Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Bakı sakinləri niyə tez-tez liftdə qalır?

  17

Bakının lift parkının təxminən 10 faizi yenilənəcək: söhbət  paytaxtda “Lifttəmir” İstehsalat Birliyinin balansında olan, istismara yararsız 542 liftdən (liftlərin ümumi sayı 5312 təşkil edir – red.) gedir.

Bu barədə “Media.Az”a  Bakı Şəhər İcra hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin baş mühəndisi Mehti Hüseynov məlumat verib.

Onun sözlərinə görə, hazırda Bakı şəhərində əvəzlənməsi tələb olunan liftlərin siyahısı dəqiqləşdirilir. Mütəxəssis qeyd edib ki, liftlərin yeniləri ilə əvəzlənməsi paytaxtın müxtəlif rayonlarında gerçəkləşdiriləcək. İlk növbədə istismar müddəti başa çatmış və tez-tez sıradan çıxan liftlər nəzərə alınacaq.

Bəzi məlumatlara görə, yeniləmə işləri paytaxtın müxtəlif rayonlarında, o cümlədən, Nizami, Səbail, Nərimanov, Nəsimi, Yasamal, Binəqədi, Xətai və başqa rayonlarında aparılacaq.

Məsələn, Nizami rayonunda “Qara Qarayev”, “Neftçilər” metrostansiyaları, həmçinin, rayonun İcra Hakimiyyətinin binası yaxınlığında yerləşən binalarda liftlərin əvəzlənməsi həyata keçiriləcək.

İstehsalat Birliyinin baş mühəndisi bildirib ki, siyahı tərtib olunan zaman yerli sakinlərin müraciətləri də nəzərə alınacaq və ilkin siyahılar məlumatların araşdırılmasından sonra hazırlanacaq.   

Oxu: 

“Hansı liftlərin alınacağı ilə bağlı məsələyə gəlincə, hazırda bu araşdırma mərhələsindədir”, -deyə baş mühəndis əlavə edib.

Qeyd edək ki, Azərbaycan prezidentinin 5 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi  ilə bağlı əlavə tədbirlər haqqında sərəncamına əsasən, Azərbaycanın 12 şəhər və rayonunda 237 çoxmənzilli binanın lift təsərrüfatına 40 milyon manat pul ayrılır.

Həmin məbləğ sənədə əlavə edilmiş siyahıya uyğun olaraq şəhər, rayon icra hakimiyyətlərinə ayrılacaq.

Əlavəyə əsasən, Bakının 146 binasında istismara yararsız liftlərin sayı 542-dir. Onların yenilənməsinə 31 milyon 956,20 min manat ayrılacaq.

Məbləğin dördə üç hissəsi (23 milyon 428, 77 min manat) altı, yeddi, səkkiz və doqquz mərtəbəli binalara ayrılacaq. Hesablamalara görə, belə binaların sayı 103-dür (413 istismara yararsız lift var). Yerdə qalan - dördə bir hissə (8 milyon 527,43 min manat) 43 çoxmərtəbəli binaya ayrılacaq (10, 12, 14 və 16 mərtəbəli binalar). Belə binalarda istismara yararsız 129 liftin olduğu bildirilir.

M.Hüseynovun sözlərinə görə, bu gün şəhərin ən iri lift parkları Xətai rayonunda (təxminən 1830), həmçinin, Binəqədi, Nizami, Suraxanı rayonlarında yerləşir.

“Liftlərin sayına görə Xətai rayonu öndədir, onların təxminən yarısı – hardasa 900 lift bir neçə il əvvəl istismar müddətinin başa çatması ilə əlaqədar əvəzlənib”, - deyə İstehsalat Birliyinin baş mühəndisi qeyd edir.  

Onun sözlərinə görə, “Liftəmir”in balansında olan liftlərdə hər hansı problem ortaya çıxanda, İstehsalat Birliyinin mütəxəssisləri onun təmiri ilə məşğul olur və onu yenidən istismara buxarır.

Oxu: 

“Eyni zamanda, Fövqəladə Hallar Nazirliyi hər il liftlərin texniki vəziyyətini yoxlayır və hər hansı nasazlıq ortaya çıxanda həmin liftin istismarı nöqsanlar aradan qaldırılana kimi müvəqqəti dayandırılır”, - deyə M.Hüseynov əlavə edib.

Onun sözlərinə görə, İstehsalat Birliyinin balansında olan bütün liftlər işlək vəziyyətdədir. Hansısa texniki nasazlığa görə onlar bir neçə gün durğun vəziyyətdə qala bilər. Ancaq elə hal olmayıb ki, hər hansı lift illərlə təmirsiz qalsın”, - deyə “Lifttəmir”in nümayəndəsi söyləyib.

