Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Elbay Qasımzadə: Bir icra başçısı mərkəzi bir cür düzəldir, digəri başqa cür - MÜSAHİBƏ

  20

Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə Oxu.Az-a müsahibə verib: 

- Elbay müəllim, Azərbaycan prezidentinin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündən 14 gün keçib. Görüşdə bir sıra problemlər dilə gətirildi. Yarım ay müddətində nələr dəyişdi?

- 14 gün ərzində bir sıra yeniliklər olub. Bu müddətdə cənab prezident həmin görüşdə müzakirə edilən məsələlərin həlli istiqamətində bir neçə sərəncam imzalayıb.

Misal üçün, teatr xadimləri üçün çox böyük işlər görülüb, böyük yeniliklər var. Martın 13-də imzaladığı sərəncamla bütün yaradıcılıq ittifaqlarına maddi yardım göstərib. Bunlar çox əhəmiyyətlidir. Bu, ölkəmizdəki sənət adamlarına, sənətçilərə, ümumiyyətlə, Azərbaycan mədəniyyətinin inkişafına göstərilən qayğıdır. 

- Prezidentlə görüşdən sonra hansı ideyalarınız var?

- Bakının tarixi mərkəzini qoruyub saxlamaq lazımdır. Bunun üçün Bakının tarixi mərkəzinin sərhədləri müəyyənləşməlidir, dövlət tərəfindən bu sərhədlər təsdiq olunmalıdır. Təklif etdim ki, 726 hektar ərazidə Bakının ayrıca rayonu olsun. Yəni bu gün həmin mərkəz hissə dörd inzibati rayon arasında bölünüb – Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonları… Etiraf edək ki, hər rayonun icra başçısı özünə, öz dünya görüşünə, öz zövqünə görə özünə aid olan hissədə fəaliyyət göstərir.

Bir misal göstərim: keçmiş “Tarqovı”, indiki Nizami küçəsinin alt tərəfi Səbail, üst tərəfi Nəsimi rayonlarına aiddir. Bu rayonun başçısı küçənin sol tərəfini, digər rayonun başçısı isə küçənin sağ tərəfini öz bildiyi kimi düzəldir. Belə ola bilməz. Ona görə bu ərazi həmin rayonlardan ayrılmalıdır. Bakının xüsusi rayonu təşkil olunmalıdır və orada aparılan bütün fəaliyyət xüsusi qanunlara, tələblərə cavab verməlidir. 

Ölkədə tikinti normaları var. Bu, milli normalardır. Eyni norma Yeni Günəşlidə də, Nizami küçəsində də işləyir. Bu, düzgün deyil, yanaşma fərqli olmalıdır. Bura tarixi mühitdir, burada tələblər daha ciddi olmalıdır. 

- İlham Əliyevlə görüşdə Bakıda dahi şəxsiyyətlərə heykəl qoyulması məsələsi qaldırılıb. Bununla bağlı hansı yeniliklər var?

- Bakıda Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin Tağıyev, memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun heykəllərinin qoyulması ideyaları üzərində işlər gedir. Heykəltəraş, akademik Ömər Eldarov, Xalq rəssamı Xanlar Ələsgərov ilə birgə bununla bağlı işlər aparırıq. 

Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə şəhərdə bir neçə yeri müəyyənləşdirmişik. Materiallar hazırlanır, yəqin ki, bu barədə dövlət başçısı səviyyəsində müzakirələr olacaq. Biz təkliflərimizi təqdim edəcəyik. Təkliflərimiz bəyənilsə, bu barədə məlumat verəcəyik.

- Bakının baş planı nə vaxt hazır olacaq?

- Dövlət şəhərsalma və arxitektura komitəsi tərəfindən tender elan olunub. Tenderin çoxlu iştirakçıları var. Onlardan bir qismi artıq son mərhələdədir. Yəni onlar lazım olan sənədlərin hamısını təqdim ediblər. Bu yaxınlarda tender komissiyası yığışacaq və təqdim olunan şirkətlərdən biri seçiləcək. Sonra təxminən 2-3 il müddətinə Bakının baş planı tərtib olunacaq. 

Baş plan, ümumiyyətlə, hansısa konkret binaya aid deyil. Baş plan şəhərin inkişaf istiqamətlərini müəyyənləşdirir və şəhərin hər bir ərazisinin, hər bir bölgəsinin inkişafını planlaşdırır. O ki qaldı ayrıca binalara, əlbəttə, hər dəfə yeni bina tikilərkən onun layihəsi müzakirə edilməli, mütəxəssislər tərəfindən qiymətləndirilməlidir. Həm iqtisadi, həm memarlıq tərəfi, həm də şəhərsalma nöqteyi-nəzərindən yerləşməsi nəzərdən keçirilməlidir. Bunun üçün baş planı gözləmək lazım deyil. 

