Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

İqtisadçı: Prezidentin fərmanı iqtisadi artımın stimullaşdırılmasına yönəlib

  19

Azərbaycan prezidenti İlham Əliyevin əhalinin problemli kreditlərinin müəyyən hissəsinin dövlət büdcəsi hesabına ödənilməsi ilə bağlı fərmanı həm cəmiyyətdə, həm də ekspert icması arasında böyük əks-səda doğurdu.

Dövlət başçısının bu qərarı 2015-ci ildə iki dəfə baş vermiş devalvasiya nəticəsində faizlərdən əziyyət çəkən çox sayda insanı əhatə edir. Bütün çətinliklərə rəğmən, kredit borcunu bağlaya bilmiş vətəndaşlar da unudulmayıb. Onlar devalvasiyadan sonra ödədikləri artıq faizlərə görə təzminat alacaqlar.

Vəziyyəti şərh edən Dmitri Qolubovski Oxu.Az-a verdiyi müsahibədə hökumətin bununla milli valyutanın kəskin dəyərdən düşməsinə görə məsuliyyəti öz üzərinə götürməsi kimi qiymətləndirib.

“Ona görə əxlaqi-etik nöqteyi-nəzərdən hər şey düzgündür. Bu, hər kəs üçün – həm bu yolla öz aktivlərini dirçəldəcək bank sektoru, həm də istehlakçılar üçün müsbət bir addımdır. Çünki fərman borc yüklülüyünü aradan qaldıracaq”, - deyə  analitik qeyd edib.  

Digər müsbət məqam bu qərarın bilavasitə borc götürənlərə dəstək olmaq məqsədi daşımasıdır.

“Dövlət istəsəydi, vəsaiti problemli kreditlərdən əziyyət çəkən banklara ayırardı. Ancaq bu düzgün olmazdı, çünki borcdan nəfəs ala bilməyən adi insanların həyatını yaxşılaşdırmayacaqdı.

Analitik Rusiyanın da 2014-cü il devalvasiyasından sonra (xarici valyutada) borc götürənlərə dəstək məqsədilə bir sıra ölçülər qəbul etdiyini əlavə edib.

“Xarici valyutada ipoteka, ümumiyyətlə, qadağan olundu. Vətəndaşların öz üzərinə əsassız valyuta risklərini götürməsinə görə həm də dövlət məsuliyyət daşıyır, ona görə ki, dövlət yürütdüyü siyasətlə bunun baş verməsinə imkan vermişdi, ikincisi, özləri qismən bu riskləri yaratmışdılar.

Buna görə də dövlət xarici valyutada kreditlərin, ələlxüsus uzunmüddətli kreditlərin verilişinə məhdudiyyətin qoyulması ilə bağlı qabaqcadan məhdudlaşdırıcı ölçülər qəbul etməlidirlər”, - deyə ekspert bildirib.

D.Qolubovski Azərbaycan liderinin bu qərarının daxili tələbatı yaxşılaşdıracağını, xidmət və daşınmaz əmlak sahəsində işgüzar aktivliyi artıracağını düşünür.

“Məlum olduğu kimi, bank sektorunun həmişə pul vəsaitlərinin ayrılmasına ehtiyacı var. Bu olmasa, bank sektoru və ümumilikdə ölkədəki maliyyə sabitliyi sarsıla bilər. Bu, özü də ölkə iqtisadiyyatına pul yatırılmasının müəyyən formasıdır”, - deyə o bildirib.

İqtisadçı bu fərmanın faktiki olaraq iqtisadi artımın stimullaşdırılmasına yönəldiyi qənaətindədir.

“Düşünmürəm ki, bu, Azərbaycan üçün o qədər də böyük məbləğdir, ancaq onu dəqiq deyə bilərəm ki, bu fərmanın müsbət təsiri olacaq. Digər yandan, ödənişlərə görə təzminat sosial təmayüllüdür. Çətin duruma düşmüş vətəndaşların müəyyən qrupunun sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlib”, - deyə Qolubovski fikrini tamamlayıb.

R.Q.

