Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Şərqə yuxarıdan baxan Qərb

  12

Aqşin Yenisey yazır...

“Xaricdə yaşayan sıravi azərbaycanlılar nə üçün vətəndə olduğundan daha azad yaşadıqlarını düşünürlər?”

Bir dəfə sosial şəbəkədə bu suala cavab axtaran kiçik bir yazı qaralamışdım və səbrim arqumentlərin çoxluğuna müqavimət göstərdiyi üçün həmvətənlərimin güzəran “magellançılığına” verdiyim izah qısaca belə idi ki...

Qürbət azadlığı - insanlarımızın getdikləri ölkələrdə heç bir ictimai-siyasi məsuliyyət daşımamalarının, sosial öhdəliklərinin olmamasının nəticəsidir.

Qürbət rahatlığı - market müdirlərindən başqa, kimsənin onları zərurət kimi arzulamamasının, sakini olduqları ölkələrin mənfəətlərinə yarayanlardan başqa yerdə qalanlarının ikinci, üçüncü sort ziyansız insan münasibəti görməsinin nəticəsidir.

Bu azadlıq, bu rahatlıq milli kimlik dərdi olmayanlara hər bir ölkədə bəslənən gizli aşağılanmanın nəticəsidir...

Deyib də özümü baş verən hadisələrə, qəfil qarşılaşdıqları yad fikirlərə özünüqoruma instinkti ilə ilk emosional reflekslə reaksiya göstərənlərin hədəfinə çevirmişdim.

Haradan ağlıma gəlmişdi “bir budaqda oturub min budağı silkələmək” fikri?

Özümün də ailə işləri ilə bağlı üç ilə yaxındır davam edən Türkiyə təcrübəmi və burada yaşayan həmvətənlərim üzərində apardığım müşahidələri bir qırağa qoya bilərəm. Amma bu fikrə gəlməyimdə son illər şöhrəti dünya ilə bir olan Fələstin əsilli Amerika intellektualı Eduard Səidin “Orientalizm: Müstəmləkəçiliyin axtarış istiqaməti” kitabının haqqını dana bilmərəm.

Əvvəlcə ölkəmizdə az tanınan Eduard Səid haqqında: Səid Qüdsdə doğulan bir xristian ərəbidir. Misirdə ingilislərin Britaniyaya bağlı ərəb nəsil yetişdirmək üçün açdıqları müstəmləkə məktəblərində oxuyub. Son oxuduğu Viktoriya kollecində “ingilisləşmədiyini” görən kollec rəhbərliyi onu buradan qovub. 2003-cü ildə dünyasını dəyişən intellektualı nə Şərqdə, nə Qərbdə sevirdilər. Ərəb millətçiləri onu “liberal satqın”, yəhudilər “faşist”, Qərb çevrələri isə “terror professoru” adlandırırdı.

Nə idi Eduard Səidi qərbli olmağa qoymayan şey? Yuxarıda mən ona “gizlin aşağılanma” dedim. Hələ kollec illərindən bu aşağılanmanı sezən Səid yazır ki, 1963-cü ildə Kolumbiya Universitetində dərs deməyə başlayanda məsləkdaşlarım əvvəlcə mənə “ərəb, özü də lap fələstinlisindən” ləqəbini verdilər, sonra bu ləqəbi daha nəzakətli səslənən “Orta Asiyalı” ünvanı ilə dəyişdilər.

Səid uzun illər Qərb və ərəb dünyası arasında ünsiyyət quran bir intellektual olmasına baxmayaraq, seminarlarına sponsorluq edənlərdən şikayətlənir ki, məndən həmişə ədəbi bir mövzu haqqında danışmağımı istəyirdilər, hətta öz xalqımın həyatı uğrunda apardığım mücadilədən danışanda belə onun adının çəkilməsinə ağız büzürdülər: “Fələstin” kəlməsi uzaq durulması gərəkən bir sözcükdü”.

“Gizlin aşağılanma” azadlığına aid daha iki əhvalatı isə Eduard Səidin öz dilindən eşidək.

