlzələ

| Taksi sürücüsü binanın həyətində avtomatdan atəş açdı – VİDEO

| Emerson Avroliqanın Bakıdakı finalından danışdı