Xəbər Lenti

| Saxta balın fəsadları

| Erkən ölümün qarşısını almağın yolları

| NATO-nun baş katibi Gürcüstana gəlib

| Leonardo Di Kaprio Rusiya rəhbərliyinə etirazını bildirib

| Dünya futbol ulduzu Azərbaycan klubunda ilk matçına çıxdı

| Pasiyentlər beyin xərçənginin ilk simptomlarından danışıb

| Azərbaycan klubu qovduğu altı futbolçu ilə bağlı məlumat yaydı

| Daşkəsən sakini yaşadığı evdə intihar etdi

| Ərdoğan: “Aya sofya” məscid ola bilər

| Sarayevoda erməni təxribatının qarşısı alındı - VİDEO

| Sarayevoda erməni təxribatının qarşısı alındı - VİDEO

| Macarıstan xorvatlara şok yaşatdı, İsraildə altı qollu matç - VİDEO

| Xorvatiyalı məşqçi Bakıdakı əlillər üçün pansionatda - FOTO

| Əfqanıstanda terror hücumu: ölənlər var

| Əfqanıstanda terror hücumu: ölənlər var

| Rumıniya İsrail səfirliyini Qüdsə köçürür

| Soçidə təyyarəni ildırım vurub

| Mart ayı üzrə sosial yardımlar tam ödənilib

| Nazarbayevin qızına əlil uşaqları təhqir etdiyi xatırladıldı - VİDEO

| Futbol millilərimiz ərəblərə uduzdu - FOTO

| Myanmada partlayış: 16 ölü, 48 yaralı

| Uels tsiklə qələbə ilə başladı, Nur-Sultanda ilk məğlubiyyət - VİDEO

| Valdas Urbonas: Azərbaycan olduqca keyfiyyətli futbolçulara sahibdir

| Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər

| Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər

| Bakıda dənizdə batan şəxs xilas edilib

| Ramil Şeydayev: Ancaq pis oynayan futbolçu müzakirə edilmir

| Sərhəddə “siqaret əməliyyatı”

| Nikola Yurçeviç: Razıyam, Litva Xorvatiya deyil

| Yerə maqnit qasırğası yaxınlaşır

| Arvadını öldürmək istəyən pilot təyyarəni evinə çırpdı - VİDEO

| Messi zədə aldı - Millinin oyununa qatılmayacaq

| Daha bir təyyarə qəzası: pilotlar öldü

| Təhlükə: Yevlaxda evlər yana bilər - VİDEO

| Keçmiş prezident evini 80 dollara kirayəyə verir

| Rusiyada səkkiz ton balıq yollara səpildi - VİDEO

| ABŞ-da “Boeing 737 MAX” üzrə proqram yenilənməsi layihəsi bəyənilib

| ABŞ-da “Boeing 737 MAX” üzrə proqram yenilənməsi layihəsi bəyənilib

| Bakıya gələn qatarı Türkiyədə bəy-gəlin qarşıladı - VİDEO

| Azərbaycanlı yazıçı: Oğlumu tabutuma yaxın qoymayın

| Mozambikdə qasırğada ölənlərin sayı 446 nəfərə çatıb

|

Əli İnsanov hələ 2005-ci ildə İlham Əliyevdən bağışlanmasını istəyib – FAKT

| Tanınmış aparıcının evi soyuldu - FOTO

| Bərdədə həbsdən çıxan ər arvadını bıçaqladı

| Türkiyədə hərbi maşın aşdı: ölən və yaralılar var

| Türkiyədə hərbi maşın aşdı: ölən və yaralılar var

| Gəncədə kran aşdı - FOTO

| Hava dəyişir: yağış, qar yağacaq

| Aydın Xırdalanlı son mənzilə yola salınır - FOTO

| Tereza Meyi devirməyə cəhd edirlər

| “Disneyland”də “silah səsləri” vahimə yaratdı - VİDEO

| Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzalayıb

| Füzulidə qatarla maşın toqquşdu: ölən var

| Şirin içkilərin təhlükəsi aşkarlandı

| ABŞ-da silahlı hücum: ölən və yaralılar var

| Yüz yaşlı təhlükəsizlik keşikçiləri - VİDEO

| Bu qəsəbələrdə işıq kəsiləcək

| Bu qəsəbələrdə işıq kəsiləcək

| İndoneziyada 6,1 bal gücündə zəlzələ

| Somalidə terrorçular nazir müavinini qətlə yetiriblər

| Qədim silah emalatxanasından - REPORTAJ

| Qəbələdə evdə partlayış olub: yaralılar var

| Omar Momanidən Ramil Şeydayevin qoluna karikatura - FOTO