- Bakının keçmiş baş planında hansı çatışmazlıqlar var?

- Birinci növbədə deyim ki, o baş plan 1984-cü ildə tərtib olunub. Sovet dövründə siyasi, iqtisadi münasibətlər tamamilə başqa olub. Orada yalnız hökumət tikintini aparıb. Yəni burada fərdi tikinti, işgüzarlıq, biznes plan söhbətləri olmayıb. Ona görə bütün Bakının inkişafı Dövlət Plan Komitəsi tərəfindən planlaşdırılıb.

Həmin idarəetmə üslubu üçün baş plan tərtib olunub. Müstəqillik illərində ölkədə həm siyasi, həm sosial, həm də iqtisadi münasibətlərdə dəyişikliklər olub. Şəxsi mülkiyyət anlayışı ortaya çıxıb, bu gün iş adamları sərmayə qoyublar, yəni bunu heç kim qabaqcadan planlaşdıra bilməz.

Dövlət tərəfindən bu proses idarə olunmalıdır. Ona görə köhnə baş plan bugünkü tələblərə cavab vermir. Onunla işləmək olmaz. Çünki orada bugünkü həyat tərzinə əks olan məhdudiyyətlər qoyulub. Hesab edirəm ki, 1992-ci ildən etibarən Bakının baş planı olmayıb. 

- Bakıda fəaliyyət göstərən memarlardan razısınızmı?

- Çox istedadlı və bacarıqlı memarlarımız var. Sadəcə olaraq, memarın əməyi ödənişlədir. Tikinti ilə məşğul olan bir çox iş adamlarımız daha ucuz layihələrə üstünlük verirlər. Gözlədikləri qazancın miqyası azalmasın deyə kifayət dərəcədə savadlı olmayan, istedadı olmayan, amma layihəni daha ucuz edən memarlar tapırlar. Ona görə də Bakıda xoşa gəlməyən binalar inşa olunur. 

Belə binaları tikənlərlə mübarizə aparmaq üçün daha sərt tələblər qoymaq lazımdır. Tələb etmək lazımdır ki, sən əgər Bakıda bina tikməlisənsə, onda o bina əsər olmalıdır. Elə-belə bina olmamalıdır. Çünki Bakı yalnız memarlıq əsəri binalara layiq bir şəhərdir.

- Bir neçə il əvvəl Bakının mərkəzində olan universitetlərin köçürülməsi məsələsi gündəmdə idi. Yeni baş planda bu, öz əksini tapacaq?

- Universitet, ümumiyyətlə, təhsil kifayət qədər konservativ sahədir. Düzdür, təhsil yenilikdir, elmdir, inkişafdır, amma sistem özlüyündə kifayət qədər konservativ sistemdir. Dünyanın ən yaxşı təhsil ocaqlarının 600-700 illik tarixi var, orada 600 il əvvəl qəbul olunmuş qaydalar bu günə kimi işləyir.

Bu tərbiyə nöqteyi-nəzərindən çox yaxşıdır. Ona görə də böyük universitetlərimizin mərkəzdən harasa köçürülməsinin tərəfdarı deyiləm. Hesab edirəm ki, bu, yanlış ideyadır. 

Çünki birincisi, əhali burada yaşayır, tələbələrin həmin köçürülən ərazilərə getməsi nəqliyyatda böyük çətinliklər yaradacaq və ən əsası müəllim kontingenti burada ciddi problemlərə səbəb olacaq. Etiraf edək ki, müəllimlər evlərinə yaxın universitetdə dərs deməyə çalışırlar.

Əvvəlki baş plana əsasən, onların hamısının Türkana getməsi nəzərdə tutulmuşdu. Bu isə əlavə vaxt itkisi deməkdir. Məncə, bunlar hamısı öz yerində qalmalıdır. Əlbəttə, bu, şəhərin daxilində müəyyən tıxaclar və problemlər yaradır, amma bunlar obyektiv problemlərdir. 

- Bakını hansı şəhər kimi görmək istərdiniz?

- İstərdim ki, mənim gördüyüm, sevdiyim Bakını nəticələrim də görsün. Düşünürəm ki, təklifim qəbul olunarsa, bu, nəticələrimə hədiyyəm olar. 