“Fələstin-İsrail münasibətlərinə aid bir çox seminarda qarşılaşdığım bostonlu bir psixoloq bir dəfə zəng edərək şəhərə gəlib məni ziyarət etmək istədiyini söylədi. Qadın gəlib evə girdikdə gözlərinə inanmayacaq bir tərzdə otağımdakı fortepianoya baxdı. Səsindəki şübhəli bir tonla “Demək, siz, həqiqətən də, piano çala bilirmişsiniz” dedi və geri dönüb bayıra çıxmağa tələsdi. Yol gəldiyini söyləyib bir fincan çay içmək istəyib-istəmədiyini soruşanda, istehzalı bir səslə vaxtının olmadığını, “Sadəcə, sizin necə yaşadığınızı görmək üçün gəlmişdim” dedi və çıxıb getdi”.

“Bir dəfə də başqa bir şəhərdə yaşayan bir naşir onunla şam yeməyinə razılaşana qədər mənimlə imzalanacaq müqaviləyə qol çəkməyi yubatdı. Köməkçisindən mənimlə yemək yeməyin onun üçün niyə bu qədər əhəmiyyəti olduğunu soruşduqda məlum oldu ki, naşir, sadəcə, mənim necə yemək yediyimi gözləri ilə görmək istəyirmiş”.

Səidin yazdığı bu hadisələr kölə alverinin tüğyan etdiyi XV-XVI əsrlərdə baş verməyib, 20-30 ilin söhbətidir.

Demək istədiyim odur ki, Şərq-Qərb münasibətlərinə, sadəcə, alış-veriş mərkəzlərindəki bərabərhüquqluluq pəncərəsindən baxmaq doğru deyil. Düzdür, Eduard Səidə dünya səviyyəli intellektual şöhrətini Qərb bəxş edib, ancaq Qərbin öz şərqli yetirməsinə münasibətini övladlığa götürdüyü uşağı addımbaşı aşağılayan bir atanın hərəkəti ilə müqayisə etmək olar.

Mənə inanmırsınızsa, vaxt olanda Şərqi də, Qərbi də ovcunun içi kimi bilən bu intellektualı – Eduard Səidi vərəqləyin.   

Xəbər Lenti

| Aydın Mirzəzadə: Xalq ayağını dirədi ki, torpağımı vermirəm

| Azərbaycanda iki nəfər it dişləməsindən ölüb: Günah özlərindədir

| Bu Kardaşyanın qanacağı, bu da Xoşqədəmin

| Bakıda gənc qız min manat borca görə özünü öldürdü - TƏFƏRRÜAT

| Yeni nəsil “Holcim Unikal” sementi ölkəmizdə təqdim olundu – FOTO/VİDEO

| “Şirin Su” hər kəsi ekoloji təmizlik hərəkatına qoşulmağa səsləyir - FOTO

| Əməliyyatsız babasildən xilas ol - innovativ formul Azərbaycanda

| Yeni nəsil “Holcim Unikal” sementi ölkəmizdə təqdim olundu – FOTO/VİDEO

| Ali təhsillə bağlı qanun layihəsi nə zaman hazır olacaq?

| PKK Türkiyəyə qarşı erməni taboru yaratdı

| Azərbaycanda 110 min insana peyvənd vuruldu

| Ukrayna prezidenti və baş naziri yəhudi olan ikinci ölkədir - Tarixə düşə bilər

| “Şirin Su” hər kəsi ekoloji təmizlik hərəkatına qoşulmağa səsləyir - FOTO

| Turist tünlüyü niyə tez səngidi?

| Azərbaycanda qaza tətbiq olunan limit ləğv oluna bilərmi? - TƏHLİL

| AQTA-ya daxil olan müraciətlərin sayı açıqlandı

| ABŞ Rusiyanı hədələdi

| “Uber” sürücüsü maşınla UFC döyüşçüsünün üstündən keçdi

| “Formula-1” günlərində hava necə olacaq?