İstismar müddəti başa çatmış müəyyən liftlər olduğunu təsdiqləyən baş mühəndis bunun istismar müddəti başa çatan kimi onun dərhal yenisi ilə əvəzlənməsi anlamına gəlməməli olduğunu vurğulayıb: onların nə dərəcədə yararlı olub-olmadığı yoxlanılır.

“Əsası təhlükəsizlik parametrlərinin saz vəziyyətdə olmasıdır. Yəni ilk növbədə bu cür liftlər əvəzlənəcək, pultunun bir düyməsi sıradan çıxmış liftlər yox”, - deyə M.Hüseynov diqqətə çatdırıb.

İB baş mühəndisinin sözlərinə görə, adətən, liftlərin çoxu sakinlərin ondan düzgün istifadə etməməsi ucbatından sıradan çıxır.

“Əksər hallarda təmir işləri aparılanda qapıları sınır, ya da maşın şöbəsi üzərindəki çənlərdən su axanda motorlar sıradan çıxır. Misal üçün, bizim mexanik hardasa lifti təmir edir, hansısa ünvanda yaşayan sakin isə liftin qapılarını saxlayaraq içinə yüzlərlə kilo sement qoyub yuxarı qaldırır. Dəfələrlə demişik ki, belə olan hallarda xəbərdar etməlidirlər. Xəbərdar etməlidirlər ki, biz də bu prosesə nəzarət edəcək mütəxəssis ayıraq”, - deyə baş mühəndis qeyd edib.

İnsanların nə üçün tez-tez Bakı liftlərində qaldığına gəlincə, o əksər hallarda (90 faiz) belə insidentlərin elektrikə görə baş verdiyini söyləyib. Belə ki, gərginlik azalan zaman avtomatika işə düşür və lift dayanır.

“Elə bu səbəbə görə, baş direktorun göstərişi əsasında 24 saatlıq dispetçer xidməti bərpa olunub. Xidmət müraciətlərə baxır, liftdə qalan insanlar FHN əməkdaşlarının köməyi ilə çətin vəziyyətdən çıxırlar”, - deyə o bildirib.

M.Hüseynov lift təsərrüfatı ilə bağlı vətəndaşların müraciətlərində müşahidə olunan yeni tendensiyalardan da söz açıb:

“Əvvəllər insanlar sıradan çıxmış liftlərin təmirini tələb edirdilərsə, indi köhnələrin işlək və ya yeni liftlərlə əvəzlənməsini istəyirlər”.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Xəbər Lenti

| UEFA Bakıda 3 yarışın ev sahiblərini açıqlayacaq

| Teleaparıcının vəzifəyə təyin olunması xəbəri yalan çıxdı

| Sudanda bir illik fövqəladə vəziyyət elan edildi

| Gədəbəydə yaşayış evindən əl qumbarası və partladıcı tapıldı - FOTO

| Venesuelada xalqla ordu arasında qanlı toqquşma - General girov götürüldü

| Putin ölkəsinin yeni silahlarını təriflədi

| Brüsseldə keçiriləcək Ümumavropa Qarabağ mitinqi canlı yayımlanacaq

| Azərbaycan və Türkiyə XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

| “Rafaello” erməniləri qəzəbləndirdi

| Qızılağac Milli Parkı haqqında Əsasnamə təsdiqləndi

| Ramil Usubovdan yeni təyinat

|

Azərbaycan Prezidenti “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiqləyib

| Dənizkənarı Milli Parkı haqqında Əsasnamə təsdiq edilib

| Türkiyədə yaralanan 5 kursantdan biri öldü

| Qubada məktəbdə yanğın olub

| Azərbaycan çempionatında bir oyunda 42 qol vuruldu

|

Ərzaq niyə bahalaşır?

| Məşhur idmançı qayınatasını niyə döyüb? - TƏFƏRRÜAT

| Eduard Məmmədov idman zalı açdı - FOTO/VİDEO

| Moldova prezidentinin korteji qəzaya düşdü

| Fransızlar Ermənistanda qar uçqununun altında qalıblar

| Bakı məktəblisi Tehranda bayrağımızı müdafiə etdi - FOTO/VİDEO

| Pirşağının yolları bərbad vəziyyətdədir - VİDEO

| Rus dilində olan yazı Qazaxıstan tenqesindən silinəcək

| Könül Xasıyevadan öz kirli keçmişlərinin intiqamını alanlar

| Ukraynadakı seçkilərdə kim qalib gələcək? - Politoloq rəyi

| Könül Xasıyevadan öz kirli keçmişlərinin intiqamını alanlar

| Bakıda avtobus yandı - FOTO

| “SOCAR Polymer” zavodları Azərbaycanın qeyri-neft gəlirlərini 19 faiz artıracaq