Samir İsayev
VİDEO: Sail Ağasəlim, Valeh Arifoğlu

Xəbər Lenti

| Saxta balın fəsadları

| Erkən ölümün qarşısını almağın yolları

| NATO-nun baş katibi Gürcüstana gəlib

| Leonardo Di Kaprio Rusiya rəhbərliyinə etirazını bildirib

| Dünya futbol ulduzu Azərbaycan klubunda ilk matçına çıxdı

| Pasiyentlər beyin xərçənginin ilk simptomlarından danışıb

| Azərbaycan klubu qovduğu altı futbolçu ilə bağlı məlumat yaydı

| Daşkəsən sakini yaşadığı evdə intihar etdi

| Ərdoğan: “Aya sofya” məscid ola bilər

| Sarayevoda erməni təxribatının qarşısı alındı - VİDEO

| Sarayevoda erməni təxribatının qarşısı alındı - VİDEO

| Macarıstan xorvatlara şok yaşatdı, İsraildə altı qollu matç - VİDEO

| Xorvatiyalı məşqçi Bakıdakı əlillər üçün pansionatda - FOTO

| Əfqanıstanda terror hücumu: ölənlər var

| Əfqanıstanda terror hücumu: ölənlər var

| Rumıniya İsrail səfirliyini Qüdsə köçürür

| Soçidə təyyarəni ildırım vurub

| Mart ayı üzrə sosial yardımlar tam ödənilib

| Nazarbayevin qızına əlil uşaqları təhqir etdiyi xatırladıldı - VİDEO

| Futbol millilərimiz ərəblərə uduzdu - FOTO

| Myanmada partlayış: 16 ölü, 48 yaralı

| Uels tsiklə qələbə ilə başladı, Nur-Sultanda ilk məğlubiyyət - VİDEO

| Valdas Urbonas: Azərbaycan olduqca keyfiyyətli futbolçulara sahibdir

| Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər

| Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər

| Bakıda dənizdə batan şəxs xilas edilib

| Ramil Şeydayev: Ancaq pis oynayan futbolçu müzakirə edilmir

| Sərhəddə “siqaret əməliyyatı”

| Nikola Yurçeviç: Razıyam, Litva Xorvatiya deyil

| Yerə maqnit qasırğası yaxınlaşır

| Arvadını öldürmək istəyən pilot təyyarəni evinə çırpdı - VİDEO

| Messi zədə aldı - Millinin oyununa qatılmayacaq

| Daha bir təyyarə qəzası: pilotlar öldü

| Təhlükə: Yevlaxda evlər yana bilər - VİDEO

| Keçmiş prezident evini 80 dollara kirayəyə verir

| Rusiyada səkkiz ton balıq yollara səpildi - VİDEO

| ABŞ-da “Boeing 737 MAX” üzrə proqram yenilənməsi layihəsi bəyənilib

| ABŞ-da “Boeing 737 MAX” üzrə proqram yenilənməsi layihəsi bəyənilib

| Bakıya gələn qatarı Türkiyədə bəy-gəlin qarşıladı - VİDEO

| Azərbaycanlı yazıçı: Oğlumu tabutuma yaxın qoymayın

| Mozambikdə qasırğada ölənlərin sayı 446 nəfərə çatıb

|

Əli İnsanov hələ 2005-ci ildə İlham Əliyevdən bağışlanmasını istəyib – FAKT

| Tanınmış aparıcının evi soyuldu - FOTO

| Bərdədə həbsdən çıxan ər arvadını bıçaqladı

| Türkiyədə hərbi maşın aşdı: ölən və yaralılar var

| Türkiyədə hərbi maşın aşdı: ölən və yaralılar var

| Gəncədə kran aşdı - FOTO

| Hava dəyişir: yağış, qar yağacaq

| Aydın Xırdalanlı son mənzilə yola salınır - FOTO

| Tereza Meyi devirməyə cəhd edirlər

| “Disneyland”də “silah səsləri” vahimə yaratdı - VİDEO

| Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzalayıb

| Füzulidə qatarla maşın toqquşdu: ölən var

| Şirin içkilərin təhlükəsi aşkarlandı

| ABŞ-da silahlı hücum: ölən və yaralılar var

| Yüz yaşlı təhlükəsizlik keşikçiləri - VİDEO

| Bu qəsəbələrdə işıq kəsiləcək

| Bu qəsəbələrdə işıq kəsiləcək

| İndoneziyada 6,1 bal gücündə zəlzələ

| Somalidə terrorçular nazir müavinini qətlə yetiriblər

| Qədim silah emalatxanasından - REPORTAJ

| Qəbələdə evdə partlayış olub: yaralılar var

| Omar Momanidən Ramil Şeydayevin qoluna karikatura - FOTO