| Ramil Usubovdan daha bir - TƏYİNAT

| Əməliyyatsız babasildən xilas ol - innovativ formul Azərbaycanda

| Yol kənarındakı binaların sakinlərinə şad xəbər - Pulsuz talonlar veriləcək

| Bakının bu hissəsində su olmayacaq

| Bulvara giriş bağlandı

| Eldar Əzizovdan rəhbər işçilərə korrupsiya xəbərdarlığı

| DNT analizinin aparılması qaydası müəyyənləşdi

| İşıqfor işləmədi, iki maşın toqquşdu: altı yaralı - VİDEO

| İlham Əliyev Çində - FOTO

| Şri-Lankada partlayışları bir ailənin üzvləri törədib

| Ukraynada prezident seçkilərinin yekun nəticələri açıqlanıb

| Marsda zəlzələ baş verib

| Lüksemburqda 12 günlük matəm elan edildi

| Miqran Poqosyan Moskvada həbs olundu

| İlham Əliyev: Manatın sabitliyi ilə bağlı heç bir problem gözlənilmir

| Çavuşoğlu: Türkiyə S-400 komplekslərini Azərbaycana verməyi planlaşdırmır

| Yük maşıını tuneldə qəza törətdi - FOTO

| Nişanlı qız özünü 7-ci mərtəbədən ataraq intihar etdi - FOTO

| 28 il komada qalan qadın oyandı

| Bacı 25 ildir xəstə qardaşını zəncirləyib zirzəmidə saxlayır

| Benzini unudun!

| Qarabağ qazisi 28 ildir vaqonda yaşayır - VİDEO

| Azərbaycan XİN BMT-yə etiraz edib

| Azərbaycan və Rusiya prezidentləri Pekində görüşəcəklər

| Deputat: Qarabağda Əhməd bəy Ağaoğlunun heykəli ucaldılsın

| İlham Əliyev: “Bəzən vətəndaşları incidirlər, onların haqları tapdalanır”

| İş vaxtından artıq işlədilməklə bağlı qanunvericiliyə dəyişiklik edilə bilər

|

Bu ilin 3 ayında 5000-dən çox it dışləməsi

| Mühasib olmayanları baş mühasib təyin edənlər nə qədər cərimələnəcək?

| Yükdaşıma şirkətləri ilə bağlı yeni tələblər - DƏYİŞİKLİK

| PKK terrorçuları Türkiyədə hərbi hissəyə hücum etdilər

| “Qarabağ” “Qəbələ”yə uduzdu

| Lüksemburqun Böyük Hersoqu Jan vəfat etdi

| Lənkəranda kənd yolları sıradan çıxır - FOTO/VİDEO

| “Uşaq Qaynar Xətt” xidmətinə daxil olan müraciətlərin sayı açıqlandı

| Mən dəli deyiləm!

| Bu şəxslərə 500 manat birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM

| XİN Milli Məclisi təkzib etdi

|

İcra başçısının müavini vəzifədən getdi...-YENİLƏNİB

 
 

 

| “Real” TV-yə xəbər kanalı lisenziyası verildi

| Medvedev Yerevana gedir

| Azərbaycanlı tatu ustası: Nənələrimiz də siqaret çəkirdi, heç kim onlara fahişə demirdi

|

Ümumdünya Kitab Günündə “Nar”-dan kənd məktəbinə dəstək

 

| Azərbaycanlı tatu ustası: Nənələrimiz də siqaret çəkirdi, heç kim onlara fahişə demirdi

| Sahibsiz itlərlə necə mübarizə aparmalı? - SORĞU

| Prezident: Siyasətimizi yerlərdən gələn təkliflər əsasında qururuq

| Azərbaycanlı şagirdlər robotexnika yarışında: qızıl medalla qayıtdılar - FOTO

| Müğənnilərin kişilərdə axtardıqları: “ev, pul, maşın”

| Motosikletçi 15 metrlik qayadan yıxıldı, sağ qaldı - FOTO/VİDEO

| Paşinyan sürücüsünün qohumunu direktor təyin etdi

| Nazarbayev ağladı - VİDEO

| Mingəçevirdəki “Azərbaycan” İES yenidən qurulur - VİDEO

| Bəzi hərbi qulluqçuların pensiyası artırıldı

| Spiker: Nə üçün müharibəyə çağırış etməliyik?!

| Saakaşvili: Eybi yox, bir az dözərəm

| Əli Kərimlinin mədə təfəkkürü

| Nazarbayev kimi Qazaxıstan prezidenti görmək istəyir?

|

İlham Əliyev Bakıda yol açılışında

| Sinoptiklər yağmursuz hava vəd edirlər

| “Expressbank” təbiətin qorunmasına önəm verir - VİDEO

| İTV-nin Yayım Şurasının yeni üzvləri məlum oldu