| “Seksual kölələr”: onlar döyülür, söyülür və zorakılığa məruz qalır

| Bakıda naməlum kişi meyiti tapıldı - FOTO

| Bakıya gedən yol: Avropa Liqasının 1/8 finalının püşkü atıldı

| “Çelsi”yə ağır cəza: transfer qadağan edildi

| “Cibgir Sürəyya” hakim qarşısına çıxarıldı

| Həccə getməyin qiyməti açıqlandı

| Prezident sərəncam imzaladı

| Bakıda maşın aşdı: tıxac var

| Nigeriyada içi pulla dolu təyyarə havaya qalxa bilmədi - VİDEO

| İş adamının evindən oğurluq edən xadimə: Maaşımı vermirdilər

| Bakıda tikinti dayandırılıb? - AÇIQLAMA

| Ukraynadakı seçkilərdə kim qalib gələcək? - Politoloq rəyi

| Gömrük-keçid məntəqələrində yeni yoxlama aparatları quraşdırılacaq

| Bakı yollarının ən böyük problemi - “120-lik” yolda ölümə piyada gedirlər

| Türkiyə millisi komandamıza on qol vurdu

| Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi sahədə mühüm sənədi təsdiqlədi

| Təhsil naziri məktəbdə rəsm çəkdi - FOTO

| Azərbaycanda yeni yol tikiləcək

| Planlaşdırın: 11 uşaq dünyaya gətirən ailəyə kim baxmalıdır?

| Premyer Liqa klubları İntizam Komitəsinin son qərarlarından narazıdır

| Hacı Şahin aparıcılığa başlayır

| Sinoptiklərdən hava müjdəsi

| ABŞ Türkiyəyə dempinq tətbiq etdi

| Paşinyan Lukaşenkonun namizədinə qarşı

| Mehriban Əliyeva Baronessa Emma Nikolsonla görüşüb - FOTO

| Bu il dörd “DOST” mərkəzi açılacaq

| Azərbaycandan Rusiyaya qanunsuz göyərçin keçirmək istədilər

| Dünyanın sonuna sayılı illər qalıb? - Alimlər vaxtı açıqladılar

| Mehriban Əliyeva Qarabağ əlili üçün ev tikdirir - FOTO

| Yasamalda narkotacir tutuldu

| Bərdədə doğuş faciəsi

| Şarm-əş-Şeyx divarla hasarlanır - VİDEO

| Bir əsr əvvəl nəsli kəsilən tısbağa tapıldı - FOTO

| AFFA-da yeni təyinat

| Bakıda məktəbin tualetinə kamera quraşdırılıb - VİDEO

| On milyonuncu Azərbaycan vətəndaşı bu tarixdə doğulacaq

| Maduro Braziliya ilə sərhədi bağlayır

| Metro vaqonları necə təmizlənir? - REPORTAJ

| Yevlaxda keçmiş məhkum öldürüldü

| Azərbaycanda əhali siyahıya alınacaq

| Azərbaycanlı oğlan Abu-Dabinin ən məşhur qəhvəçisidir - FOTO

| Sumqayıtda avtobus qəzasında yaralananların vəziyyəti açıqlandı

| Xocalıdan olan məcburi köçkünlər tibbi müayinədən keçirilib - VİDEO

| Ərini öldürən qadın: Məni hər gün döyürdü, bezmişdim

| Sumqayıtdakı dəhşətli avtobus qəzasının görüntüləri yayıldı - VİDEO

| Leyla Şıxlinskayanın əmlakını mənimsəyənlər həbs edilmədi - HÖKM

| Sağlam bünövrə, sağlam həyat - FOTO/VİDEO

| Sağlam bünövrə, sağlam həyat - FOTO/VİDEO

| Bahar Muradova: İnsanların qorxusuz həyat təminatına diqqət yönəltməliyik

| Kolleclərə qəbul başlayır

| Venesuela “lideri” ilk fərmanını imzaladı

| Moskvada azərbaycanlını öldürməkdə şübhəli bilinən həbs edildi

| Dünya ərzaq qıtlığı astanasında

| Azərbaycanda ən yüksək əməkhaqqı olan sahələr açıqlandı - CƏDVƏL

| Bakıda gənc nişanı günü qəzaya düşdü - VİDEO

| Azərbaycanın Olimpiadada iştirakçı sayı məhdudlaşdırılıb